A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Aslanların səssiz olduğu yerlərdə quşlar, qartallar at oynadar, amma bilmirlər ki, aslanlar o səssizliyi pozsa, qiyamət qopar. Ernesto Çe Gevara
  • Daha yüksək mövqelər dik qayalara bənzəyir: onlara yalnız qartallar və sürünənlər qalxır. Anna De Stal
  • Dahi insanlar yüksəklərdə uçurlar və qartallar kimi əlyetməz ucalıqda yuva qurub tənha yaşayırlar. Artur Şopenhauer
  • Doğulduğumuz andan ölənə qədər həyatımız davamlı bir səfərdir. Mənzərə dəyişir, insanlar dəyişir, ehtiyaclar dəyişir, amma qatar həmişə irəli gedər. Həyat bir qatardır. Qatar stansiyası deyil. Paulo Koelyo
  • Ən qüdrətli qartal belə dincəlmək üçün ağac zirvələrinə enir. Uqanda atalar sözləri
  • Əzəmətli qartal nə qədər yüksəkdən uçarsa, bir o qədər yerdə dincəlməyə məcburdur. Aleksandr Düma (ata)
  • Fırtına olanda quşlar gizlənir, amma qartallar daha yüksəklərə uçur. İndira Qandi
  • Heyvanlar aləmində göyərçin kimi doğulan sonradan qartala çevrilmir, bu, insanlar içərisində müşahidə olunur. Anna Bartkulaşvili
  • Hər təsəvvür etdiyim zirvə və sıldırım İlahi çətinliklərdən mənə deyir ki, göyə baxan xəstə Qartal kimi ölməliyəm. Con Kits
  • İnsanlar başqalarının qüsurlarını görməkdə qartallara, öz səhvlərini görməkdə isə köstəbəklərə bənzərlər. Frensis de Sales
  • Mən beləyəm: mənim içimdə şeytan var, dayaz düşüncəliyəm, qabiliyyətsiz və koram. Amma professor, siz də qartal deyilsiniz! Buna baxmayaraq, bütün uyezd, bütün qadınlar məni bir qəhrəman, bir qabaqcıl adam kimi tanıyır, siz isə bütün Rusiyaya məşhursunuz. Anton Çexov
  • Mənim könlüm bir qartaldır. Nazim Hikmət
  • Müdriklər səmada uçan qartallar qədər nadirdir. Bantu atalar sözləri
  • Müharibədə qocanın ağlı, gəncin gücü və qartalın cəsarəti olmalıdır. Rumın atalar sözləri
  • Prezident olmaq fırtınada qartal olmaq kimidir. Orada dayanıb götürməkdən başqa heç nə yoxdur. Lindon Conson
  • Sən ey məğrur qartal! Sən düşmənlərlə döyüşlərdə həlak oldunsa da, mərd və qorxmaz adamların mahnısında əbədi yaşayacaqsan. Sən insanları azadlığa və işığa çağıran - yıxılmaz heykəl olaraq qalacaqsan!.. Maksim Qorki
  • Sən qartala uçmaq öyrədirsən Latın atalar sözləri
  • Sürətli və ya yavaş yürüşlərim yoxdur. İrəli! Və qartallar uçur! Aleksandr Suvorov
  • Şöhrət - uca qayalıq, insan oraya sürünə-sürünə, qartal isə bir dəfə qanad çalmaqla çıxır. Abay Kunanbayev
  • Təbrizə balıq Xəzərdən gətirilir. Acı çaydan da balıq tutulur, lakin bu, suyun səviyyəsi aşağı düşən vaxtlarda edilir. Ev və ov quşları, meyvə və digər azuqə istənilən qədər boldur. Belə təsdiq edirlər ki, bu şəhərin ətraflarında altmışdan çox üzüm sortu yetişdirilir. Səfəvilərdə Təbriz bazarından daha yaxşı bazar, Təbriz əhalisindən daha firavan və daha gözəl yaşayan əhali yoxdur. Tərəvəz, xüsusilə, şüyüd (mərəcüyüd) pulsuzdur. Yayda maral və su quşları bol olur, farslar ov quşlarını sevmir, maralları və digər vəhşi heyvanları az-çox ovlayırlar. Dağlarda qartallar olur. Bəzi adamlar ov quşlarını qırğı ilə təqib edirlər. Bu təqib çox maraqlı və cazibədardır. Qırğının qartalı tutmaq tərzi belədir ki, qırğı çox yuxarıdan uçaraq, onun üzərinə sürətlə şığıyır, cayanaqlarını qartalın böyrünə keçirir, elə havada uça-uça onun başına dimdik zərbələri vurur. Hərdən belə də olur ki, qırğı ilə qartal hər ikisi birlikdə yerə düşürlər. Qırğılar maralları da bu yolla ovçulara təslim edirlər…[1] Jan Şarden
  • Üç şey mənim üçün anlaşılmazdır, dörd şeyi isə başa düşmürəm: göydəki qartalın yolu, qayadakı ilanın yolu, dəniz arasındakı gəmi yolu və kişini qadının ürəyinə aparan yolu. Süleyman

İstinadlar

redaktə
  1. [1] Antik dövr və orta əsr tarixçiləri və səyyahları Azərbaycan təbiəti haqqında – 2-ci hissə