A deyən B demək məcburiyyətində deyil. A-nın səhv olduğunu da ifadə edə bilər. Bertolt Brext
Aforizmlər, fəlsəfi fikirləri ifadə etməyin ən yaxşı formasıdır. Lev Tolstoy
Ağıllı qadın paltarını çıxardıqda utancaqlığa bükülür və ər və arvad arasında nə qədər çox utancaqlıq olsa, bu bir o qədər böyük sevgini ifadə edir. Plutarx
Ağlınıza gələnləri dərhal ifadə etməyin, bir az gözləyin ... Jozef Fuşe
Allahsız nə Amerika hökumət forması, nə də Amerika həyat tərzi ola bilər. Ali Varlığın tanınması amerikanlığın ilk, ən əsas ifadəsidir. Beləliklə, Amerikanın qurucuları bunu gördülər və beləliklə, Allahın köməyi ilə bundan sonra da belə olacaq.Duayt Eyzenhauer
Aydındır ki, təbiət qanunları ilə tanışlıq, Allahın ağlı ilə tanışlıqdan daha az ifadə olunmur. Ceyms Preskott Coul
Bəzən sevdiyimizin bizə yanıldığımızı ifadə etməsi, bizi aldatmasından daha ağır gəlir. Fransua de Laroşfuko
Bəzən susmaq, deyilən bir çox sözdən daha çoxunu ifadə edər. Şarl Lui Monteskyö
Bir gün xəstələndiyi üçün Putneyə baş çəkmək üçün 1729 nömrəli taksiyə yaxınlaşdım. Bu nömrənin mənə çox darıxdırıcı göründüyünü və pis bir işarə sayılmayacağına ümid etdiyimi bildirdim. - Yox! deyə cavab verdi. - Bu çox maraqlı rəqəmdir, iki kubun cəmi olaraq iki fərqli şəkildə ifadə edilə bilən ən kiçik rəqəmdir. Godfrey Hardi
Bu dünya haqqında bütün düşündüklərini ifadə etmək cəsarətini göstərəcək adam ayağını basacaq yarım metr torpaq tapa bilməyəcək. Henri Miller
Canlı və mənalı danışmağı xalqdan öyrənmək lazımdır. Xalq heç vaxt elə söz deməz ki, boğaza ilişib qalsın. Dil gözəlliyinin isə ən vacib tələblərindən biri budur ki, söz, cümlə, ifadə dili rahat gəlsin, ağızda fırlanmasın, musiqidə də belədir. Azərbaycan xalq musiqisinin əsaslarını öyrənmək nəticəsində mən Koroğlunu yazdım. Üzeyir Hacıbəyli
Cəmiyyətdə hakim olan xurafata zidd fikirləri sakitcə ifadə etməyə çox az adam qadirdir. İnsanların əksəriyyəti hətta belə bir fikir formalaşdıra bilmirlər. Albert Eynşteyn
Dil fikri o zaman daha yaxşı ifadə edə bilir ki, onu öz ahənginə uyğunlaşdıra bilir. Əbu Turxan
Dinləmək - çox vaxt müdrik bir insanın axmaq üçün ifadə etdiyi, lakin heç vaxt eyni şəkildə cavab vermədiyi bir nəzakətdir. Adrian Dekursel
Duyğularımı şeirlərlə anlada bilmərəm, çünki şair deyiləm; özümü kölgə və işıqlarla ifadə edə bilmərəm, çünki rəssam deyiləm; düşüncələrimi hərəkətlərlə də ifadə edə bilmərəm, çünki rəqqas deyiləm. Lakin bunların hamısını musiqi ilə edə bilərəm. Volfqanq Amadey Motsart
Eqoizm özünü xarici aləmdən təcrid edir. Daha doğrusu, əvvəlcə hər şeyi öz içinə alır və sonra da özünü xarici aləmdən kənarlaşdırır. Beləliklə, hazırda hiss etdiyimiz "eqo" əslində bütün kainatı əhatə edən və eqo ilə xarici aləm arasında yaranmış bir-birindən ayrılmaz bağı ifadə edən, daha geniş çalarlı bir hissin, sadəcə, kiçik modelidir.[1]Ziqmund Freyd
Ədəbiyyat – azad insan sözləri ilə ifadə olunur ki, bu da həm səs, həm lövhə, həm də müəyyən aydın ifadə olunmuş təfəkkürdür. Buna görə də ədəbiyyat incəsənət növlərinin bütün başqa ünsürlərinə malik olub, ayrılıqda onların hər birindən tamamilə istifadə etmiş olur. Ədəbiyyat bütün küll halında, incəsənətin tərkibindən ibarət olub, onun bütün cəhətlərini əhatə etməklə bərabər, bütün fərqlərini müəyyən və aydın bir şəkildə ehtiva edir. Vissarion Belinski
Ən gözəl fikir də pis ifadə edildikdə qiymətini itirir. Volter
Ən mükəmməl dil, ən az sözlə ən çox anlayışı ifadə edən dildir.n mükəmməl dil, ən az sözlə ən çox anlayışı ifadə edən dildir. Pyer Büast
Əsərin qəhrəmanlarının kimlər olduğunu oxucu əvvəldən bilirsə, onların danışığında mürəkkəblik artıqdır. Danışıqlar naturadakı rənglər kimi olmalıdır. Əgər qəhrəmanlar sonda açılırsa, danışıqlar sistematik funksiya daşıyır, yəni mürəkkəbliyi ifadə etmək üçün vasitədir. Ona görə də onda məntiqi bağlılıq ardıcıl olmalıdır. Xudu Məmmədov
Əsl musiqi yalnız insani hissləri, yalnız qabaqcıl humanist fikirləri ifadə edə bilər. Dmitri Şostakoviç
Hekayə danışmaq məharəti, mövzuya aid olmayan hər cür şeylərə özünüzün ən dəyərli fikirlərinizi ifadə edənə qədər dinləyicilərin bilmək istədiklərini gizlətməkdir. Yaxşı bir hekayə şəkəri zahirdə yox, daxildə olan acı bir həbə bənzəyir. O.Henri
Həqiqətin dəhşətli qorxusu olmazsa, fikirlərini ifadə etməyin gücü olmaz. Edqar Allan Po
Həqiqi sevgi danışa bilməz, çünki həqiqi hiss sözdə deyil, əməllə ifadə olunur. Uilyam Şekspir
Həmişə fikrimi mümkün qədər açıq şəkildə ifadə etməyə çalışıram və bunu bacarmasam, bu mənim günahımdır. Dmitri Şostakoviç
Hər bir musiqi məhəbbətin hansı isə çalarlarını ifadə edir. Tur Xander
Həyatınızı elə yaşayın ki, elə bil heç kim baxmır və özünüzü elə ifadə edin elə bil ki heç kim eşitmir. Nelson Mandela
İki gücdən hansı insanı ən uca zirvələrə qaldıra lilər, sevgi və ya musiqi? ... Bu böyük bir problemdir. Yenə də mənə elə gəlir ki, bunu söyləməliyik: Sevginin musiqi fikirlərini ifadə etmək gücü yoxdur, musiqi isə sevgi fikirlərini ifadə edə bilər ... Niyə birini digərindən ayırmaq lazımdır? Musiqi və sevgi ruhun iki qanadıdır. Hektor Berlioz
İki növ cəfəngiyat var: biri hisslər və düşüncələrin çatışmazlığından irəli gəlir, sözləri əvəz olunur; digəri - hiss və düşüncələrin tamlığından və onları ifadə etmək üçün sözlərin olmamasından. Aleksandr Puşkin
İncəsənətin vəzifəsi təbiəti köçürmək yox, ifadə etməkdir. Biz, şeylərin, varlıqların mənasını, görünüşünü ağlımızla dərk etməliyik. Onore de Balzak
İnsan fiziki şəxs olaraq özünüifadə azadlığına malik olmalı, hətta ağlını itirəndə də öz dəliliyini azad ifadə etmək hüququ olmalıdır. Müəmmər əl-Qəzzafi
Qarnı tox olan qaçqın üçün bir dilim çörək heç bir şey ifadə etmir, lakin ac olan üçünsə çox şeyi ifadə edir. Con Vatson
Qəbiristanlıqdakı ən varlı adam olmaq mənim üçün heç nə ifadə etmir. Mənim üçün əhəmiyyətli, gecə yatağıma uzananda "Bu gün mükəmməl iş gördüm"-deyə bilməkdir. Stiv Cobs
Mən bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan dili XX əsrdə böyük inkişaf yolu keçmişdir. İndi baxın bizim dilimiz nə qədər zəngindir, nə qədər məlahətlidir, nə qədər şirindir və bütün fikirləri ifadə etməsi üçün nə qədər söz ehtiyatlarına malikdir. Biz Azərbaycanda Azərbaycan dilinin hakim olmasını, Azərbaycan dilinin getdikcə inkişaf etməsini təmin edəcəyik. Heydər Əliyev/Azərbaycan dili
Mən dahi insanın ağzının böyük ola biləcəyini düşünmürəm. Bu əlamət heyvanı xatırladır. Bundan başqa, mən həm də onun tərfdarıyam ki, alın və gözlər intellekti, ağız isə iradəni ifadə edir. Artur Şopenhauer
Mən əsl usta o zaman oldum ki, “Bura gəl” kəlməsini 15-20 səs tonu çaları ilə ifadə etməyi öyrəndim. Anton Makarenko
Mənim fikrimcə, Rusiya üçün, məhdudiyyətsiz monarxiya daha faydalıdır. Məhdudiyyətsiz monarxiya nədir? – sizdən soruşuram. Bu, respublika ilə eyni şeydir. Sadəcə olaraq, sadə və aydın ifadə edilmiş həddə çatdırılmışdır. Bu, bir simada təcəssüm olunmuş respublikadır. Ona görə də dünyada heç bir hökumət bu qədər yaxşılıq etmək iqtidarında deyil... Belə deyirlər ki, aşkarlığın olmaması nəticəsində rüşvətxorluq çox kök salmışdır. Amma sizdən soruşuram: harada rüşvət yoxdur? Rüşvətxorluq bizdəki kimi harada asanlıqla aradan qaldırıla bilər? Ən azı bir şeyi düşünün ki, hər yerdə rüşvətxorlar üçün məhkəmə tələb olunur, bizdə isə zərərli adamın həmişəlik zərər vurmaq imkanından məhrum olması üçün yalnız rəhbərliyin daxili inamı kifayətdir. Saltıkov-Şedrin
Mənim üçün optimizm nəinki bir cəfəngiyatdır, eləcə də bəşəriyyətin ifadə edilməyən iztirabları üzərində vicdansız baxış və acı istehzadır. Artur Şopenhauer
Məntiqli insan tez-tez gülünəcək bir şey olmadığı halda gülər. Onu hirsləndirən hər nə olursa olsun, verdiyi reaksiya öz iç hüzurunu ifadə edər. Yohann Volfqanq Göte
Musiqi sözlərlə deyilə bilməyəni, amma deyilməsi lazım olanları ifadə edir. Viktor Hüqo
Mürüvvət ona deyilir ki, nəfs həmişə gözəl ifadə, ürərkləndirici ibarələr işlətməklə lazım olduğu qədər və ya ondan çox şey bağışlasın. Nəsirəddin Tusi
Öz fantaziyanıza sərbəstlik verərək və təkziblərdən qorxmayaraq danışılması mümkün olan yalnız iki mövzu var. Siz yuxuda gördüyünüzü, tutuquşundan eşitdiyinizi danışa bilərsiniz. Məhkəmə şahid ifadəsi vermək üçün nə Morfeyi, nə də tutuquşunu məhkəməyə buraxmaz, dinləyicilər isə sizin hekayənizə irad tutmağa risk etməzdilər. O.Henri
Sevimli atam! Hisslərimi şeirlə köçürə bilmərəm, şair deyiləm; özümü kölgələr və işıqla ifadə edə bilmərəm, rəssam deyiləm; düşüncələrimi hərəkətlərlə də açıqlaya bilmərəm, rəqsçi deyiləm. Amma bunların hamısını musiqilə edə bilərəm. Mən bir musiqiçiyəm. Volfqanq Amadey Motsart
Siyasətin ali məqsədi insanların artması üçün şəraitin yaradılmasında daha aydın ifadə olunur. Dmitri Mendeleyev
Sovet xalqı ilə alman xalqı arasında münasibətlərin islahatı Almaniyanın sovet zonasının hakimiyyət orqanlarının apardığı xətt üzrə mümkün deyil. Həmin zonadakı almanlar onları bu qədər qeyri-insani şəkildə pozanlara nifrət və xor baxmağa başladılar. Və bu sistemi dəstəkləyənlərə qarşı da oxşar hisslər olmalıdır. Sərhədin bağlanması misli görünməmiş iflasın etirafıdır. Almaniyanın o hissəsində yaşamaq məcburiyyətində qalan insanların fəhlə və fermerlər cənnətini tərk etmələrinin qarşısını ancaq fiziki güc tətbiq etməklə almaq olar. Sovet və alman xalqları arasında münasibətləri yeni təməl üzərində qurmağın yalnız bir imkanı var: alman xalqına öz iradəsini azad və təsirsiz şəkildə ifadə etmək yolu ilə formalaşdırmaq hüququ geri qaytarılmalı, yer üzündə heç bir xalqa verilməməlidir. Konrad Adenauer