Müdaxilə
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Bir şey aydın olmayanda müdaxilə etməyin. Kolumbiya atalar sözləri
- Biz hökumətlərə sovet müdaxiləsinin yeni mərhələsinin təhlükəsi barədə məlumat verdik. Biz izah etdik ki, elə bir vəziyyət yaranıb ki, təkcə İsraili deyil, azad dünyanın bütün dövlətlərini narahat etməlidir. Çexoslovakiya dərsini unutmaq olmaz. Əgər azad dünya, xüsusən də onun lideri olan Birləşmiş Ştatlar laqeyd qalırsa və Sovet İttifaqını heç bir əlaqəsi olmayan münaqişəyə belə böyük eqoist müdaxilədən çəkindirməyə cəhd etmirsə, deməli təkcə İsrailə qarşı deyil belə müdaxilə; heç bir kiçik, hətta orta dövlət öz sərhədləri daxilində təhlükəsiz yaşaya bilməyəcək. Qolda Meir
- Bu, bizi nə qədər əsəbiləşdirsə də, məncə, cəmiyyətimizdə hökumətin müdaxilə etməli və insanlara ən çətin problemləri ilə bağlı kömək etməli olduğu vaxtlar olduğunu başa düşməliyik. Bizim, sistemin özünə zərər vermədən azad bazar sisteminin risklərini azaltmağa kömək etmək üçün proqramlara ehtiyacımız var. Düşünürəm ki, onlar sizin sağ qalmağınız üçün lazımdır. Şübhəsiz ki, küçədəki adamların inandığı və israr etdikləri hüquqlar və təminatlar bizim biznesləri tam ifadə azadlığı ilə idarə etməyimizə müəyyən dərəcədə mane ola bilər. Eyni zamanda bu hüquqlara məhəl qoymayan və ya inkar edən iş adamları da var. Onlar öz meyarlarını belə əsaslandırırlar ki, əgər biz hökumətin müdaxiləsini qəbul etsək, bütün azad sahibkarlıq sistemi təhlükə altına düşəcək. Fikrimcə, iş adamlarının qaçmağa çalışdığı dövlət müdaxiləsinə yol vermək zərurətdir. Çünki biz, iş adamları, israr etsək ki, azad sahibkarlıq sistemi bizə insanların dəyər verdiyi şeylərə biganə qalmağa imkan verir, o zaman insanlar təbii olaraq belə bir nəticəyə gələcəklər ki, azad sahibkarlığın həddindən artıq azadlığı var.[1] Tomas C. Uoltson
C
redaktə- Corc Oruellin 1984-cü il kitabı tiranların stolüstü kitabıdır. Zalımların ən təsirli vasitələrindən biri təkcə tarixin gedişatına deyil, onun öyrədilməsinə də müdaxilə etməkdir. Bernard Henri Levi
D
redaktə- Daha yüksək intellektli adamların əqli enerjisi texnika vasitəsilə adi adamların həyatına müdaxilə edir və mənəvi təcavüz baş verir. Tur Xander
Ə
redaktə- Əgər xəstəliyi müəyyən etmək çətindirsə, o zaman müdaxilə etmə və tələsmə. Sonda ya insan xəstəliyə qalib gələcək, ya da xəstəlik müəyyən ediləcəkdir! İbn Sina
- Əgər nənə və babalar nəvələrinin tərbiyəsinə müdaxilə etməyi lazım bilirlərsə, bu, onların övladlarının tərbiyəsində o qədər də uğurlu olmadıqlarını göstərir. Robert Lembke
- Əgər siz artıq başqasının həyatına girmisinizsə, bunun nəticələri ilə yaşaya bilməlisiniz. Heç olmasa Əfqanıstanı götürün! Ruslarla mübarizədə bizə kömək etmək üçün müsəlman ekstremistləri işə götürdük. Və iblis sərbəst buraxıldı. İstənilən zorla müdaxilə çox təhlükəli oyundur və onun nəticələri çox vaxt biabırçı olur. Con Le Karre
İ
redaktə- İctimai təzyiqlər və hüquqi aparat ən üsyankar qadınları ram edə bilmədikdə, din danılmaz patriarxal xarakteri ilə müdaxilə edir. İsabel Allende
M
redaktə- Maraqlı adamların nəzərini cəlb etmək üçün camaatın şəxsi həyatının giriş qapısını sındırmaq haqqını tanımıram... Elmin inkişafı üçün belə canlı kişiləri parçalamağı düzgün hesab etmirəm. Mənə gəldikdə isə, anesteziyasız vivizeksiyadansa (orqanizmin funksiyalarını öyrənmək, dərmanların təsir mexanizmlərini öyrənmək, cərrahi müdaxilə üsullarını hazırlamaq üçün canlı heyvan üzərində cərrahi əməliyyatlar) ölümdən sonrakı müayinəyə üstünlük verərdim. Aleksandr Bell
- Məmurlar yalnız iş yerində deyil, həm də, şəxsi həyatlarında izlənilməlidir. Onların nə yediklərini, nə içdiklərini, harada oturduqlarını, harada gəzdiklərini, necə geyindiklərini bilmək və hər yerdə onların həyatına müdaxilə etmək lazımdır. Rəşad Nuri Güntəkin
- Mən demokratiyaların faşizmə qarşı istisna olmaqla, demək olar ki, hər şeyə müdaxilə etdiyini gördüm. Andre Malro
- Müdaxilə etmək, realist olmağın yeganə yoludur. Henrix Böll
N
redaktə- Nato Libyaya müdaxilə etməlimidir? Belə axmaqlıq olarmı? Natonun nə işi var Libyada?[2] Rəcəb Tayyib Ərdoğan
- Nə qədər fərqli olursa-olsun, sənə aid olmayana müdaxilə etmə. Nə qədər bəsit olursa -olsun, sənin olandan heç vaxt əl çəkmə. Ernesto Çe Gevara
S
redaktə- Sənin bir xasiyyətindən xoşum gəlmir. Elə hey deyirsən ki, “İnsanlar nə deyər”. Nə sənin, nə də mənim həyatımı “insanlar” qurmur. Hər şeydən əvvəl, özünü düşün. Həyatını sən özün qurmalısan. Başqalarının fikirlərinin sənə, arzularına müdaxilə etməsinə necə razı olarsan? Teodor Drayzer
- Siyasətin müharibənin inkişafına heç vaxt müdaxilə etmədiyini tez -tez təsdiqləyən, böyük strategiyanın əlifbasını başa düşmür. Karl fon Klauzevits
- Söhbət kimin kimə müdaxilə etdiyini görmək üçün bir mübarizədir. Dino Siqr
Ş
redaktə- Şəxsi həkimlər, pristavlar və qadın bərbərləri şəxsi həyata müdaxilə etmək hüququna malikdirlər. Anton Çexov
V
redaktə- Vay o xalqın halına ki, ədəbiyyatı güc müdaxiləsi ilə kəsilir. Bu, sadəcə olaraq mətbuat azadlığına müdaxilə deyil, bir millətin qəlbinin möhürlənməsi, yaddaşının silinməsidir. Aleksandr Soljenitsın
- Vicdan azadlığı mütləq və müdaxilə edilməzdir, o, fərdin təbii hüquqlarının ən mühümlərindən hesab edilməlidir. Mustafa Kamal Atatürk
Y
redaktə- Yaratmaq başqasının həyatina vandal müdaxilə etməkdir. Xalid Hüseyni
Z
redaktə- Zavodlara təhkim olunmuş kəndlilər şəklində Uralın hər yerində mövcud olan mülkədar münasibətlərinə qətiyyətlə son qoyulmalıdır. Belə ki, mülkədarlar kiçik müəssisələrə müdaxilə edir, sənayenin əsl inkişafı isə kiçik və orta sahibkarların böyük sahibkarlarla sərbəst rəqabətindən asılıdır. Dmitri Mendeleyev
İstinadlar
redaktə- ↑ Roberts, Dale L. Motivasion Sitatlar: Sizi yüksəltmək, həvəsləndirmək və gücləndirmək üçün 646 ilhamverici sitatlar . Tərcümə edən: Ana Rosa Qomez Obregon. Publisher Babelcube Inc., 2018. ISBN 9781547509898.
- ↑ [1]