A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Arvadını istəməyən kişiyə lap milliküri də şit gələr. (Millikür - Hindistanda xörəyə qatılan duzlu ot) Teluqu atalar sözləri
  • Bəbir çox acanda ot da çeynər. Aşanti atalar sözləri
  • Bərkə düşəndə bəbir də ot otlayar. Malayal atalar sözləri
  • Bilgisizliyi mədəniyyətdən çox sevirdi: cahillik hər bilginin yetişə, bitə biləcəyi bir tarladırsa, mədəniyyət artıq heç bir şeyin yetişməyəcəyi ot basmış tarladır. Andrey Platonov
  • Gecə Günəşə deyir: “Ayın şüalarında mənə öz sevgi məktublarını göndərirsən, mənim cavabım ot üzərindəki göz yaşlarımdadı”. Rabindranat Taqor
  • Həyat təcrübəsi olmayan bir adam, vıyıldayan küləklərə məftun olan ot kimidir. Teodor Drayzer
  • Mən tamamilə güman edə bilərəm ki, qəhrəman bir qadın xilas olmaq üçün qaçarkən sonda dolama və təhlükəli dağ cığırında ola bilər. Az ehtimal olsa da, amma yenə də mümkündür ki, o, uçurum üzərindəki körpüyə ayaq basanda körpü uçacaq. Müstəsna olaraq az ehtimal var ki, o, son anda ot kökündən yapışacaq və uçurumdan asılı qalacaq və mən belə bir imkanla razılaşa bilərəm. Lap çətin olsa da, inanmaq olar ki, yaraşıqlı bir kovboy bu anda oradan keçəcək və bədbəxt qadına kömək edəcək. Amma bu anda kamerası olan operator bütün bu həyəcanlı hadisələri kamerasına çəkməyə hazır olacaq, mən buna inanmaram! Nils Bor
  • Serbiya- ot tayasında kükürd kibritidir. Otto fon Bismark
  • Sıx ot leysan yağışa tab gətirdiyi kimi, böyük sayda ləyaqətli insanların birliyi də istənilən düşmənə qarşı çıxa bilər. Çanakya
  • Soyuq ildə taxıl cücərər, yağışlı ildə ot. Fin atalar sözləri
  • Tale güclüləri, zəifləri eyni cür vurur, amma palıd ağacı səs-küylə və cırıltıyla yıxılır, ot isə səssiz. Pyer Büast
  • Təpənin o biri tərəfindəki ot həmişə yaşıl olur. Niderland atalar sözləri
  • Torpaq ot gətirən kimi - qocalıq da xəstəlik gətirir. Vyetnam atalar sözləri
  • Uşaqlara nə var ki… onlar fil ayaqları altda qalan ot kimidir, dikəldin – həyat davam edir. Toni Morrison
  • Yaxşı əməl sahibləri bir-birləri ilə rastlaşanda zahirdə bir-birlərinə məhəbbət göstərməsələr belə, onların qəlbləri yağış suyunun çayların suyu ilə qarışması kimi sürətlə bir-biri ilə üns tutarlar. Pis əməl sahibləri isə bir-birləri ilə qarşılaşanda zahirdə məhəbbət göstərsələr də qəlbləri bir-birilə üns tutmaqdan uzaqdır. Uzun bir müddət bir axurdan ot yesələr belə bir-birinə məhəbbət bəsləməkdən uzaq olan dördayaqlılar kimi.[1] Cəfər Sadiq
  • Yeməyə heç nə olmasa da, aslan ot yeməz. Hind atalar sözləri

İstinadlar

redaktə
  1. Tuhəful-Uqul, səh.373