A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Alıb asılı olmaqdansa, verib asılı elə. Türkmən atalar sözləri
  • Ancaq sevgi həmişə yenidir. Həyatımızda bir, iki və ya bir neçə dəfə sevməyimizdən asılı olmayaraq, həmişə yeni bir vəziyyətlə qarşılaşırıq. Sevgi bizi cəhənnəmə və ya cənnətə göndərə bilər, amma bizi həmişə bir yerə aparır. Sadəcə olaraq bunu qəbul etməliyik, çünki varlığımızı qidalandıran budur. Əgər rədd etsək, aclıqdan ölürük, çünki əlimizi uzadıb həyat ağacının budaqlarından meyvəni qoparmağa cəsarətimiz çatmır. Sevgini tapdığımız yerə aparmalıyıq, hətta bu saatlar, günlər, həftələr məyusluq və kədər olsa belə. Sevgini axtarmağa başladığımız an, sevgi bizi axtarmağa başlayır. Və bizi xilas etmək üçün. Paulo Koelyo
  • Bilavasitə dərk edilən, dərinin hüdudları və ya daha dəqiq serebral əsəb sistemindən çıxan ən qıraq sonluqlarla ilə məhdudlaşır. Bu hüdudların kənarında yerləşən dünya barədə yalnız bizim beynimizdə əks olunan simalar vasitəsilə bilirik. Sual ondadır ki, bu simalar bizdən asılı olmayan mövcud dünyaya uyğun gəlirmi və nə qədər uyğun gəlir. Artur Şopenhauer
  • Bilik və bacarıq — insanın bütün məziyyətlərini əks etdirən iki dayaqdır. Qoy sənə möhtac olsunlar. Bütü səcdəgah edən heykəltəraş deyil, ona sitayiş edənlərdir. Yaxşısı budur ki, səndən xahiş etsinlər, nəinki minnətdarlıq bildirsinlər. Birinci nə qədər unutqandırsa, ikinci bir o qədər hafizəlidir. Asılı olanlar minnətdar olanlardan daha faydalıdırlar: susuzluğunu söndürən bulaqdan üz döndərəcək, sıxılmış portağal qızıl qabdan bataqlığa atılacaq. Ehtiyacın sonu dostluğun, sənə olan hörmətin sonu deməkdir. Baltazar Qrasian
  • Biliklərimizi qaydaya salmaq üçün hansı sistemdən istifadə etməyimizdən asılı olmayaraq, bu sistem dünyanın özü ilə qarışdırılmamalı olan dünya modeli olaraq qalır. Nils Bor
  • Bir sənayedə rəqabət aparan hər bir firmanın açıq və ya gizli olmasından asılı olmayaraq rəqabət strategiyası var. Maykl Porter
  • Biz bədbəxt insanlardan ibarət bir cəmiyyətik: tənha, narahat, depressiyaya düşmüş, dağıdıcı, asılı insanlar - qənaət etməyə çox çalışdığımız vaxtı öldürdükdə sevinən insanlar. Erix Fromm
  • Bizim cəmiyyət - xroniki bədbəxt olan insanlardan ibarətdir. Onlar tənhalıqdan, qorxulardan əzab çəkir, özlərini asılı və alçaldılmış hiss edir, dağıdıcılığa meyllidir, qazandığı zamanı "öldürə bildiyi üçün" məmnunluq duyur. Erix Fromm
  • Bu dünyada sevgi qarışıq, qeyri-adi yollarla hərəkət edir. Ananın məhəbbəti güclüdür, ibtidaidir, eqoistdir və eyni zamanda təmənnasızdır. O, heç nədən asılı deyildir. Ərin arvadına sevgisi... - bu həmfikirliyin və qarşılıqlılığın şirin telləri, qayğı və həssaslıqda yarışdır. Bir atanın bir oğula və ya qızına olan sevgisi, əvəzinə heç nə gözləmədən öz sevgisini övladları ilə bölüşməkdir. Bu, təhlükəsizliyi sizin üçün əziz olan yolçuya xeyir-dua verməkdir, sevdiyiniz insanın uğursuzluqlarından kədərlənməyə, uğurlarından isə qürur duymağa məcbur edən zəifliklərin, gücün ölçülüb- biçilmiş nisbətidir. Belə bir hiss comərdlik, yüksəklikdir. O heç nə istəmir, əksinə, yalnız ağıllı və səxavətli bir şey verməyə çalışır. “Kaş ki, oğlum uğur qazansın! Kaş ki, qızım xoşbəxt olsun!”. Valideynin bu müdrik və sevgi dolu ifadələrini eşitməyən, düşünməyən varmı? Teodor Drayzer
  • Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır. Heydər Əliyev
  • Digərlərindən asılı olan və daxili vəsaiti olmayan hər kəs azad ola bilməz. İttifaqlar, müqavilələr, insanların etimadı - bütün bunlar zəifi güclüyə yox, güclünü zəifə bağlaya bilər. Jan Jak Russo
  • Etiraf etməliyəm ki, hər şeyi Allahın iradəsinə tabe edən və hər şeyin ondan asılı olduğunu düşünənlər həqiqətdən Allahın hər şeyi xoşbəxtlik naminə etdiyini düşünənlərdən daha az yayınırlar. Sonuncular görünür ki, hesab edirlər ki, Allahdan kənarda ondan asılı olmayan, amma yaratdıqlarında ondan bir nümunə kimi istifadə etdiyi və məlum məqsədə can atdığı nə isə bir şey mövcuddur. Bu isə, əlbəttə ki, Allahı qismətə tabe etmək deməkdir. Allah haqqında bu qədər cəfəngiyyat bir fikir ola bilməz. Biz isə deyirik ki, bütün şeylərin varığının, eləcə də onların mahiyyətinin ilk və yeganə səbəbkarı Allahdır. Benedikt Spinoza
  • Əgər insanı fikirləşməyi öyrənibsə, nə düşünməyindən asılı olmayraq həmişə öz ölümü barədə düşünür. Lev Tolstoy
  • Əgər yalançı bir asket də var-dövlət toplayırsa, bunu təbəələri onun xəzinəsindən asılı olan bir hökmdar niyə etməməlidir? Çanakya/Hökmdar
  • Ən gözəl savaş insanın öz varlığına və asılı olduqlarına qarşı olan savaşdır. Napoleon Bonapart
  • Fakt, faktdır. Sizin bəyənib bəyənməməyinizdən asılı olmayaraq onlar yoxa çıxmır. Cəvahirləl Nehru
  • Gələcək, keçmişin cazibəsindən qaçmağa kömək etməyən şəxslərdən və təşkilatlardan asılı olacaq. Maykl Porter
  • Hansı qadının bəxş etməsindən asılı olmayaraq, əsl sevgi bizi həmişə yaxşı edir. Aleksandr Düma (oğul)
  • Hansı ölkədə yaranmasından asılı olmayaraq elm və sənət bütün dünyaya məxsusdur. Aleksandr Puşkin
  • Hansı vəziyyətdə yaşamasından asılı olmayaraq insan hər zaman rahatlıq və narahatlıq tapır! Bencamin Franklin
  • Harada ki, ordu xalqdan asılıdır, orada hökumət sonda ordudan asılı olacaq. Antuan de Rivarol
  • Həyatımız ağıla gəlməyən bir sözdən, bir baxışdan və ya hadisədən asılı ola bilər. Molyer
  • Hökmdar bir keyfiyyəti şirdən və durnadan, dörd keyfiyyəti xoruzdan, beşini qarğadan, altısını itdən və üçünü isə eşşəkdən almalıdır. O, şirdən böyük və kiçik olmasından asılı olmayan ən müxtəlif məsələləri həll etməyə daima hazır olmağı öyrənməlidir. O, durnadan hisslərini idarə etməyi, qoyulan məsələni həll etmək üçün düzgün yer və vaxt seçməyi öyrənməlidir. O, xoruzdan dörd şeyi öyrənməlidir: vaxtında durmağı, döyüş ruhuna malik olmağı, müttəfiqlər və tabeliyində olanlar arasında məsuliyyəti müəyyən etməyi və döyüşdən sonra həzz almağı. O, qarğadan beş şeyi mənimsəməlidir: başqalarından gizli intim münasibətdə olmağı, gizli hərəkətləri necə etməyi, düşməni necə gözləməyi və zərərsizləşdirməyi, soyuqqanlı olmağı və hər şeyə qarşı inamsızlığı. İtin insana da xas olan altı üstünlüyü var: daha çoxa malik olma arzusu, aza qane olma bacarığı, dərin yuxu, asan oyanma, yiyəsinə sadiqlik və cəsarət. O, eşşəkdən üç şeyi öyrənməlidir: ağırlığından asılı olmayaraq yük daşımağı, istiyə və soyuğa dözməyi, həmçinin yolun nə qədər uzun və yorucu olmasından asılı olmayaraq razı qalmağı. Bütün bu iyirmi keyfiyyəti özündə cəm edə bilən uzaqgörən insan bütün düşmənlərini məğlub edəcək, özü isə məğlub olmayacaq. Çanakya
  • İnsanın ruhun iki qütbü arasında hansı məqamda qərar tutması əqldən asılı olur. Əbu Turxan
  • Kimin deməsindən asılı olmayaraq, mən həqiqətin tərəfdarıyam. Mən ədalətin tərəfdarıyam, kimin lehinə və ya əleyhinə olmasından asılı olmayaraq. Mən hər şeydən əvvəl insanam və buna görə də bütövlükdə bəşəriyyətə fayda verən hər kəsin yanındayam. Malkolm X
  • Kimin nə deməsindən və etməsindən asılı olmayraq mən yaxşı insan olaraq qalmalıyam. Mark Avreli
  • Kimin tərbiyə etməsindən asılı olmayaraq, uşaqlar haqsızlığı çox ağrılı qarşılayırlar. Haqsızlıq kiçik olsa da, uşağın özü də, dünyası da kiçikdir. Onun üçün yırğalanan oyuncaq at, bizim üçün ucaboy İrlandiya atı kimidir. Çarlz Dikkens
  • Qadın cinsindən asılı olmayaraq, seçkilərdə səsvermə hüququna malikdir. Muəmmər Qəddafi
  • Məmurlar-insanın necə yaşaması üçün qanunlar yazan eşşək arılarıdır. Nazirlərin maaşı niyə daimidir və Prussiya xalqının yaxşı və ya pis yaşamasından asılı deyil? Əgər bu bürokratların maaşı xalqın yaşayış səviyyəsindən asılı olaraq aşağı və yuxarı dəyişərsə, onda bu axmaqlar az qanunlar yazar, çox düşünərdilər. Otto fon Bismark
  • Millət bir ruhdur, ruhani prinsipdir. İki şey bu ruhu, bu ruhani prinsipi yaradır. Biri keçmişdə, o biri indidədir. Biri zəngin ümumi xatirələrə malik olmaqdır; o biri ümumi müqavilə, birgə yaşamaq arzusudur, bizə miras qalmış bölünməz irsdən birgə istifadəni davam etdirmək iradəsidir... Qəhrəman keçmiş, dahi şəxsiyyətlər, şöhrət (amma həqiqi) - milli ideyanın söykəndiyi başlıca kapital budur. Keçmişdə ümumi şöhrətə, gələcəkdə ümumi istəyə malik olmaq, birgə böyük işlər görmək, onları gələcəkdə də arzulamaq - xalq olmağın başlıca şərtləridir... Keçmişdə ümumi şöhrəti və peşmançılıqları bölüşmək, həmin proqramı gələcəkdə də həyata keçirmək, birgə əzab çəkmək, sevinmək, ümid etmək, bunlar ümumi gömrük və sərhədlərdən də önəmlidir; irq və dil fərqindən asılı olmayaraq başa düşülən məhz budur. İndicə "birgə əzab çəkmək" dedim, bəli, ümumi əzab insanları ümumi sevincdən daha çox birləşdirir..." Ernest Renan
  • Müdrik hökmdar öz təbəələrinin, onlar kim olsalar da və istənilən şərtlər çərçivəsində dövlətdən və onun özündən asılı olmalarının qeydinə qalacaq. Bu halda onlar həmişə etimada layiq olacaqlar.[1] Nikkolo Makiavelli
  • Obyektiv düşünmək bacarığı ağıldır; ağılın arxasındakı emosional münasibət təvazökarlıqdır. Obyektiv olmaq, ağıldan istifadə etmək o zaman mümkündür ki, insan təvazökarlıq rəftarına nail olsun, uşaqlıqda hər şeyi bilmək və hər şeyə qadirlik arzularından çıxıb. Narsissizmin nisbi yoxluğundan asılı olan sevgi təvazökarlıq, obyektivlik və ağılla inkişaf etməyi tələb edir. Mən bir insan şəklimlə onun narsistik şəkildə təhrif olunmuş davranışı ilə maraqlarımdan, ehtiyaclarımdan və qorxularımdan asılı olmayaraq mövcud olan insanın reallığı arasındakı fərqi görməyə çalışmalıyam. Erix Fromm

İstinadlar

redaktə
  1. Robert Qrin. Hakimiyyətin 48 qanunu.Bakı,2014. səh.70