Tac
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ağıl qızıl tacdır, hər başda olmaz. Kürd atalar sözləri
- Alimliyə bir tac kimi baxma, onunla öyünəsən, bir inək kimi baxma, onu sağasan. Lev Tolstoy
B
redaktə- Bilik - başa tac, dövlət - boyuna boyunduruqdur. Fars atalar sözləri
E
redaktə- Elm insanın tacı, var-dövlət isə boğazdan sallanan boyunbağıdır. Covanni Viko
Ə
redaktə- Ədalət dəyərli insanların sahib olduqları ən şərəfli tacdır. Mark Tulli Siseron
H
redaktə- Həqiqi, təmiz məhəbbət müqəddəs bir hissdir. Onu pul ilə almaq, pulla satmaq olmaz, Bu hiss şan-şövkətdən, tac və taxtdan əl çəkdirər. Bu hiss padşahı gədadan ayırmaz, həqiqəti təmiz məhəbbət, məzhəb, din bilməz və çirkin fıkirlər bəsləməz,.. Məşuqun məbudun vüsalına çatıb sonra ölmək ancaq həqiqi, təmiz məhəbbətin nişanəsidir. Məbud idealdır. Həqiqi, təmiz məhəbbət sahibi məbuduna, məşuquna çatırsa, ideala çatan kimidir. Nəriman Nərimanov
- Hünərli dünyada təxtü-tac alar.
Alçalmaz heç zaman, başı ucalar. Yeddi gözəl (Nizami)
İ
redaktə- İnsan hər yerdə insandır və yaradılışında əsilzadəlik olmasa, dünyanın tacını qoysa da, libasını geyinsə də, yenə çılpaq qalar. Mişel de Monten
- İnsanlar bir birinə qarşı xəbərçilik etməyə başladıqdan sonra, onların ürəklərində qanun yer alıb. Rüşvət vermək gizli işdir. Əgər insanlar rüşvət almaq və ya təklif etmək zamanı bir birinə qarşı xəbərçilik etməyə başlasalar, onda hər şey məhv olacaq. Buna görə qanun qarşısında keçilməz qorxu olmalıdır. İnsanlar rəhbərin qərarını yox, qanunu yerinə yetirməlidir. Bu prinsip ən ağır cəzaların köməyi ilə təyin olunub. Məsələn, taxt-tac varisi qanunlara əməl etmədiyinə görə, sarayda ən hörmətli adam olan onun müəlliminin burun və qulaqlarını kəsmişdir. Bundan sonra məmurlar və ölkənin əhalisi qanunları icra etməyə başlamışdır. Şan Yan
K
redaktə- Kiminin başında tac, kimi ac-yalavac. Azərbaycan atalar sözləri/K
- Kitab mənim üçün, tacdan qiymətlidir. Uilyam Şekspir
- Könül insanı ömrünü hədər verməz, ürəyini ucuz satmaz, ədəb tacını başından salmaz. Könül insanının həmişə üzü yerdə, qəlbi göydədir. Haqlı olanda da döyüşməyi bacarar. Şeyx Ədabali
Q
redaktə- Qocalığın tacı- ümumi hörmət və nüfuzdur.Kim ki, bu mükafatlara layiq görülübsə, mənə elə gəlir ki, o, həyat dramını axıra kimi oynayıb və son pərdədə təcrübəsiz aktyorlar kimi biabır olmayıb. Mark Tulli Siseron
L
redaktə- Ləyaqət düzgünlüyün taxt - tacıdır. Baltazar Qrasian
M
redaktə- Mən içəridən və bayırdan kiri o ki var canıma çəkmişəm, – Feliçe yazırdı. – burada hesab edilir ki, insan mərcimək şorbasının ağac kömürü ilə qarışığını yeyə bilər, küçələr isə palçıqla örtülüb. Bir dənə də təmiz yerim qalmayıb. (Bu, mənim bədənimə və paltarıma aiddir. Bura qəlbimin olub olmamağına baxmaq üçün həddən artıq qaranlıqdır, olan qalan intellektimi isə Vestminsterdəki qalereyada itirdim.) Bu gün mən Britaniya muzeyində özünə sığınacaq axtardım və hökmdarlar hökmdarı Ozimandiyanın əzəmətli başının və əlinin kölgəsində gizlənməyə çalışdım. Onun familiyasını bilmirəm, amma daha yaxşısı olmayan yerdə bu da yarayar. O, özü Karnakdandır. Onun qranit tacı var, amma, deyəsən, o, baş ağrısı yaratmır, – gülüşü də qranitdəndir, əbədi və dəyişməz. Kirə isə o, fikir vermir – böyük və möhkəm olana hər şey olar. Onun üçün axı bunun mənası yoxdur: o bilir ki, zaman hər şeyi silib aparacaq. Onun yaşında hər kəs filosof ola bilər. Bəlkə, iyirmi yüz illik keçəndən sonra mən də hər xırda şeyə görə deyinməkdən əl çəkəcəyəm. Amma, – ona izah etdiyim kimi, – mənim ömrüm qısadır; mən Allah və ya bir parça daş deyiləm, mən sadəcə vur-tut bir insanam, üstəlik də axsaq bir insan. Məndən necə tələb etmək olar ki, palçıqda sürüşməyim və ya dumandan “yüksəkdə” durum? Amma onun mənə yazığı gəlmədi. Bu daşürəkli ölümsüzlərin ən pis cəhəti – onların etinasız təkəbbürlülükləridir. Qırılmış dostluq
- Milli müstəqillik elə bir nurdur ki, onun qarşısında zəncirlər əriyir, taxt-tac yanıb kül olur. Mustafa Kamal Atatürk
N
redaktə- Nə özündən ötrü, nə başqalarından ötrü övlad, var-dövlət, taxt-tac istəməz o. Qanunsuzluq üstündə uğur qazanmağa onun ehtiyacı yoxdu. Qoy onun müdrikliyi və ədaləti əbədi olsun! Dhammapada
Ö
redaktə- Övladını Quran oxumağa göndərən valideynə hər öyrənilən 1 hərf üçün 10 savab verilər.Qiyamətdə başına savabdan tac verilər və hamı onları görüb qısqanar. Məhəmməd
R
redaktə- Rus İvan fransız kralının qəbuluna getmək istədi. Kral bunu eşitcək taxt-tacından imtina etdi. İlya İlf
S
redaktə- Sülh tacı səltənət tacı ilə müqayisə edilməyəcək dərəcədə gözəl və dəyərlidir. Epikür
Ş
redaktə- Şah və hökmdar o kəs deyil ki, başlarında tac, altlarında qızıl taxt var, o kəs deyil ki, adlı-sanlı əyanlar tərəfindən seçilib, o kəs deyil ki, taleyin, yaxud zorakılığın sayəsində hakimiyyətə gəlib, xeyir, hökmdar o kəsdir ki, hökmranlıq etməyi bacarır. Sokrat
T
redaktə- Tac və taxt keçicidir. Keçmişlərin yaxşılıqlarını an ki, sənin də adını gələcəkdə ansınlar. Sədi Şirazi