Dostlar iki cür olur: birincisi sizi güldürənlərdir ki, onlara çox etibar etmək olmaz; ikincisi, sizi düşündürənlərdir ki, onların qədrini bilmək lazımdır. (Jan Batist Sey:Fransız iqtisadçısı)
Dünya bir şeydir ki, həmişə dövran edir və insan bu tövr dünyanın gərdişinə görə gərək, habelə öz rəftarını da dəyişsin ki, məsəldir deyərlər: “Zəmanə sənə saz olmasa sən zəmanəyə saz olginən”. Pəs olmaz ki, dünyada həmişə bir qayda ilə rəftar olsun. Bizim zəmanə dəyişilməyi, əlbəttə hər anlayan kəsə məlumdur və bu tövr zəmanənin dəyişilməsi bizim ilə deyil. Həmçinin, biz qadir deyilik ki, zəmanəni dəyişilməkdən saxlayaq. O kəslər ki, həmişə etibar edib bizim sözlərimizə əməl edirlər, zəmanə dəyişildiyinə görə gün-gündən tərəqqi edib irəli gedirlər… Həsən bəy Zərdabi
Dünyanın bir neçə şeyinə etibar etmə: böyüklərlə yaxınlıq, göyçəklərin gözəlliyi, qadının vəfası, divanələrin lütfü, sərxoşların bəxşeyişi, ağılsızların inamı, uşaqların xoş səsi, dünya malına uymaq, düşmənlərin hiyləsinə aldanmaq. Mir Möhsün Nəvvab
Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində Azərbaycan bu gün xarici siyasətində etibar və sabitlik amili kimi çıxış edən, iqtisadi inkişaf və sosial rifah yolunda möhkəm addımlarla irəliləyən, beynəlxalq birliyin nüfuzlu bir üzvü kimi etibarlı mövqeyini gündən-günə təmin etməkdə olan ölkədir.[1]Abdullah Gül
Hər kəs nəfsini sevdiyindən öz eyiblərini görə bilməz, bu eybin əlamətləriaşkar olduqda da onu dərk etməz. Bunun müalicəsi üçün deyilibdir: O adam fazil və kamil bir dost tapmalı, uzun müddət onunla oturub-durduqdan, ünsiyyət saxladıqdan sonra ixtiyar verməlidir ki, onun səhvlərini desin, o da bu səhvləri islah etsin, dostun köməyi və sədaqəti də bundadır. Bu barədə onunla möhkəməhd-peyman bağlaya, heç bir şeyi gizlətməyə, deməyə ki, səndə heç bir eyib yoxdur, belə desə, bununla razılaşmaya, təkid edib onu doğru danışmağa məcbur edə, deməsə, dostluğa xəyanətdə təqsirləndirə, yenə əvvəlki sualına qayıda, daha da yalvar-yaxar edə, inad göstərib sussa, kədərlənə, ondan tamamilə üz döndərəcəyini, dostluğu qıracağını deyə, əl çəkməyə, nəhayət, dilə gətirməyə müvəffəq ola, eyiblərini söylədə; əlbəttə, bu vaxt onun dediklərinə etiraz etməməli, belə olmadığına sübut-dəlil gətirməməli, qaşqabağını salıb narazılığını bildirməməlidir; əksinə, ona sevinc və şadlıqla qulaq asmalı, təşəkkürünü bildirməli, xəlvət yerə çəkilib ünsiyyəti möhkəmlətməli, səmimiyyəti artırmalı, eyiblərindən mümkünsə yaxa qurtarmağa, onları aradan qaldırmağa çalışmalı, dostunun etibarını daha çox qazanmalı, nəfsinin islahı xatirinə dönə-dönə belə etməli və dostunun sözlərindən inciməməlidir. Nəsirəddin Tusi
Ümümi şəkildə baxanda insanlara etibar etmək düzgün deyil. Onlar sizə verdiyi sözü heç vaxt tutmazlar, əgər belə olsa o zaman sizində onlara qarşı heç bir öhdəliyiniz qalmaz. Nikkolo Makiavelli
Zəif düşmən tabe olursa, o bunu güclü olmaq xatirinə edir. Əgər dostların dostluğuna etibar yoxdursa, düşmənin yaltaqlığına necə etibar etmək olar? Kiçik düşmənə etinasız baxmaq xırda qığılcıma məhəl qoymamaq kimidir. Sədi Şirazi