Ayağını atın yəhərinə qoyanda tarixin qanadlarına minirsən, qılıncın, hərəkətin ona görə davam edəcək ki, bu torpaqda doğulan minlərlə övlad öz azadlığını qollarımızdan, düşüncələrimizdən istəyir. Ona görə də biz öz əməlimizlə öyrənəcəyik ki, ataları öz gələcəklərinə biganə qalmayıblar və onlar öz azadlıqlarını heç bir qiymətə satmamağı öyrənəcəklər. Nadir şah
Bəla burasındadır ki, mən itkiyə qarşı çox biganə adamam: uşaqlıqda bu xasiyyətim hər dəfə anamı az qala dəli eyləyirdi. Adam var itirdiyi şeyi günlərlə axtarır. Amma mənim indiyəcən elə bir şeyim olmayıb ki, itirməyə heyifim gələ, onu hökmən axtarıb tapmağa çalışıram. Cerom Selincer
Bu, bizi nə qədər əsəbiləşdirsə də, məncə, cəmiyyətimizdəhökumətinmüdaxilə etməli və insanlara ən çətinproblemləri ilə bağlı kömək etməli olduğu vaxtlar olduğunu başa düşməliyik. Bizim, sistemin özünə zərər vermədən azad bazar sisteminin risklərini azaltmağa kömək etmək üçün proqramlaraehtiyacımız var. Düşünürəm ki, onlar sizin sağ qalmağınız üçün lazımdır. Şübhəsiz ki, küçədəkiadamların inandığı və israr etdikləri hüquqlar və təminatlar bizim biznesləri tam ifadə azadlığı ilə idarə etməyimizə müəyyən dərəcədə mane ola bilər. Eyni zamanda bu hüquqlara məhəl qoymayan və ya inkar edən iş adamları da var. Onlar öz meyarlarını belə əsaslandırırlar ki, əgər biz hökumətin müdaxiləsini qəbul etsək, bütün azad sahibkarlıq sistemi təhlükə altına düşəcək. Fikrimcə, iş adamlarının qaçmağa çalışdığı dövlət müdaxiləsinə yol vermək zərurətdir. Çünki biz, iş adamları, israr etsək ki, azad sahibkarlıq sistemi bizə insanların dəyər verdiyi şeylərə biganə qalmağa imkan verir, o zaman insanlar təbii olaraq belə bir nəticəyə gələcəklər ki, azad sahibkarlığın həddindən artıq azadlığı var.[1]Tomas C. Uoltson
Daxili apartamentlərin nəzarətçisi topal, qozbel, axmaq, qoca, qadınlara qarşı biganə, öz hisslərinə nəzarət edən, arzulardan azad və hər bir iş üçün yararlı olmalıdır. Çanakya
Deyirlər ki, filosoflar və həqiqi müdriklər biganə olurlar. Bu düz deyil. Biganəlik, ruhun iflici, vaxtından əvvəl ölüm deməkdir. Anton Çexov
Düşmənin bıçaq zərbələrinə biganə qala bilərsiniz, amma sevilən birinin sancağı ağrılıdır. Viktor Hüqo
Əxlaq – insanlar üçün nəzərdə tutulmuş yol-hərəkət qanunudur. Həmçinin elmin əxlaq sistemi yaratmasını gözləmək ağılsızlıqdır. Yeri gəlmişkən, bunu da yada salmaq pis olmazdı: hələ dünən dördkünc olduğu zənn edilən atomun forması bu gün dairəvi qəbul edilir və bütün dindarlar da fürsətdən istifadə edib, ədalətsiz və qərəzli şəkildə bu vəziyyətdən yararlanırlar. Bu halda fizika elmi təbiət üzərində hakimiyyətimizi daha da gücləndirəndə bu insanlar yaranan bütün dəyişikliklərə qarşı yenə belə laqeyd və biganə qalsınlar. Ziqmund Freyd
Ət yeməyinin insanlar üçün xarakterik olmadığına bir çox sübutlar var. Bu sübutlardan ən dəqiqini uşaqların ət yeməklərinə biganə olması, meyvə- tərəvəzlərə, südlü yeməklərə, peçeniyə və s. bu kimi ərzaqlara üstünlük verməsi ilə izah etmək olar. Jan Jak Russo
Heç bir vətəndaş ictimai-siyasi həyata biganə qalmamalıdır. Heydər Əliyev
Hər kəs öz işlədiyi sahə üçün məsuliyyət hiss etməlidir. Deputat da, nazir də, adi vətəndaş da ətraf mühit üçün cavabdehlik daşıdığını unutmamalıdır. Ətraf mühitə biganə olmamalıyıq. Asya Manafova
İnanclarını təsadüflərə bağlayanlar, bu yer üzündəki günlərinin sonuna doğru qaçınılmaz bir şəkildə qaçacağının şüurunda olanlar, başqalarının ağrı və ümidsizliyə səbəb olma riskinə biganə qalaraq, öz xeyrinə olan hər şeyi etmək istəyinə qarşı çıxa bilməyəcəklər. Andrea Boçelli
İnsan öz emosiyalarını idarə etməli və iztirablara biganə qalmalıdır. Zenon
İnsanlara münasibətdə ən böyük günah insanlara nifrət bəsləmək yox, insanlara qarşı biganə olmaqdır. Corc Bernard Şou
Nə qədər ki, xalqımız idarə olunan sosial-iqtisadi qüvvələrin girovluğundadır, biz yoxsulluğun bütün ölçüləri və nəticələri ilə törətdiyi fəsadlara biganə qala bilmərik. İbrahim Babangida
Riyaziyyatçılar obyektləri yox, obyektlər arasındakı münasibətləri öyrənirlər; ona görə də, bu obyektləri başqaları ilə əvəz etmək onlar üçün vacib deyil, yalnız əlaqələr dəyişməz qalır. Obyekt onlara biganədir, düsturlar onları maraqlandırır. Anri Puankare
Yalnız xəstə cəmiyyət öz problemlərini görmək istəmir, öz üzvlərinə bərabər imkanlar yaratmır və öz qadınlarının bacarıqlarına biganə qalır. Frida Kahlo
Yalnız təbiətə dərindən biganə olan bir insan üçün dəniz monoton görünə bilər. Jül Vern
Yaşadığınız cəmiyyətin məqsədi sizi məhv etməkdir. Siz cəmiyyətlə döyüşməyə hazırsınız. Onun silahı biganəliksə, siz biganə qala bilməzsiniz. Deməli, hücuma keçin! Mişel Uelbek
↑ Roberts, Dale L. Motivasion Sitatlar: Sizi yüksəltmək, həvəsləndirmək və gücləndirmək üçün 646 ilhamverici sitatlar . Tərcümə edən: Ana Rosa Qomez Obregon. Publisher Babelcube Inc., 2018. ISBN 9781547509898.
↑Aforizmlər və hikmətli sözlər. Bakı, 2005. səh.48
↑Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014.səh.410