Gümüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ağıl qızıldır, fikir - gümüş. Qırğız atalar sözləri
- Ağzından sifdə çıxardanda gümüş çıxart, amma heç dinməsən qızıldı. Azərbaycan atalar sözləri/A
B
redaktə- Böyük işlərə girdim. Özümə evlər tikdim, bağlar tikdim. Bağçalar, parklar qurdum, oralara müxtəlif meyvə ağacları əkdim. Qanad, budaq salan meşə ağaclarını sulamaq üçün hovuzlar düzəltdim… Hər kəsdən çox mala, davara sahib oldum. Qızıl-gümüş yığdım; padşahların, ellərin xəzinələrini yığdım… Böyük şöhrətə qovuşdum… Gözümün istədiyi heç bir şeyi özümdən əsirgəmədim. Könlümü heç bir zövqdən saxlamadım… Etdiyim bütün işlərə, çəkdiyim bütün əməklərə baxanda gördüm ki, hamısı faydasız və küləyi qovmağa cəhd etmək imiş. Günün altında heç bir qazanc yox imiş. Tövrat
- Bu ərazi sonrakı dövrlərdə də öz münbitliyi ilə şöhrət qazanmışdır. Bütün mümkün mənfəətlər üzrə və Qafqaz dağlarının uca dağlarıyla abad və gözəldir. Əzəmətli Kür çayı gur axarıyla özüylə çoxlu böyük və xırda balıqlar gətirir. O, gəzərək axır və Kaspi dənizinə tökülür. Onun düzəngahları taxıl, üzüm, neft, duz, ipək və pambıq kağızıyla boldurlar; zeytun ağaclarının sayı-hesabı yoxdur; dağlarda qızıl, gümüş, mis və sarı buxur çıxarılır...[1] Moisey Kalanakatlı
- Bu mövzuda (kimyagərlik) ilk etibarlı qeyd, Miladdan təxminən 300 il sonra Diokletianın Misirdə qızıl və gümüş hazırlamaq sənətindən bəhs edən bütün qədim kitablar üçün səylə axtarış aparılmasını əmr edən fərmanıdır ki, onları alovlara göndərsinlər. Bu fərman mütləq təqibin müəyyən bir qədimliyini nəzərdə tutur; və möcüzəli tarix Süleymanı, Pifaqoru və Hermesi öz görkəmli seçiciləri arasında qeyd etmişdir. Uilyam Qodvin
Ç
redaktə- Çin dövlətinin şərqində, okeanda, Çin sərhədlərindən təxminən 700 verst (Rusiyada uzunluq ölçü vahidi. 500 sajen 1066,781 metrə bərabərdir. Tək halda rusca “Верста”, cəmdə “Верст”. 1 verst = 1066 m = 3500 fut) məsafədə Yaponiya adlı böyük ada yerləşir. Həmin adada Çin dövlətindəkinə nisbətən daha çox sərvət var, orada gümüş, qızıl filizləri çıxarılır. Yazıları və qismən də adətləri çinlilər ilə eyni olsa da, bu adamlar daha qəddardırlar, buna görə də dini (xristian) təbliğ etmək üçün ora gələn ruhanilərin çoxunu öldürmüşlər. Yaponiya
- Moskvanın Pekindəki səfiri S.Nikolay üçün xatirə məktubundan, 1675.
D
redaktə- Danışmaq gümüş, danışmamaq qızıldır. Azərbaycan atalar sözləri/D
- Doğru adamın dili saf gümüş kimidir, pisin niyyəti isə dəyərsizdir. Tövrat
- Döyüş bir parad kimi görünən bir hücum deyil, çırpınan plakatlarla döyüş deyil, qəzəbləndikləri və qışqırdıqları bir əl-əl döyüşü deyil; Müharibə dəhşətli dərəcədə fövqəladə bir yorğunluq, bel, dərin su və kir, bit və iyrənc bir şeydir. Bunlar cəsədlərin və cəsədlərin parçalanmış, qarışıq üzləri üzərində üzən və artıq cəsədlərə bənzəməyən küflü üzlərdir. Bəli, müharibə, heyrətamiz dramlarla kəsilən, sonsuz çətinliklərin monotoniyasıdır və süngü deyil, gümüş kimi parıldayan, xoruzun günəşdəki bir buynuz mahnısı deyil. Yanğın (Anri Barbüs)
Ə
redaktə- Əgər nitq gümüş, sükut qızıldırsa, dinləmək platindir. Polşa atalar sözləri
- Əməksiz qızıl ilə gümüş — sadəcə daşlar. Mahatma Qandi
- Əsl sərvət qızıl və gümüş parçaları deyil, sağlamlıqdır. Mahatma Qandi
- Əvvəllər onlar adətən bir funt gümüşdən beş rubl və iki qrivna düzəldirdilər, lakin xəsislik aldatma icad etdi: qarışıq üçün pul kəsib köçürməyə başladılar ki, bir funt gümüşdən on rubl çıxdı. Nikolay Karamzin
F
redaktə- Fil dişi, mərmər, etrüsk heykəlcikləri, şəkilləri, gümüş əşyalar... Çoxu məhrumdur bunlardan və bəzləri heç axtarmaz bunları. Horatsi
G
redaktə- Görməmiş gördü gümüş, oldu qudurmuş. Azərbaycan atalar sözləri/G
- Güllələr gümüş deyil, amma yenə də çox ağrıyır. Bleyd II
- Gümüş də qəhrəmanları şirnikləndirir, qızıl isə hətta müdrikləri də korlayır. İtalyan atalar sözləri
- Gümüş çəkic dəmir darvazaları qırır. İtalyan atalar sözləri
- Gümüş çəkic dəmir qapını sındıra bilər. Bask atalar sözləri
- Gümüş qanadlı körpü, bağışlanmaz bir kabusun ölü külündən yenidən başlayan həyatın ləl-cəvahiratlı mənzərəsinə qədər uzanır. Aberjhani
H
redaktə- Hər buludun bir gümüş astarı var. Kanada atalar sözləri
X
redaktə- Xəyanətin əvəzini gümüşlə ödəyə bilməzsən. İstənilən xəyanətin qiyməti həmişə kiminsə həyatıdır. Stiven Edvin Kinq
İ
redaktə- İki nəfərin bir-biri ilə evlənərək düzgün hərəkət edib-etmədiyini hətta gümüş toylarında belə mühakimə etmək olmaz. Mariya fon Ebner-Eşenbax
- İngilis bankı öz müştərilərinin ləyaqətini ciddi şəkildə qoruyur. Ona görə də onun nə mühafizəsi, nə də dəmir barmaqlıqları var. Qızıl, gümüş, bank biletləri açıq şəkildə, hər yerdə “səpələnib” və necə deyərlər, hər yoldan ötənin “insafına” buraxılıb. Jül Vern
- İstifadə olunan açar gümüş kimi parlayır: istifadə etmədikdə, pasla örtülür. Eyni şey anlayışla da olur. Bencamin Franklin
K
redaktə- Kasıb itinin adını Gümüş qoyar. Azərbaycan atalar sözləri/K
- Kəsra (Nuşirəvan) Xəzər dənizindən dağlara qədər Bab əl-Əbvab adlandırılan 20 fərsəng uzunluğunda Dərbənd səddini tikdirdi və hər yerdə bir sərkərdə təyin edərək, onlara qoşun dəstələri və yaşayış üçün zəruri miqdarda və kişi nəsli üzrə miras keçən torpaq sahəsi ayırmışdı; həmin sərkərdələrin nəsilləri indiyədək (961-ci il) şəhər divarlarının qarşısındakı ərazini qoruyurlar. Bundan başqa o, xüsusi fəxri geyim nümunəsi müəyyən etmişdi. Məlik səviyyəsinə qaldırılmış bu sərkərdələr həmin geyimlərin üzərində nəqş edilmiş xüsusi rəsmlərə görə Vəxranşah (qabanlar şahı), Şirvanşah (şirlər şahı), Filanşah (fillər şahı), Alanşah (qarğalar şahı) adlanırdı. Onlardan birinə isə gümüş tağ bağışlamışdı. Sərirşah adı da buradan gəlir... [2][3][4]
- Həmzə İsfahani, X əsr tarixçi
Q
redaktə- Qardaş sevgisi gümüş, dost sevgisi qızıldır. Litva atalar sözləri
- Qızıl-gümüş çıxan yerdən doğulduğun yer əziz. Tatar atalar sözləri
- Qızıl-gümüş şirin dadmır, amma adamlar ondan ötrü üz-göz olurlar. Amhar atalar sözləri
- Qızıl və gümüş təmiz suda tərəziyə çəkildiyi kimi, ruhlar da sükutla ölçülür. Danışıq sözlər yalnız qərq olduqları sükut sayəsində ağırlıq daşıyır. Moris Meterlink
- Qızılla ərintidə gümüş qızılı çalar alır. Çanakya
M
redaktə- May yağışı qızıldır, iyun yağışı - gümüş, iyul yağışı - od. Gürcü atalar sözləri
- Məmnunluq, Hötenin gözəl təsvirinə görə sadə bir balıqçı kottecini gümüş saraya çevirən sehrli bir çıraqdır. Orison Suett Marden
- Mis pul gümüş pula sürtüldüyü kimi, yaxşı adamın yanında dolaşsan, sonda dəyərin qalxacaq. Maksim Qorki
- Misdən gümüş olmaz, səsdən - iş. Tatar atalar sözləri
O
redaktə- Olimpiadada ikinci olmaq sizə gümüş qazandırır. Siyasətdə ikinci olmaq sizi unutdurur. Riçard Nikson
P
redaktə- Pendir qəlyanaltı üçün qızıl, şam yeməyi üçün gümüş, axşam yeməyi üçün qurğuşundur. Toskana atalar sözləri
S
redaktə- Səhər şərab qurğuşun, günorta gümüş, axşam isə qızıldır. İtalyan atalar sözləri
- Sərmayə qoyacaqsansa torpaq al. Torpaq qızıldır. Üstünə bina etsən gümüş olar. İçinə də kirayəçi soxsan tənəkə olar. Vəhbi Qoç
- Sözlər gümüş, sükut isə qızıldır. Portuqal atalar sözləri
Ş
redaktə- Şairin nəzərində qızıl və gümüş, filosofun nəzərində isə dəmir və çörək sisvilizasiyaya gətirən, eyni zamanda bəşər övladını məhv edən səbəblərdir. Jan Jak Russo
T
redaktə- Tarix sübut edir ki, müstəqillik sizə heç vaxt gümüş nimçədə gətirilmir. Qazanmaq lazımdır. Bunun üçün biz özümüz təşkilatlanmalı və ölkədəki bütün sağlam qüvvələri səfərbər etməliyik. Konqolular müraciətimizə cavab verdilər və bu birləşmiş güc sayəsində biz çürümüş müstəmləkəçiliyə ölümcül zərbə vurduq. Patris Lumumba
Y
redaktə- Yəhudi qızıl olmalıdır ki, heç olmasa gümüş sayıla bilsin. Leon Xarrison
- Yoxsulun evində dəmir tapılmaz, itinin adını gümüş qoyar. Azərbaycan atalar sözləri/Y
Z
redaktə- Zəhmətsiz qızıl, gümüş və mis faydasız boş süxurdur. Mahatma Qandi
İstinadlar
redaktə- ↑ www.ens.az (8 mart 2019). "Qədim Gəncə şəhəri dahilərin gözü ilə" (azərb.). Elnur Həsən. İstifadə tarixi: 2020-03-08.
- ↑ Hamsae Ispahanensis. Annaliumlibri X.Ed.J.M.E.Gottwaldt,t.l, Textus arabicus, Petropoli, 1844, t.II, Translatio latina, Lipsiae, 1848 (t.I: Berlin, "Kaviani". 1340/1921-22), I, s.4
- ↑ B.Dorn. Versuch einer Geschichte der Schirwanschache. "Memoires de Acad. imp. des sciences de St.-Petersbourg", VI ser., sciences politiques. histoire, philologie, t.IV 1841, c.533-534
- ↑ Моисей Каланкатуйский. Перев Даусетта, с.149