Əgər qara rəng onun sarışın saçlarına yaraşmasaydı, matəm çoxdan bitmiş və bütün bu qara libaslar zibilxanaya atılmış olardı. Rəşad Nuri Güntəkin
Əgər siz gününüzə kofeinsiz başlayırsınızsa, həmişə şən olursunuzsa, ağrılara, nasazlıqlara məhəl qoymursunuzsa, öz problemlərinizlə insanları narahat etmirsinizsə, şikayət etmirsinizsə, hər gün eyni yeməyi yeyirsinizsə və buna görə minnətdarsınızsa, sevdiyiniz insanın sizə baxmağa vaxtı olmayanda onu başa düşürsünüzsə, sizin heç bir günahınız olmadığı halda sevdiyiniz insanın ittihamlarını qulaqardına vura bilirsinizsə, tənqidi ]sakit qəbul edə bilirsinizsə, kasıbdostunuzla, zəngindostunuzla eyni cür rəftar edirsinizsə, yalandan və aldatmadan uzaq dura bilirsinizsə, stresslə dərmansızmübarizə apara bilirsinizsə, özünüzü içkisiz yaxşı hiss edirsinizsə, dərmansızyuxuya gedə bilirsinizsə, səmimi olaraq dəri rənginə, diniinanclara, cinsi oriyentasiyaya və siyasətə qarşı qərəziniz olmadığını söyləyirsinizsə, deməli siz itinizin inkişaf səviyyəsinə çatmışınız. Uinston Çörçill
Ətrafımızda bir çox şeydə sirr gizlənmişdir. Lakin bəzi şeylər var ki, məsələn, dəniz, sarı rəng, yaşlı insanların gözləri, musiqidə bu sirr daha çoxdur. Xorxe Luis Borxes
İlk həftələr adamlar ayrı düşdükləri məhəbbətin uzaq, gözəl bir kölgəyə döndüyündən şikayətlənirdilərsə, sonralar həmən kölgənin də uzaqlaşıb rəngini və gözəlliyini itirdiyini duydular. Alber Kamyu
İnsanlar din, məzhəb, irq, millət, rəng, mövqe və sinif fərqi qoymadan sevilməyə layiqdirlər. Madam ki, insanlar ruh yönü ilə Allahdan gəlməkdədirlər, elə isə insanlar heç bir şəkildə bir-birlərindən bu mənada ayrılmazlar.[1]Yunus Əmrə
İstedad öz-özlüyündə rəngsizdir və yalnız tətbiq ediləndə rəng alır. Saltıkov-Şedrin
Mən hərdən sual verirəm ki, məgər Allah-Təala azərbaycanlılar üçün yalnız qara rəng fikirləşib? Milyon rəng var. Məktəblərdə uşaqlar ən azı həftədə 2 dəfə şəkil çəksələr, onlar gələcəkdə rəngarəng geyinəcək, zövqlü olacaqlar. [2]Bəhram Bağırzadə
Mənim başımın içi hələ azca uğuldayır, dünyanın rəngləri hələ bozarmayıb, sönükləşməyib, ancaq mən də tədricən bərpa edirəm. Necə deyərlər, mən vəziyyətə nəzarət etməliyəm, çünki onunla getmək istəyirəm. Paulo Koelyo
Özünü tanıyandan bəri, ərzaq heç vaxt çox olmamışdı, heç vaxt bütöv corabı və altpaltarı olmamışdı, mebel həmişə sınıq-sökük, otaqlar qızdırıcısız, metroda gediş – basa-bas, evlər – rəngləri solmuş, çörək – qara, qəhvə – iyrənc, çay – nadir hallarda, siqaretlər – say hesabı olardı. Corc Oruell
Üç günə səninlə canbir qəlb olmağı bacaranlar ola bilər. Amma illərdir yanında yaşayan insan sənin hansı rəngi sevdiyini belə bilməz. Erix Mariya Remark
Üzümüzün və gözlərimizin rəngi nə olursa olsun, göz yaşlarımızın rəngi eynidir. Afrika atalar sözləri