İntellektual



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


ARedaktə

  • Azərbaycan müasir güclü dövlətə çevrilməlidir. Bunu etmək üçün bizim bütün imkanlarımız var. Həm iqtisadi, həm siyasi imkanlar, həm də insanların intellektual səviyyəsi, dövlət siyasəti, dövlətin iradəsi və açıq-aydın görünən gələcəyin üfüqləri. İlham Əliyev

BRedaktə

  • Bizi bunlar yox edə bilər: ölkəsiz siyasət; vicdanı üstələyən əyləncə; əziyyətsiz var-dövlət; intellektual, ancaq xaraktersiz “insan”lar; əxlaqi cəhətdən kasıb biznes; insan sevgisini alt plana itələmiş bilik; fədakarlığı zəif din anlayışı. Mahatma Qandi
  • Böyük yaradıcılıq potensialı olan şəxslər öz mənəvi-intellektual enerjisini şüalandıra bilməsələr, dəli olarlar. Tur Xander
  • Bu gün ümumiyyətlə, müstəqillikdən danışarkən ədəbiyyatımızın xalqımız üçün nə qədər zəngin sərvət olduğunu qeyd etmək lazımdır. Bizim ədəbiyyatımız, mədəniyyətimiz xalqımızın milli sərvətidir və intellektual mülkiyyətidir. Bizim ədəbiyyatımızın xalqımıza etdiyi ən böyük xidmət ondan ibarətdir ki, şairlərimiz, yazıçılarımız öz əsərləri ilə Azərbaycanda, xalqımızda, millətimizdə daim milli hissiyyatları oyatmağa çalışmışlar. Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xaıqımıza birinci növbədə ədəbiyyatdan keçir. Heydər Əliyev

DRedaktə

  • Din məsələlərinə gəldikdə, insanlar çirkin və intellektual qeyri-səmimiyyətin günahını öz üzərlərinə götürürlər. Ziqmund Freyd

GRedaktə

  • Güclünün zəifləri əzməsinə qanun da, əxlaq da yol vermir. İntellektual gücün isə başqa əraziyə müdaxiləsinin nə hüquq, nə də əxlaq müstəvisində qarşısı alınmır. Tur Xander

HRedaktə

  • Həyatda həmişə düşünən və hiss edən intellektual və emosional adamlara rast gəlinir. Birincilərdən sərkərdələr, dövlət xadimləri, ikincilərdən isə şairlər, xəyalpərəstlər, incəsənət adamları çıxır. Teodor Drayzer

İRedaktə

  • İnsanı əxlaqi yox, intellektual səviyyədə tərbiyə etmək, cəmiyyət üçün təhlükə yaratmaq deməkdir. Teodor Ruzvelt
  • İntellektual ehtiras həssaslığı qovur. Leonardo da Vinçi
  • İrqçilik kollektivizmin ən aşağı, ən kobud primitiv formasıdır. Bu, insanın genetik nəslinə mənəvi, sosial və ya siyasi əhəmiyyət vermək anlayışıdır - insanın intellektual və xarakter xüsusiyyətlərinin onun daxili bədən kimyası tərəfindən istehsal və ötürülməsi anlayışıdır. Bu o deməkdir ki, praktikada insan öz xarakterinə və hərəkətlərinə görə deyil, əcdadlar kollektivinin xarakterinə və hərəkətlərinə görə mühakimə olunmalıdır. İrqçilik iddia edir ki, insanın şüurunun məzmunu (onun idrak aparatı deyil, məzmunu) irsi xarakter daşıyır; insanın əqidəsi, dəyərləri və xasiyyəti doğulmazdan əvvəl ondan asılı olmayan fiziki qüvvələr tərəfindən müəyyən edilir. Bu, fəlsəfə və elm tərəfindən hərtərəfli təkzib edilmiş fitri ideyalar və ya irsi biliklər haqqında təlimin mağara adamının versiyasıdır. İrqçilik vəhşilər üçün bir doktrinadır. Bu, heyvanlar və insanlar arasında deyil, müxtəlif heyvan cinslərini fərqləndirən bir zehniyyətə uyğun olan kollektivizmin anbar və ya heyvandarlıq versiyasıdır. Ayn Rand

MRedaktə

  • Mən intellektual, ya da filosof olmağa iddialı deyiləm. Mən sadəcə baxıram. Cozef Kudelka
  • Mən sizə müraciət etdim, ona görə ki, sizi intellektual insanlar hesab edirəm. Mən özüm intellektual adamam. Bizdən azdır. Açığın desək, bizdən elə az olmalıdır. Sergey Dovlatov
  • Məsələ yaşda yox, ünsiyyət mədəniyyətində və intellektual inkişaf səviyyəsindədir. Uinston Çörçill

SRedaktə

  • Siyasi korrektlik intellektual terrorizmdir. Axı hər kəs həmişə, hamını sevə bilməz. Mel Qibson
  • Sizin intellektual maraq dairəniz dissertasiya mövzusuna nəzərən daha geniş olmalıdır. Ceyms Uotson

ÖRedaktə

  • Özünüzün intellektual rəqibləriniz ilə sıx əlaqə saxlayın. Ceyms Uotson

İstinadlarRedaktə