Allahsız nə Amerika hökumət forması, nə də Amerika həyat tərzi ola bilər. Ali Varlığın tanınması amerikanlığın ilk, ən əsas ifadəsidir. Beləliklə, Amerikanın qurucuları bunu gördülər və beləliklə, Allahın köməyi ilə bundan sonra da belə olacaq.Duayt Eyzenhauer
Antibiotiklərdən geniş istifadə antibiotik müqavimətinin yayılmasına kömək edir. Antibiotiklərdən ağıllı istifadə onun yayılmasına nəzarət etmək üçün açardır. Abdul Kalam
Atlını at nəinki atmır, hətta qəbrini qazmağa da kömək edir. Tamil atalar sözləri
Belə bir qəribə fakt mövcuddur: bizim üçün çox əhəmiyyətli ola biləcək, Kainatın sirrlərini açmağa köməyi dəyəcək və həyatın verdiyi dərdlərin öhdəsindən gəlməyimizi təmin edəcək biliklər mədəni dəyərlərimizin arxa plana atdığı biliklərin arasında ön sıralardadır. Bunlar digərlərinə nisbətən doğruluğu ən az isbatlanmış biliklərdir. Ziqmund Freyd
Bu həyatda ilk məqsədimiz digərlərinə kömək etməkdir. Əgər kömək etmirsinizsə, ən azından pislik etməyin. Tenzin Gyatso
Büdrəyib yıxılanda, bədbəxtlik üz verəndə əqildən başqa heç nə insana kömək edə bilməz. Kəlilə və Dimnə
Cahillik hələ heç vaxt heç kəsə kömək etməmişdir. Karl Marks
Cəsarətin qəzəbin köməyinə ehtiyacı yoxdur. Çünki, onun özü hər cür müqavimətə qarşı öyrədilib, hazırlanıb və silahlanıb. Başqa cür desək, cəsarətə sərxoşluq da, ağılsızlıq da faydalıdır. Çünki, sərxoşlar da, ağılsızlar da gücləri ilə fərqlənirlər. Mark Tulli Siseron
Xalq ayağa qalxanda necə də amansız olur. O, öz yolunda heç nəyə rəhm etmir, heç kəsin kömək çağırışlarını eşitmir, darda olan heç kəsə yardım etmir. Müəmmər əl-Qəzzafi
İqtidara gəlirsinizsə, hərəkətlərinizə diqqət yetirin. Qürurlu olmayın, özünü bəyənmişlik etməyin. Sizə aid olmayan şeyləri götürməyin, gücsüzlərə kömək edin və əxlaq qaydalarına riayyət edin. Unutmayın ki, sonsuz iqtidar yoxdur. Hər iqtidar keçicidir və hər kəs, əvvəl-axır, əvvəl millətin və nəhayət Allahın önünə hesab verəcək. Aliya İzzetbeqoviç
İncəsənət bizi həqiqəti anlamağa kömək edən yalandır. Pablo Pikasso
Öz qardaşına baxıb mehribanlıqla gülümsəmək – savabdır; insanı xeyirxah hərəkətlərə sövq etmək və qanunsuz işlərdən çəkindirmək savabdır. Nabələd adamlara yol göstərmək və korlara kömək etmək savabdır. Məhəmməd peyğəmbər
Öz vətənini sevmək-bəşəriyyətin ideallarının həyata keçirilməsini ürəkdən arzu etmək və gücün çatan qədər buna kömək etmək deməkdir. Vissarion Belinski
Özünüzə tək maneə sizsiniz, yolunuza davam edəcək tək insan da sizsiniz. Bu mövzuda kömək alacağınız tək insan da sizsiniz. Mixail Strabo
Sən yağ-bal içində üzərkən qardaşlıqdan, dostluqdan dəm vuranlar çox da inanma, əsl dost o adamdır ki, sənin ağır vaxtlarında, ehtiyac məqamlarında kömək əlini uzatsın. Sədi
Yeni bir avtomobil sizi sadəcə bir neçə həftə xoşbəxt edər. Yeni bir ev bir neçə ay. Gerçək xoşbəxtliyin açarı “xidmət” dədir. Digər insanlara “kömək” etməkdədir. Aldıqlarımızın deyil, verdiklərimizin üzərinə inşa edilən bir həyat gerçək xoşbəxtliyi gətirər. Robin Şarma
Zalım şəxsin üç əlaməti vardır; günaha batıb özündən üstünə zülm edər; özü hakim olduqda özündən aşağıya zülm edər; zülmkara kömək göstərərək zülm edər. Əli