Quş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ağıllı iş - qanadlı quş. Özbək atalar sözləri
- Alıcı quş dimdiyindən bilinər. Azərbaycan atalar sözləri/Mərdlik və igidlik
B
redaktə- Balıq balıqçıya tərəf can atar, quş - ovçuya tərəf. Fin atalar sözləri
- Balıq güzəranını çay bilər, quş niyyətini külək. Fin atalar sözləri
- Bəzi insanlar hər gün gördükləri bir heyvanı yeyə bilmirlər, bəziləri də quş ətindən kənara çıxmır və özləri yetişdirdikləri toyuqları yeməkdən imtina edirlər, amma öküz və ya qoyun ətini, bazardan alınmış toyuq ətini iştahla yeyirlər. Mənə elə gəlir ki, bu cür davrananların vicdanlarını günahkarlıq əzabından, sanki bir şəkildə iştirak etdiklərini bir cinayətin iştirakçısı olmaqdan xilas olmağa çalışırlar, bacardıqları qədər bu səbəbi aradan qaldırırlar; və mən bunda vərdişin zalım gücünü, iştahın və zövqün həddindən artıq gücünün hələ də tamamilə kökündən qurtara bilmədiyi ibtidai dindarlığın və məsumiyyətin güclü qalıqlarını görürəm. Bernard de Mandevil
- Bir daşla iki quş vurmaq olmaz. Azərbaycan atalar sözləri/B
Ç
redaktə- Çox bilən quş, dimdiyindən cələyə düşər. Azərbaycan atalar sözləri/Söz, söhbət və danışıq
D
redaktə- Dostsuz insan qanadsız quş kimidir. Azərbaycan atalar sözləri/D
Ə
redaktə- Ən sadə yalanları gözümə baxaraq söyləyən axmaqlar gördüm. Mənsə onların cahil cəsarətlərinə və quş beyinlərinə heyrandım. Kiçik İsgəndər
G
redaktə- Gözəl quş əldə gəzər, gözəl qadın dildə gəzər. Türk atalar sözləri
X
redaktə- Xalq gedər quş gətirər, Xanalı bayquş gətirər. Azərbaycan atalar sözləri/X
H
redaktə- Hər quş şahin olmaz. Tatar atalar sözləri
- Hər zaman balıqqulaqlarını, rəngarəng sahil daşlarını və ümumiyyətlə uşaqların yığmağı sevdiyi o rəngarəng daşları xoşlamışam. Ağappaq quş lələyi, rəngli yarpaqlar – hərdən mən belə düşünürəm ki, məhz bunlar əsl sevinc mənbəyidir, nəyinki bahalı daş-qaşlar, zümrüdlər və s. Aqata Kristi
İ
redaktə- İnsan insan kimi, insan olaraq azad olmağı bacarmırsa, onda qurd kimi, quş kimi azad sanar özünü. Əziz Nesin
- İt - yiyəsinə arxayın olur, quş özünə. Monqol atalar sözləri
Q
redaktə- Qarğa özün quş bilir, xaşıl özünü aş. Azərbaycan atalar sözləri/İnsan qüsurlarının tənqidi
- Qurdun sayəsində quş da doyur. Türkmən atalar sözləri
- Quş aləmi təbiətin ən canlı, poetik hissəsidir. Həsən Əliyev
- Quş da fikirləşməmiş uçmur. Rus atalar sözləri
- Quş da meşədə tək yaşamaz. Osetin atalar sözləri
- Quş hara qonursa, orada lələyindən qalar. Koreya atalar sözləri
- Quş istəyirsənsə, əvvəlcə yuvasını tik. Alman atalar sözləri
- Quş öz qanadı ilə uçduğu kimi, adam da öz hikməti ilə uçur. Ərəb atalar sözləri
- Quş uçmaq üçün yarandığı kimi, insan da əmək üçün yaranıb. Alman atalar sözləri
- Quş var ətin yeyərlər, quş var ət yedirdərlər. Azərbaycan atalar sözləri/Mərdlik və igidlik
- Quşlar nə əkir, nə biçir - tox da dolanır. Rus atalar sözləri
- Quşlar yuvanı qoşalaşıb tikirlər. Fin atalar sözləri
- Quşu uçuşundan tanıyarlar. Rus atalar sözləri
O
redaktə- Oğlan quş ürəkli olur. Kitabi Dədə Qorqud
S
redaktə- Sənətsiz kişi - qanadsız quş. Başqırd atalar sözləri
- Söz də quş kimidir - doğulanda qanadlı doğulur. Madaqaskar atalar sözləri
V
redaktə- Vətənsiz adam qanadsız quş kimidir. Kürd atalar sözləri