Dəqiqə

zaman vahidi
Dəqiqə



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağıllı adam artıq olduğu yeri bir dəqiqə qabaq tərk edər. Jan Jak Russo
  • Allahın sevgisi o demək deyil ki, biz Onu birinci sevməliyik. Əksinə O birinci bizi sevdi. Dünyanı yaradaraq bizim qayğımıza buraxdı, xoş xəbəri yaymaq üçün bizə Öz yeganə Oğlunu göndərdi və nəhayət günahsız Oğlunu çarmıxa çəkməklə bizim öz günahlarımızdan qurtarmağımıza yol açdı. İsanın dirilməsi vasitəsilə Allah əbədi həyat üçün bizə ümid verdi. Elə bu dəqiqə Allah səninlədir. O səni sevir və sən Ona sidq ürəkdən inananda və itaət edəndə O həyatdakı bütün düz və səhv şeylərdən sənin üçün yaxşını yaradır. Kim Daecanq
  • Ancaq mən dənizi rəngləməzdim - həm də təkcə çox gözəl olduğuna görə deyil. O, hər dəqiqə dəyişir və onu kətan üzərində dayandırmaq, mənə elə gəlir ki, bir dəfə digəri ilə əvəz etmək deməkdir. Axı rəssamın özünəməxsus, xüsusi vaxtı var ki, bu da onu şəkil çəkə bilən fotoqrafdan fərqləndirir. Yox, dənizi görəndə yazmaq yox, uçmaq istəyirəm. Veniamin Kaverin
  • Aşiq olanda bizə elə gəlir ki, bütün dünya bizimlə həmfikirdi - bu gün qürub zamanı buna əmin oldum, amma nəsə öz yolu ilə getməyəndə, heç nə qalmır - nə vağlar (quş növü), nə uzaqdan eşidilən musiqi, nə onun dodaqlarının dadı. Bəs bütün bu gözəllik belə sürətlə hara itdi, hara qeyb oldu? Axı bir neçə dəqiqə əvvəl bütün bunlar mövcud idi, bizi əhatə edirdi... Paulo Koelyo
  • (Atomların təsadüfi hərəkətindən dünyanın yaranması haqqında Epikürün nəzəriyyəsi haqqında): Əgər latın əlifbasındakı iyirmi bir hərfdən çoxlu düzəldib sonra yerə atsaq, onlardan o dəqiqə “ Annalı” Enniya sözlərinin alınacağına və sonra onları oxumağın mümkün olacağına niyə də inanmayaq? Mark Tulli Siseron
  • Bir gün gələcək və sən hara getməli olduğuna qərar verəcəksən. Dərhal qərar verdiyin yerə getməlisən. Dərhal. Bir dəqiqə belə itirməyə haqqın yoxdur. Olmaz. Cerom Selincer
  • Bir dəqiqə döyüşün nəticəsini, bir saat kampaniyanın uğurunu, bir gün imperiyaların taleyini həll edir. Aleksandr Suvorov
  • Bir dəqiqə sonradansa, bir saat qabaq yaxşıdır. Alman atalar sözləri
  • Biz vaxtdan müdrik istifadə etməliyik. Düzgün işə hər dəqiqə başlamaq olar. Nelson Mandela
  • Bu işi iki yolla həll edə bilərik; Birincisi, çətin yolla, ikincisi... Amma bir dəqiqə, bu birincidən də çətin oldu ki. Coni Bravo
  • Çox təəssüf! Heç on beş dəqiqə keçməmişdi, amma mənə elə gəldi ki, araq içməyin əsl vaxtıdır. Saltıkov-Şedrin
  • Din həqiqətən insanları inandırıb ki, səmada gözəgörünməz bir adam yaşayır və sizin etdiyiniz hər şeyi, hər dəqiqə hər dəqiqə izləyir. Gözəgörünməz insanın isə sizdən istəmədiyi on şeydən ibarət xüsusi bir siyahı var. Əgər siz bu on şeydən hər hansı birini etsəniz, onun od və tüstü, yanma, işgəncə və əzabla dolu xüsusi yeri var, orada sizi yaşamağa, əzab çəkməyə, yanmağa, boğulmağa, qışqırmağa və əbədi və həmişəlik ağlamağa göndərəcək. zamanın sonu! Amma O səni sevir. O səni sevir və Onun pula ehtiyacı var! Onun həmişə pula ehtiyacı var! O, hər şeyə qadirdir, mükəmməldir, hər şeyi biləndir və hikmətlidir, nədənsə pulun öhdəsindən gələ bilmir! Corc Karlin
  • Elementlərin necə lazımdır düzülməsini yuxuda çox aydın gördüm. Yuxudan oyanıb elə o dəqiqə yuxuda gördüyümü bir kağıza yazıb yenidən yuxuya getdim. Sonralar yalnız bir yerdə düzəliş etməli oldum. Dmitri Mendeleyev
  • Elə yaşa ki, sanki elə bu dəqiqə həyatla vidalaşacaqsan və sənə ayrılan vaxt sanki gözlənilməz bir həddiyyədir. Mark Avreli
  • Etibar qazanmaq 20 il çəkər, itirmək 5 dəqiqə. Uorren Baffett
  • Əgər biz hər dəqiqə ölə biləriksə, eyni zamanda xilas da ola bilərik. Ona görə də ən kiçik əlverişli şəraitdən istifadə etməyə hazır olmalıyıq. Jül Vern
  • Əxlaqının gözəlliyi baxımından bütün dünya əhlindən üstün idi və cəmi əmrlərində və qadağalarında Ulu Tanrının qorxusunu göz önündə saxlayardı. Ümumi camaatla və bütün insanlarla ədalətlə rəftar edərdi. Zalımları cəzalandırmağa, məzlumları himayə etməyə çalışırdı. Əkinçiliyin artırılmasına, aləm əhlinin ərzaq təminatının səbəbkarı olan kəndlilərə və əkinçilərə qayğı göstərilməsinə səy edib diqqət yetirirdi. Məmləkətlərin qorunması və yolların mühafizəsi üçün ədalətli naiblər və yetərincə qabiliyyətli məmurlar təyin edirdi. Əsgərlərin ülufələrinin verilməsi və haqq sahiblərinin yaşayışının təminatı yönündə bir dəqiqə belə səhlən-karlıq etməzdi. Din əmrinə rəvac verilməsində, peyğəmbərlərin ağasının (Məhəmməd peyğəmbərin) şəriətinin hökmlərin yerinə yetirilməsində, xeyriyyə binalarının təmirində, mədaxilin və vəqflərin artımında səylər göstərdi. Üzüyünün möhüründə [ərəbcə] belə nəqş edilmişdi: "Ədalət göstərən məlik (padşah) olar, zülm edən həlak olar".[1]Həsən bəy Rumlu
  • Əmək daşa yapışsa, daş o dəqiqə yuxuya gedər. Avaraçılıq isə tükdən yataqda belə yata bilməz. Uilyam Şekspir
  • Əslində insan xoşbəxtdir - xoşbəxtliyin dəqiqə-dəqiqə gələcəyini gözləyərək yaşayır. Edqar Allan Po
  • Futbol sadə bir oyundur. 22 adam 90 dəqiqə bir topu qovalar və sonunda həmişə Almanlar qazanar.[2] Qeri Lineker
  • Görmədiyin hədəfi vura bilməzsən. İnsanlar bütün həyatlarını necə daha xoşbəxt olmaq, necə daha canlı yaşamaq və həyatı ehtirasla doldurmaq barədə xəyallarla keçirirlər. Bununla belə, onlar bir kağız parçası üzərində məqsədlərini formalaşdırmaq və həyatlarının mənası haqqında ciddi düşünmək üçün ayda on dəqiqə belə vaxt ayıra bilmirlər. Məqsəd təyin etmək həyatınızı mənalı edəcək. Robin Şarma
  • Hər yeni dəqiqə bizim üçün yeni həyat başlayır. Cerom Klapka Cerom
  • Həyatda bilirsən əsas nədir? Əsas odur ki, həyat bir dəfə olur. Bir dəqiqə keçir və son! Başqası olmayacaq.. Sergey Dovlatov
  • İcazə ver sənə bir şey deyim. İnsanların hətta 10 dəqiqə gözləmək üçün səbri yoxdur! Angel Beats!
  • İlk təəssürat çox əhəmiyyətlidir.. İlk iki dəqiqə böyük bir ürəyi olduğunu fikirləşərsən; Sonra bir ömür o ürəkdə, ilk iki dəqiqəni axtararsan. İlhan Bərk
  • İki saat Moskva tıxacında olmaq mənim üçün 20 dəqiqə Bakı tıxacında qalmaqdan üstündür. Elçin Əzizov [3]
  • İnsan iki dəqiqə havasız, iki həftə susuz, üç həftə yeməksiz, bütün ömrü boyu səfalət içində yaşaya bilər, amma bir an belə düşünmədən yaşaya bilməz.[4] Bencamin Franklin
  • İnsanoğlu özünü hər an, hər dəqiqə durmadan yeniləyər. Öz-özünü doğurması gərəkdir. Bu dayanmayan doğum sənətini bilməyənlər, çox uzun zaman əvvəl öldüklərini bilməlidirlər. Oşo
  • İsraf olunan hər dəqiqə günah kitabına yazılır. Ağ balina (film)
  • Kiçik məqsədləri yüksək məqsədlərə qurban verərək bütün həyat,məlum vaxt, il,ay, həftə, gün,saat, dəqiqə üçün məqsədə malik ol. Lev Tolstoy
  • Kiminsə haqqında fikir bildirmək üçün mənə on dəqiqə lazımdır. Ən qəribəsi odur ki, fikrim sonralar da sabit qalır. Marqaret Tetçer
  • Qızmış sobanın üstündə bir dəqiqə oturanda adama elə gəlir ki, bir saat keçdi. Amma gözəl bir qız dizinin üstündə bir saat oturanda isə sanki bir dəqiqə keçdi. Nisbilik nəzəriyyəsi Albert Eynşteyn
  • Mahnı üç dəqiqə iyirmi saniyə, amma təkrar-təkrar çalınsa sonsuza qədər davam edə bilər. Əlif Şəfəq
  • Məhəbbət üstündə qurulan nigahın pis cəhəti odur ki, o dəqiqə çox yüksək hündürlük götürür. Frederik Beqbeder
  • Mələk kimi görünmək üçün iyirmi dəqiqə lazımdır, təbii görünmək üçün isə bir ömür. Yanin İpaxorskaya
  • Mən belə dərd çəkirdim: ilk 5 dəqiqə ağlayır, sonrakı 5 dəqiqədə əzablarımın səbəbkarını günahlandırır, növbəti 5 dəqiqədə isə özümü əvvəlcə çox sərt, sonra ironik, sonra da filosofsayağı ittiham etməyə başlayırdım. Alla Puqaçova
  • Mən özümü pessimist hesab etmirəm. Pessimist mənə görə o kəsdir ki, bu dəqiqə yağışın yağacağını güman edir. Mənsə elə belə də özümü iliklərimə qədər islanmış hiss edirəm. Leonard Koen
  • Mənim çox güclü yumor hissim var və düşünürəm ki, bu səyyah üçün çox mühümdür. Saysız - hesabsız təhlükələr, maneələr və narahatsızlıqlar o dəqiqə yumorun köməyi ilə öz gücünü itirirlər. Rual Amundsen
  • Möhkəm iradə-instinktlər üzərində, meyllər üzərində hər dəqiqə qazanılmış qələbədir. Onore de Balzak
  • Musiqi öz melodiyası ilə bizi əbədiyyətin lap kənarına gətirir və onun böyüklüyünü bir neçə dəqiqə ərzində dərk etmək imkanı verir. Tomas Karleyl
  • On dəqiqə ərzində çox şey edə bilərsiniz. On dəqiqə, bir dəfə getdi, əbədi olaraq getdi. Həyatınızı 10 dəqiqəlik hissələrə bölün və mümkün qədər azını mənasız fəaliyyətə qurban verin. İnqvard Kamprad
  • On dəqiqə içində bu kağızın üstündə iki şeydən birini görəcəyəm: Ya imzanı, ya da beynini! Xaç atası (film, 1972)
  • Otaqda üç xanım və bir centlmen oturmuşdu. Mən pəncərənin yanında dayanmışdım. Aradan heç beş dəqiqə vaxt keçməmişdi, məndə belə bir təəssürat yarandı ki, onların hamısı – yaltaq və fırıldaqçılardır və onlar özlərini elə göstərirlər ki, başqalarının yaltaq və fırıldaqçı olduğunu guya bilmirlər. Çünki, bunu qəbul edən özünün də yaltaq və fırıldaqçıya olduğunu təsdiq etmiş olur. Çarlz Dikkens
  • Özünüzü bu dəqiqə sevin, sonranı gözləməyin. Luiza Hey
  • Riyaziyyatçılar -fransızlar kimidir. Onlarla danışanda,sənin sözlərini öz dillərinə tərcümə edirlər və o dəqiqə tamamilə, başqa nəsə alınır. Höte
  • Təəccüblənmək üçün bir dəqiqə kifayətdir. Heyratamiz bir şey hazırlamaq üçün isə uzun illər lazımdır. Klod Adrian Helvetsi
  • Və xoşbəxtliyinizi başqalarının bədbəxtliyi üzərində qura bilərsinizmi? Xoşbəxtlik təkcə sevginin həzzi deyil, həm də ruhun ən yüksək harmoniyasıdır. Arxasında vicdansız, amansız, qeyri-insani bir hərəkət varsa, ruh nədədir? Sadəcə “xoşbəxtliyim budur” deyə qaçmaq? Bəs başqalarının bədbəxtliyi üzərində qurulan xoşbəxtlik nədir? Yaxşı, təsəvvür edin ki, siz insanları xoşbəxt etmək, nəhayət onlara sülh və əmin-amanlıq bəxş etmək məqsədi ilə insan taleyi üçün bina tikirsiniz. Təsəvvür edin ki, bu məqsədlə qaçılmaz bir zərurətdən yalnız bir insanı - üstəlik, hətta layiqli şəxsiyyəti də yox, gülünc bir fani, Şekspiri yox, yalnız cəsur bir qocanı, bir adamın ərini işgəncə ilə öldürməlidirlər. Bir qadına aşiq olduğuna kor-koranə inanan, həyat yoldaşı ilə fəxr edən gənc qadın onunla xoşbəxt yaşayır. Sadəcə onu biabır etmək, namusunu əlindən alıb əzab vermək, nə də rüsvay olmuş qocanın göz yaşları bahasına bu binanı tikmək lazımdır! Bu şərti qəbul edərdilərmi? Bu sualdır. Və onlar bir dəqiqə belə güman edirlər ki, xilası üçün bu bina ucaldılan insanlar xoşbəxtliyi qəbul etməyə hazırdırlar, əgər sən bunu əhəmiyyətsiz, lakin amansız və ədalətsiz işgəncələrə məruz qalan bir insanın əzabına əsaslandırsan - və onlar əbədi xoşbəxt ola bilərdilər və nə vaxtsa? – lakin onlar bunu amansız və haqsız işgəncələrə məruz qalan bir insanın əzabları üzərində qururlar və onlar beləcə əbədi olaraq xoşbəxt ola bilərlərmi? – lakin onlar bunu amansız və haqsız işgəncələrə məruz qalan bir insanın əzabları üzərində qururlar və onlar beləcə əbədi olaraq xoşbəxt ola bilərlərmi? –(Puşkinin xatirəsinə həsr olunmuş nitqindən - 8 iyun 1880) Fyodor Dostoyevski
  • Vicdanınla asanlıqla barışan insan, ona elə o dəqiqə xəyanət etməyə hazır olur. Pyer Büast
  • Yer cənnətində olan qadın kişidən on dəqiqə əvvəl bilik ağacının meyvəsini dişlədi: o vaxtdan bəri o, həmişə bu on dəqiqəlik üstünlüyünü saxladı. Alfons Karr
  • Zaman insanın ən böyük sərvətidir. Həyatınızı 10 dəqiqəlik seqmentlərə bölün və əhəmiyyətsiz işlərə mümkün qədər az vaxt ayırın. İnqvard Kamprad

İstinadlar

redaktə
  1. Həsən bəy Rumlu. Əhsənüt-təvarix (Tarixlərin ən yaxşısı). Kastamonu: Uzanlar, 2017. s.96-97.
  2. ‘At the end the Germans always win’
  3. Elçin Əzizov: Ən təsiredici və nəticəli cəza manatla cəzadır!
  4. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.105