Şəxsiyyət
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Axmaqlıq etmək haqqı – şəxsiyyətin müstəqil inkişafının təminatlarından biridir. Mark Tven
- Ailə xüsusi, mürəkkəb insan münasibətləri aləmidir. Burada böyük nəzakət, həssaslıq, şəxsiyyətin ləyaqətinə, ailənin mənafeyinə hörmət və ehtiram lazımdır. Heydər Əliyev
- Aşağıları yüksəltmək mümkün olmadığından insanlar arasında bərabərliyi təmin etməyin yeganə yolu onların hamısını ən aşağı səviyyəyə endirmək idi. Beləliklə, şəxsiyyətin gücü itirildi. Aleksis Karrel
- Azadlıq ali dəyərdir; o olmadan şəxsiyyət mümkün deyildir. Həyat və bilik bu gün o qədər mürəkkəbdir ki, biz öz yolumuzu yalnız azad diskussiya vasitəsilə seçə, səhvlər və xurafatlar içərisindən keçərək həqiqət perspektivinə nail ola bilərik. Qoy insanlar, hətta müəllimlər belə fərqli rəy söyləsinlər və müzakirələr aparsınlar; belə müxtəlif fikirlər inamın nisbi olduğunu üzə çıxaracaq, belə halda silaha əl atmaq o qədər də vacib olmayacaqdır; nifrət və müharibə kənardan güclə boynuna qoyulan ideyalardan və doqmatik inamdan irəli gəlir. Təfəkkür və nitq azadlığı "müasir" ruhun nadanlığını və xurafatını yuyub təmizləyəcəkdir. Biz düşündüyümüz qədər təhsilli deyilik; biz ümumi təhsilin böyük eksperimentinin başlanğıcındayıq və onun elə bir vaxtı olmayıb ki, bizim təfəkkür üslubumuza və ictimai həyatımıza təsir göstərə bilsin. Biz müəyyən təchizat yaradırıq, amma bu metodlarda və texniki qaydalarda çox primitivik; biz təhsil haqqında belə düşünürük ki, bu, müəyyən biliklərin ötürülməsidir, əslində isə o, zəkanın elmi vərdişlərinin inkişafı olmalıdır. Nadan insanın fərqli əlaməti ondadır ki, onun fikirləri tələsikdir və şərtsizdir. Bertran Rassel
B
redaktə- Bir başqa insanla olan münasibətlərimizdə ən ciddi səhvin mənbəyi xeyirxahlıq və o insanı sevməkdir. Bir gülümsəməyə, bir çiyinə aşiq oluruq. Bu qədər kifayətdir; sonra ümid və ya kədər dolu uzun saatlar boyunca bir insan mal edirik, bir şəxsiyyət yaradırıq. Və ardıyca aşiq olduğumuz adamla görüşəndə qarşımıza nə qədər qəddar həqiqətlər çıxsa da, həmin təbəssüm, həmin çiyin sahibindən xeyirxah insan görüntüsünü, bizi sevən qadın tipajını heç cür ayıra bilmərik; gəncliyindən bu yana tanıdığımız bir insan qocalsa da gəncliyini ondan ayrı düşünə bilmədiyimiz kimi. Marsel Prust
- Bir qadına aşiq olduqda əslində etdiyimiz şey, əhvalımızı onda əks etdirməkdir; buna görə də vacib olan qadının dəyəri deyil, əhvalın dərinliyidir; adi bir gənc qızın bizdə yaratdığı hisslər sayəsində mənliyimizin ən özəl, ən şəxsi, ən uzaq, ən əsas tərəfləri şüur üzünə çıxa bilər; mükəmməl bir şəxsiyyətin söhbətləri və hətta əsərlərini heyranlıqla seyr etməyin bizə verdiyi zövq bunu edə bilməz. Marsel Prust
- Bir yazıçının şəxsiyyətini anlasanız, onun yazdığlarını da anlayarsanız. Henri Lonqfello
- Birləşmənin elə bir ümumi formasını tapmaq lazımdır ki, bu forma özünün ümumi gücü ilə hər bir üzvünün şəxsiyyətini və əmlakını müdafiə edə bilsin və qorusun və onun vasitəsi ilə hamı ilə birləşən şəxs əvvəlki kimi azad olsun və yalnız özünə itaət etsin. Jan Jak Russo
- Böyük şəxsiyyətlə gülünc şəxsiyyət arasında bir addım yol var. Napoleon Bonapart
- Bu gün biz Soyuq Müharibə kimi tanınan başqa bir münaqişənin içindəyik. Böyük suveren dövlətlər arasındakı bu soyuq müharibə heç də yeni münaqişə deyil. Bu, bəşəriyyətə məlum olan ən qədim münaqişədir, insanın özü qədər qədimdir. Bu, insan ləyaqətinə, müqəddəs hüquqlara sahib olmağımıza və öz taleyimizi seçmək və təyin etmək qabiliyyətinə inananlarla inanmayanlar arasında elementar toqquşmadır. Biri şəxsiyyətin müqəddəs azadlığına, digəri isə dövlətin aliliyinə inanan barışmaz tərəflər arasında münaqişədir. Ronald Reyqan
- Bu şəxsiyyət yüksək elmilik, sadə xalqa yaxınlığı ilə seçilir. Şah İsmayıl Səfəvi siyasət sahəsində olduğu kimi ədəbiyyat sahəsində də elmiliyi ilə xüsusi seçilən bir dahi kimi qəbul ediləbilər.[1] Fərman Kərimzadə
- Bu və ya digər insanın şəxsiyyəti barədə təəssüratınızı müəyyən etmək çox çətindir. Hər bir insan tanışlarını tanıya bilər, amma bu tanışlarını necə tanımasını məntiqi cəhətdən izah edə biləcək insana çox nadir hallarda rast gəlmək olar. Edqar Allan Po
- Bunun adı şəhvət deyilmi? Bu, çox pis bir şeydir; amma həqiqətən çirklidir. Xəyali şəxsiyyətin “eşq ruhu” adlı təmiz libası pis şəhvətlə çirkləndikdə həzzini itirir; amma sonra iddialı adam o ləkəni görə bilmir, çünki bu ləkə onun gözünə pərdə salır. Əhməd Midhət
C
redaktə- Cinsi sevgi iki şəxsiyyət təkliyidir. Erix Fromm
D
redaktə- Dayanmaq bilmədən öyrənmək, güclü bir şəxsiyyətin ən təməl özəlliyidir, davam edən öyrənmə, sarsıntılı zamanları geridə qoymaq və həyatda qalmağın ən önəmli taktikalarından biridir. Robin Şarma
- Dost seçimi edərkən xarakter altında gizlənən şəxsiyyəti seçərək aldanmayın. Uilyam Somerset Moem
- Dövlətə mərasimlər və qanunvericilər deyil, kütləni arxalarınca istədikləri yerə apara biləcək şəxsiyyətlər kömək edə bilər. Əgər onlar kütləni düzgün yolla aparırlarsa, o zaman mərasimlər və qanunlar fayda verir, əgər səhv yolla aparırlarsa, faydasız olur. Solon
- Dövləti pul, maliyyə qıtlığı deyil, istedadlı şəxsiyyətlərin azlığı zəiflədir. Volter
- Dövlətin ləyaqəti onu yaradan şəxsiyyətlərin ləyaqətindən asılıdır. [2] Con Stüart Mill
E
redaktə- Elə bir dövrdə yaşayırıq ki, fikirlər şikəst, şəxsiyyətlər satılmış, vəfalılar tənha, əxlaqlılar guşənişin, cavanlar ya məyus, ya satılmış, ya da azğın, keçmişdəkilər, keçmiş böyüklər ya şəhid, ya da satılmışlar. Elə bir əsrdir ki, artıq kütlələr arasında heç bir avaz, heç bir səs yüksəlmir, qələmlər qırılıb, dillər kəsilib, dodaqlar tikilib və bütün həqiqət qalaları sadiq ardıcıllarının başına uçurulub. Əli Şəriəti
Ə
redaktə- Əgər dünyada ifrat, məhdudiyyətsiz hakimiyyət mövcuddursa, bu, yeniyetməlik illərində həmyaşıdlarının daha üzüyola naturaları üzərində güclü şəxsiyyətin hakimiyyətidir. Edqar Allan Po
- Əgər insanlar öz şəxsiyyətlərini yüksək qiymətləndirib hər hansı bir nifrətin mümkünlüyünü istisna hesab etsəydilər, bu qədər asanlıqla utanmazdılar. Rene Dekart
- Əllər qadının vizit vərəqəsi, boyun şəxsiyyət vəsiqəsi, sinə isə xarici pasportudur. Koko Şanel
- Ən böyük şəxsiyyət özündən çox mənsub olduğu cəmiyyəti düşünən, onun varlığının və xoşbəxtliyinin qorunması yolunda həyatını verən insandır. Mustafa Kamal Atatürk
G
redaktə- Geyim şəxsiyyəti üzə çıxaran ən sadə vasitədir. Sofi Loren
- Görkəmli şəxsiyyətlər xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər. Heydər Əliyev
H
redaktə- Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət - bir sözlə şəksiz liderdir.[3]Zbiqnev Bjezinski
- Həqiqi əxlaqın yüksək prinsiplərindən biri şəxsiyyətinə fərq qoymadan hər bir insana hər şeydən əvvəl onun insan olmasına, sonra isə şəxsi ləyaqətinə görə hörmət etməkdir. Vissarion Belinski
- Həmişə bir şeyi yadda saxla ki, sənin şəxsiyyət olmağa haqqın yoxdur. Bu sənin öhdəliyindir. Eleanora Ruzvelt
- Hər kəsin üç şəxsiyyəti var; ortaya çıxardığı, sahib olduğu, sahib olduğunu sandığı. Alfons Karr
- Hər yerdə olan kəsin şəxsiyyətinə heç yerdə maraq göstərilmir. Onore de Balzak
- Həyat çətin oyundur. Siz bunu ancaq şəxsiyyət olmaq hüququnuzu qoruyub saxlayaraq qazana bilərsiniz. Abdul Kalam
İ
redaktə- İdeyasız yaşamaq məqsədsiz yaşamağa bənzəyir və insanı bir şəxsiyyət kimi mənəvi cəhətdən yoxsullaşdırır. Karl Marks
- İki şəxsiyyətin görüşü iki kimyəvi maddənin təması kimidir: hər hansı bir reaksiya olarsa, hər ikisi çevrilir. Karl Qustav Yunq
- İlahiyyatın bütün sistemlərində şeytan kişi şəxsiyyəti kimi çıxış edir. Don Herold
- İnsan şəxsiyyətini alçaldan qüsurlar arasında özünəvurğunluq ən iyrəncidir. [4] Uilyam Tekkerey
- İnsan yalnız bir mənada vacibdir. O, Allahın surətində yaradılmışdır: Onun əhəmiyyəti budur. O, bədəni, eqosu və ya şəxsiyyəti üçün vacib deyil. Onun eqo şüurunu daim təsdiqləməsi bütün problemlərinin mənbəyidir. Paramahansa Yogananda
- İnsanın dəyəri əməlindən və həvəsindən asılıdır. Əlləşib-çalışmaq və cəhd etmək şəxsiyyətin universal meyarıdır. Mark Avreli
- İnsanın sərvəti öz şəxsiyyəti olmalıdır. Mustafa Kamal Atatürk
- İnsanın üç şəxsiyyəti var: uşaq şəxsiyyəti, yetkin şəxsiyyət və valideyn şəxsiyyəti. Uşaq şəxsiyyəti əsas şəxsiyyətdir və buna görə də xoşbəxt və müdrik uşaqları olan cəmiyyətlər daha firavan olur. Anooshirvan Miandji
- İnsanın zəifliyi onun öz şəxsiyyətini, hakimiyyətin iradəsizliyi isə bütöv bir xalqın taleyini kor qoyur. Eduard Sevrus
- İnsanlar reallığı qeyri-qənaətbəxş hesab edirlər və buna görə də arzularının yerinə yetirilməsini xəyal edərək xəyal dünyasında yaşayırlar. Güclü şəxsiyyət bu istəkləri reallığa çevirir. Zəif adam isə öz dünyasında yaşayır və onun fantaziyaları müxtəlif xəstəliklərin simptomlarına çevrilir. Ziqmund Freyd
- İnsanların şəxsiyyətləri güc və vəzifə zamanı ortaya çıxar. Avraam Linkoln
K
redaktə- Kəbin həyatında birləşmiş cütlük sanki vahid əxlaqi şəxsiyyət yaratmalıdır. İmmanuel Kant
Q
redaktə- Qanunvericilik ictimai maraqlar naminə şəxsiyyəti məhv etmək üçün əlverişli vasitədir. Adrian Dekursel
M
redaktə- Mən kiməm? Bədən deyil, çünki çürüməkdədir; ağıl deyil, çünki beyin bədənlə birlikdə çürüyəcək; nə şəxsiyyət, nə də duyğular, çünki bunlar da ölümlə yox olacaq. Ramana Maharşi
- Mən o nadir insanlardanam ki, bir ildə milyard dolların dörddə birini itirməyin nə olduğunu bilirəm. Bu şəxsiyyəti çox yaxşı şəkildə formalaşdırır. Stiv Cobs
- Millət bir ruhdur, ruhani prinsipdir. İki şey bu ruhu, bu ruhani prinsipi yaradır. Biri keçmişdə, o biri indidədir. Biri zəngin ümumi xatirələrə malik olmaqdır; o biri ümumi müqavilə, birgə yaşamaq arzusudur, bizə miras qalmış bölünməz irsdən birgə istifadəni davam etdirmək iradəsidir... Qəhrəman keçmiş, dahi şəxsiyyətlər, şöhrət (amma həqiqi) - milli ideyanın söykəndiyi başlıca kapital budur. Keçmişdə ümumi şöhrətə, gələcəkdə ümumi istəyə malik olmaq, birgə böyük işlər görmək, onları gələcəkdə də arzulamaq - xalq olmağın başlıca şərtləridir... Keçmişdə ümumi şöhrəti və peşmançılıqları bölüşmək, həmin proqramı gələcəkdə də həyata keçirmək, birgə əzab çəkmək, sevinmək, ümid etmək, bunlar ümumi gömrük və sərhədlərdən də önəmlidir; irq və dil fərqindən asılı olmayaraq başa düşülən məhz budur. İndicə "birgə əzab çəkmək" dedim, bəli, ümumi əzab insanları ümumi sevincdən daha çox birləşdirir..." Ernest Renan
- Müəllim yalnız dərs deyən, sadəcə bir-iki saat sinif otaqlarında şagird və tələbələrlə təmasda olan bir şəxs, adi tərbiyəçi deyil. O, zaman və gənclik arasında körpü yaradan, öz şəxsiyyəti ilə nümunə göstərən, sabahın qurucularını hazırlayan, millətin gələcəyi üçün böyük məsuliyyət daşıyan bir varlıqdır. Xudu Məmmədov
- Müəllimlik şəxsiyyətin xarakterini, kalibrini və gələcəyini formalaşdıran çox nəcib bir peşədir. Əgər xalq məni yaxşı müəllim kimi xatırlayarsa, bu, mənim üçün ən böyük şərəf olar. Abdul Kalam
- Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır. Heydər Əliyev
N
redaktə- Nə üçün biz texniki institutlarda materialların müqavimətini öyrənirik, pedaqoji institutlarda isə şəxsiyyətin müqavimətini (onu tərbiyə etməyə başlayanda) öyrənmirik?[5] Anton Makarenko
O
redaktə- Obyektiv reallıq yoxdur. Ancaq şüurun yalnız illüziyası var, yalnız ruhun yaratdığı gerçəkliyin obyektivləşdirilməsi var. Həyatın mənşəyi yaradıcılıqdır, azadlıqdır; şəxsiyyət, subyekt və ruh isə həmin mənşəyin nümayəndələridir, lakin təbiət, obyekt deyil. Nikolay Berdyayev
Ö
redaktə- Öz həyat yoldaşı üçün ərdən daha əhəmiyyətli bir şəxsiyyət yoxdur. Çanakya
- Özünə inam olmadan güclü olmaq mümkün deyil. Lakin özünə inam istər-istəməz insanda təkəbbür hissi oyadır. Bütün bu ziddəyyətləri aradan qaldırmaq həyatın və şəxsiyyətin ən çətin problemlərindən biridir. Vasili Rozanov
- Özünü hisslərin ixtiyarına buraxmaq vəhşi azadlığın əlamətidirsə, hissləri cilovlamaq şəxsiyyət azadlığının əlamətidir. Əbu Turxan
P
redaktə- Pedaqoji fəaliyyət tələb edir ki, birincisi, müəllim öz şagirdini şəxsiyyət kimi tanısın, ikincisi, müəllimlə şagird arasında tam etimad olsun. Dmitri Pisarev
- Pis insanlarla yoldaşlıq etmə, sonra xəbərin olmadan sənin şəxsiyyətin onun xasiyyətindən pis şeylər oğurlayar. Platon
R
redaktə- Rəqabət və başqaları ilə müqayisə - yaradıcı şəxsiyyət olmağa mane olan 2 əsas şeydir. Luiza Hey
- Rusiya üçün böyük xoşbəxtlik idi ki, ən çətin sınaq illərində ölkəyə dahi və sarsılmaz sərkərdə Stalin rəhbərlik edirdi. O, bütün həyatının keçdiyi dönəmdə bizim dəyişkən və çətin dövrümüzü heyran edən ən görkəmli şəxsiyyət idi. Stalin qeyri-adi enerjiyə və əyilməz iradəyə malik, kəskin, sərt, danışıqda amansız bir insan idi, hətta burada Britaniya parlamentində yetişdirilən mən də heç nəyə qarşı çıxa bilmədim. Stalin hər şeydən əvvəl böyük yumor və sarkazm hissi və düşüncələri dəqiq qavramaq qabiliyyətinə malik idi. Bu qüvvə Stalində o qədər böyük idi ki, o, bütün dövrlərin və xalqların dövlət rəhbərləri arasında unikal görünürdü. Stalin bizdə ən böyük təəssürat yaratdı. O, dərin, hər bir çaxnaşmadan məhrum, məntiqi mənalı bir müdrikliyə sahib idi. O, çətin anlarda ən ümidsiz vəziyyətdən çıxış yollarını tapmaqda yenilməz ustadı... O, qeyri-adi mürəkkəb şəxsiyyət idi. O, böyük bir imperiya yaratdı və özünə tabe etdi. Düşmənini öz düşməni ilə məhv edən adam idi. Stalin Rusiyanı şumla ələ keçirən və onu atom silahları ilə tərk edən dünyanın ən böyük, misilsiz diktatoru idi. Uinston Çörçill
S
redaktə- Sezar və Napoleon kimi Stalinin də şəxsiyyəti və sirri dünyanı həmişə məşğul edəcək. Uinston Çörçill
- Səhv bir fikiri geri almaq onu müdafiə etməkdən daha çox şəxsiyyət tələb edir. Artur Şopenhauer
- Sığınacağınızı mənə deyin və şəxsiyyət vəsiqənizi dolduracağam. Bir adam depresiyaya düşdükdə meyxanaya gedirsə, sığınacağı içki şüşəsidir. Bir insan depresiyaya uğrayanda səcdə edərsə, o adam öz xilaskarını tapmışdır. Həsən Nail Canat
- Soyuq Müharibə başa çatdıqdan sonra da biz müxtəlif həyat anlayışları arasındakı divarları, başqa sözlə, insanların şüurunda bu dünyada bir-birini başa düşməyi dəfələrlə çətinləşdirən divarları yıxmaq vəzifəsi ilə qarşılaşırıq. Buna görə tolerantlıq göstərmək bacarığı çox vacibdir. Bizim üçün həyat tərzimiz mümkün olan ən yaxşı yol olsa da, başqaları bunu mütləq hiss etmir. Dinc birgə yaşayış yaratmağın müxtəlif yolları var. Tolerantlıq başqa insanların tarixinə, adət-ənənələrinə, dininə və mədəniyyətinə hörmət göstərmək deməkdirşəxsiyyət. Ancaq anlaşılmazlıq olmasın: Tolerantlıq "hər şey gedir" demək deyil. Şəxsiyyətin ayrılmaz hüquqlarına hörmət etməyən və insan hüquqlarını pozan hər kəsə qarşı sıfır dözümlülük olmalıdır. Angela Merkel
Ş
redaktə- Şəxsiyyət dəyişikliyi insanın özü ilə daimi mübarizəsini tələb edir, çünki insanda iki hiss bir-birinə ziddir: dərini dəyişmək əzmi və öz içində qalmaq istəyi. Qabriel Qarsiya Markes
- Şəxsiyyət uğurlu hərəkətlərin davamlı ardıcıllığıdır. Frensis Skott Fitscerald
- Şəxsiyyəti valideyn, ruhu isə müəllim tərbiyə edir. Nikolay Qoqol
- Şəxsiyyətin azadlığı və vətəndaşın azadlığı heç də həmişə üst-üstə düşmür. Şarl Lui Monteskyö
- Şəxsiyyətin ən yaxşı cəhəti əxlaqdır. Əli
- Şəxsiyyətimizin boşluğunu doldurmağa çalışırıq və qısa bir müddət ərzində tamamlanmaq illüziyasından ləzzət alırıq. Ancaq bu yalnız bir xəyaldır: sevgi birləşir və sonra bölünür. Lorens Darrell
- Şəxsiyyətini qazan, fəzilətlərini tamamla, çünki sən cisminlə deyil, ruhunla insansan.[6] Muhəmməd Qəzzali
- Şəxsiyyətinizin miqyası sizi dəli etməyə qadir olan problemin böyüklüyü ilə müəyyən edilir. Ziqmund Freyd
T
redaktə- Tanınmış ideya və şəxsiyyətləri çürütmək qeyrətilə meydana atılanlar, bilərək və ya bilməyərək, böyük davanı kiçildənlərdir. Məhəmməd Əmin Rəsulzadə
- Tarixçinin bədxah xislətinin əlaməti hekayənin iki və ya daha çox variantının həmişə tarixi şəxsiyyəti daha qaranlıq işıqda təsvir edənə üstünlük vermək istəyidir. Plutarx
- Tək şəxsiyyətdən idimi ki bu şəhər? Sən gedincə bomboş qaldı... Özdəmir Asaf
- Tək-tək şəxsiyyət mənəvi cəhətdən pozula bilər, xalq isə heç vaxt. Yulius Fuçik
- Tərbiyə ana qucağında başlayır, hər deyilən kəlmə isə uşağın şəxsiyyətini formalaşdıran bir kərpicdir. Namiq Kamal
- Tərbiyəçinin şəxsiyyətinin cavan ruha olan təsiri elə bir tərbiyə qüvvəsidir ki, onu nə dərs kitabları ilə, nə əxlaqi nəsihətlərlə və nə də cəza, mükafat sistemi ilə əvəz etmək olar. Konstantin Uşinski
U
redaktə- Uğur dedikdə, əlbəttə ki, zəngin, məşhur və ya qüdrətli ola biləcəyinizi nəzərdə tutmuram, çünki bu, zərurətdən uğuru ifadə etmir. Həqiqətən də, nadir hallarda belə şəxslər şəxsiyyətlər kimi acınacaqlı uğursuzluğu təmsil edirlər. Uğur dedikdə, yetkin və konstruktiv şəxsiyyətin inkişafını nəzərdə tuturam. Konstruktiv düşüncə prinsipinin tətbiqi ilə siz layiqli məqsədlərinizə çata bilərsiniz. Yaradıcılıq prinsipləri ilə yaşamağın təbii nəticəsi yaradıcı nəticələrdir. İnanmaq və yaratmaq uğurlu yaşamağın əsas faktıdır. Norman Vinsent Pil
Ü
redaktə- Ümid insan ruhunu qanadlandırıb həqiqət aləminə aparan nur nişanəsidir. O bu yolçuluğa çıxarkən həm qəlbi, həm əqli, həm dəduyğuları saflaşdırır. O uzağı yaxın edən dəyər, yaxını mətinləşdirən iksir və insan şəxsiyyətini zirvələrə yüksəldən həqiqətdir. Füyuzat jurnalı
V
redaktə- Vaxtında kitabları qarışdırdım. Filosofların həyat haqqında dediklərini başa düşmək istədim. Bəziləri hər şeyi qara kimi görürdülər. "Biz heç kim deyilik və sıfıra çatmayacağıq, dünyada müvəqqəti həyat zamanı sevinc və xoşbəxtlik üçün yer yoxdur" dedilər. Digər kitabları oxumuşam, ağıllı adamlar bunları yazıblar. Deyirdilər: "Sona sıfır gəldiyindən, nə olursa olsun, heç olmasa yaşadığımız müddətcə şən və nəşəli olaq." Mən öz xarakterim baxımından həyatın ikinci mənzərəsini bəyənirəm, ancaq aşağıdakı həddlərdə: Bütün insanlığın öz şəxsiyyətində olduğunu görən kişilər kasıbdırlar. Aydındır ki, həmin insan bir şəxsiyyət olaraq yox olacaqdır. Yaşadıqları kimi məmnun və xoşbəxt olmalı olan şey özü üçün deyil, özündən sonra gələnlər üçün çalışmaqdır. Fərasətli bir adam yalnız bu şəkildə hərəkət edə bilər. Həyatda tam zövq və xoşbəxtlik yalnız gələcək nəsillərin şərəfinə, varlığına, xoşbəxtliyinə xidmət edə bilər.[7] Mustafa Kamal Atatürk
Y
redaktə- Yoxsulluq şəxsiyyətin hərəkətverici qüvvəsidir. Herbert Spenser
- Yüksək və aşağı şəxsiyyət doğuşla təyin olunmur, lakin bir şəxs bu mənsubiyyəti əməlləri ilə təsdiqləyir. Qautama Budda
İstinadlar
redaktə- ↑ ŞAH İSMAYIL XƏTAİ HAQQINDA FİKİRLƏR
- ↑ Ağıla və qəlbə işıq saaçan sözlər. Bakı, 2014. səh.96
- ↑ [“Dünyanı heyran qoyan insan” (İdeyanın müəllifi və buraxılışa məsul: Ramiz Mehdiyev) - Azərnəşr, Bakı-2004, səh.109.]
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.214
- ↑ Xəzinə.Bakı,1997. səh.341
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014.səh.365
- ↑ Romanya Dışişleri Bakanı Antonescu İle Konuşma. Atatürk 20 mart 1937-ci ildə Ankara Palasda, Rumıniyanın xarici işlər naziri Viktor Antoneskuya bunları dedi.