A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Alimlərin qayğısı altında olan camaat, atasının qucağındakı uşaq kimidir. Rabiə Abdul əl-Rəhman
  • Az danışmağı, susmağı, soruşanda cavab verməyi, böyüklərə qulaq asmağı öyrətmək, nalayiq sözlər, söyüşlər, yersiz kəlmələr işlətdikdə utandırmaq, gözəl, zərif, xoş kəlamlardan istifadə etdikdə tərifləmək, buna adət etməyə hüsn-rəğbət oyatmaq lazımdır. O, müəlliminə, yaşca özündən böyük olanlara hörmət və xidmət etməyi bilməlidir. Böyük adamların övladları belə davranış qaydalarına daha çox möhtacdır. Onun müəllimi ağıllı, vicdanlı, əxlaq normalarına, uşaq ruhiyyəsinə bələd, şirin danışmaqda, insaflı rəftarda, vüqarlı, zəhmli davranışda, pak və təmizlikdə məşhur, şahların xasiyyətindən, adət və ənənələrindən, eyş-işrətlərindən, məclis və söhbətlərindən bixəbər, camaatın hər təbəqəsi ilə danışmağı bacaran, rəzil və alçaq adamlardan qaçmalıdır. Böyük adamların yaxşı tərbiyə görmüş, gözəl adətlər qazanmış uşaqları ilə bir məktəbdə oxumalıdır ki, darıxmasın, onlardan öyrənsin, başqa şagidlərə qibtə hissi ilə yanaşsın, onlarla bəhs-bəhsə girsin, elmə həvəsi artsın. Nəsirəddin Tusi
  • Bilinməyən, sirr, xəyali, mifik, möcüzəvi, inanılmaz və hətta dəhşətli olanı aşkar, sadə və sağlam olandan üstün tutmaq cəhalətə xasdır. Həqiqət heç vaxt təxəyyülü mövhumatlar qədər güclü şəkildə sarsıtmaz ki, hər kəsin özünə uyğunlaşdıra bilər. Adi insanlar nağılları dinləməyi hər şeydən üstün tuturlar. Kahinlər və qanunvericilər dinlər uydurur və bu nağıllardan sirlər çıxarırlar. Onlardan adi insanların xarakterinə, xasiyyətinə uyğun istifadə edirdilər. Adi camaatın bu meylinə görə keşişlər, şəriət və qanunvericilər vəcd həvəskarlarına, qadınlara və cahillərə bağlandılar. Bu məzmunda olan insanlar tədqiq edə bilmədikləri fikirləri asanlıqla qəbul edirlər. Saflıq və həqiqi sevgi ancaq təxəyyüllərini araşdırma və düşünməklə təşkil edən müəyyən insanlarda olur. Bir kəndin sakinləri heç vaxt öz keşişindən latın dilini dini nitqlərinə həddən artıq qarışdırdıqda ondan məmnun olmurlar. Cahillər, başa düşmədikləri şeylərdən danışan hər kəsi çox alim hesab edirlər. Bu, qəbilələrin sadəlövhlük prinsipi və onlara rəhbərlik iddiasında olanların təsir və hökmranlığıdır. Pol Anri Holbax
  • Bir bəndə öldükdə camaat deyər: "Özündən sonra nə qoydu getdi?" Və mələklər deyər: "Özü ilə nə gətirdi?" Məhəmməd
  • Elə bir zaman gələcək ki, camaat on hissəyə sahib olacaq, doqquz hissə xalqdan çəkiləcək, bir hissəsi isə sükut içində olacaq. İmam Rza
  • Əgər hökmdar valideynlərinə hörmət edirsə, sadə camaat da mərhəmətli olacaq. Konfutsi
  • kim camaatda olan eyib barəsində danışsa, camaat onda olmayan eybi ona aid edər. Əli
  • Qara camaat düşünməyə başlayanda hər şey məhv olur. Volter
  • Roma ilə bizim aramızdakı fərq ondan ibarətdir ki, Romada Allahsızlıq, bizdə isə dindarlıq hökm sürür. Roma azğınlığa, biz isə mülayimliyə yoluxmuşuq. Romada qara camaat, bizdə isə rəhbərlik cuşa gəlir. Saltıkov-Şedrin
  • Səma susur, əvəzinə camaat danışır. Yapon atalar sözləri
  • Sən mənim üstümə qılınc, nizə və mizraqla gəlirsən, lakin mən sənin üstünə söydüyün İsrail alaylarının Allahı Ordular Rəbbinin ismi ilə gəlirəm. Bu gün Rəbb səni mənə təslim edəcək və mən səni öldürəcəyəm. Başını bədənindən ayıracağam. Bu gün Filişt ordusunun leşlərini göydəki quşlara və yerdəki heyvanlara verəcəyəm. Bundan sonra bütün dünya biləcək ki, İsraildə Allah var. Bütün bu camaat biləcək ki, Rəbb qılıncla və nizə ilə xilas etməz, çünki bu döyüş Rəbbindir və O sizi bizə təslim edəcək.
  • Sənin dilin gözəl və şirin; üzün isə pisliklərdən xilas olmuş kimi gülür, ya ürəyinin halı necədir? Camaat içində yaxşı görünürsən, ya tək ikən, yanında kimsə yox ikən necəsən? Göründüyün kimi deyilsən. Sən namaz qıldığın, oruc tutduğun, xeyr işləri etdiyin zaman, əgər bunları sırf Allahu təalanın razılığını güdərək etməzsənsə, nifaq üzrə və Allahu təaladan uzaq olacağını bilmirsənmi? İndi Allah üçün etmədiyin bütün işlərin, bütün sözlərin, adi və xeyli niyyətlərin üçün tövbə et. Əbdülqədir Geylani
  • Zülmkarın təkəbbüründən xilas olub qaragüruh camaatın təsiri altına düşmək yolverilməzdir. Zülmkar nələr törətdiyinii bilir, camaat isə yox. Herodot

İstinadlar

redaktə