Adam var ki, adamların naxışıdı, adam var ki, heyvan ondan yaxşıdı; adam var ki, dindirsən can deyər, adam var ki, dindirməsən yaxşıdı. Azərbaycan atalar sözləri/A
Ailə həyatı bir şəhvət ticarəti deyil, can ortalığıdır. Belə olmasa, ailə də olmaz. Con Milton:İngilis şairi və publisisti)
Az, amma dürüst bir zəka, zamanla çox amma pozğun bir zəkadan daha çox can sıxar. Fransua de Laroşfuko
Bir insan ümidini itirər və məqsədsiz qalarsa, sırf can sıxıntısı belə onu bir heyvana çevirə bilər. Fyodor Dostoyevski
Bir qadın sevdiyi kişinin başqa qadın tərəfindən xoşbəxt edildiyini görməkdənsə, onu can verərkən görməyi seçər. Onore de Balzak
Bülbülü saldılar qəfəsə dedi: "Ay Vətən, ay Vətən". Buraxdılar, qondu tikan koluna, dedi: "Can Vətən, can Vətən". Azərbaycan atalar sözləri/Vətən və el
Gecənin kabusu təzə açılmış səhər işığından qaçıb gizləndiyi kimi, hüzn, can sıxıntısı, şıltaqlıq və boş arzular da əməyin açıq və sakit simasından qaçıb gizlənir. Konstantin Uşinski
Gerçək ümidsizlik can vermə, məzar və uçurumdur. Alber Kamyu
İnsan öz fərdiliyini nə qədər çox biruzə verirsə, o qədər də bütün mövcudatla birləşməyə can atır. Rabindranat Taqor
İnsan şüuraltı olaraq həmişə melanxoliyaya can atır. Nakam sevgi xoşbəxt sevgidən daha romantikdir və kədər, yaxud ağrı kimi, biz melanxoliyanı daha kəskin hiss edirik, nəinki xoşbəxtliyi. Lars fon Trier
İnsan zəkası "acgözdür": o, yerində sakit dura bilmir, daim irəliyə - ona məlum olmayan ənginliklərə can atır və onu bu yürüşdən heç nə saxlaya bilməz. Frensis Bekon
Sevmək gözəl peşədir, amma çətindir. Can dözür dözməyinə, amma ürək getdi gedəcək. Camal Sürəya
Sirr insanda əmanət olduqdan can kimi gizlətmək lazımdır. Bir sirrə iki adamdan artıq xəbərdar olsa, tamam aləmə faş olmuş kimidir.[1]Məhəmməd Tağı Sidqi