Abırsızlıq, bayağı ruhun səmimi ruhla birləşdiyi yeganə formasıdır. Ali insan böyük və zərif həyasızlığın hər təzahüründə sayıq olmalı və abırsız təlxək və ya elmi satir onun qarşısında danışanda ali insan özünü təbrik etməlidir. Fridrix Nitsşe
Allahın söhbətində səmimi olan, nə ayıb eşidər, nə də qulağına ayıb gedər. Əbdülqədir Geylani
Bəzən sönən həyat atəşimiz külək kimi bir başqası tərəfindən qızışdırılaraq alovlanar və hər birimiz bu atəşi təkrar canlandıran dostlarımıza ən səmimi təşəkkürlərimizi borcluyuq. Albert Şveytser
Dövlətin gücünü təmin edən ən yaxşı zabitləri, tədrisçiləri himayə et. Onlarla nəzakətlə rəftar et və şərəf ver. Bir fəzilətli adamdan bəhs edildiyini öyrəndinsə, onunla səmimi bir şəkildə söhbətə və əlaqəyə gir, ona mülk ver və onu himayə et. Ərdəm, alim və təhsilli insanların sayı onda artacaq. I Osman
Əgər bütün insanlar bir-biri ilə razılaşıb gözlənilmədən səmimi olsaydılar, onların bütün işləri baş-ayaq gedərdi. Anton Çexov
Əgər dostluqda həddindən artlq səmimi olsan, dostların rəğbətini itirəcəksən. Konfutsi
Əgər kim isə sevgilidən başqa da nə haqda isə düşünə bilirsə, onun sevgisi səmimi deyil. İbn Ərəbi
Əgər siz gününüzə kofeinsiz başlayırsınızsa, həmişə şən olursunuzsa, ağrılara, nasazlıqlara məhəl qoymursunuzsa, öz problemlərinizlə insanları narahat etmirsinizsə, şikayət etmirsinizsə, hər gün eyni yeməyi yeyirsinizsə və buna görə minnətdarsınızsa, sevdiyiniz insanın sizə baxmağa vaxtı olmayanda onu başa düşürsünüzsə, sizin heç bir günahınız olmadığı halda sevdiyiniz insanın ittihamlarını qulaqardına vura bilirsinizsə, tənqidi sakit qəbul edə bilirsinizsə, kasıb dostunuzla, zəngin dostunuzla eyni cür rəftar edirsinizsə, yalandan və aldatmadan uzaq dura bilirsinizsə, stresslə dərmansızmübarizə apara bilirsinizsə, özünüzü içkisiz yaxşı hiss edirsinizsə, dərmansızyuxuya gedə bilirsinizsə, səmimi olaraq dərirənginə, diniinanclara, cinsi oriyentasiyaya və siyasətə qarşı qərəziniz olmadığını söyləyirsinizsə, deməli siz itinizin inkişaf səviyyəsinə çatmışınız. Uinston Çörçill
Əgər Tanrı məfhumunu tamamilə bir kənara qoyub, sivilizasiyanın bütün prinsip və qaydalarının, sadəcə, insanlar tərəfindən qoyulduğunu bəri başdan qəbul etsəydik, məhz onda həqiqətən də böyük üstünlük qazanacaqdıq. Çünki o zaman bütün bu əmr və qadağalar süni müqəddəslikdən təmizlənəcək və indiki kimi sərt, amansız və dəyişdirilməsi qeyri-mümkün olmayacaqdı. Beləliklə insanlar bu qayda-qanunların onları ram etmək üçün deyil, sevdiklərinin arxasınca getmələrinə kömək etmək üçün qoyulduğunu başa düşəcəkdilər. Nəticə etibarilə, bu qaydalara daha səmimi və isti münasibət bəsləyəcək və onları qüvvədən salmaq əvəzinə bir az da inkişaf etdirməyə cəhd göstərəcəkdilər. Ziqmund Freyd
Hesab edirəm ki, ölməyincə, daha dəqiqi, illərlə torpaq altında yatmayınca əsl özümüz və sona qədər səmimi olmaq gücündə deyilik. Əgər insanlar öldükləri yerdən başlasaydılar, daha tez səmimi olardılar. Mark Tven
Həyatın bizə təklif etdiyi ən çox gözəl təskinliklərdən biri odur ki, insan özünə kömək etmədən başqasına kömək etmək cəhdini səmimi edə bilmir. Uilyam Şekspir
Qadın üçün tam səmimi olmaq, çılpaq gəzməyə bərabərdir. Stendal
Qadına hörmət borcdur ki, hər bir səmimi insan doğulandan buna əməl etməlidir. Karpo Lope de Veqa
Qocalıq da bir müsafirdir: onu da səmimi qarşılayıb hörmət etmək lazımdır. Rəfiq Həriri
Qoyun hakimlər ədalət məhkəməsində məyus olsunlar — onda, onların qərarları daha dəqiq olacaq. Qoyun generallar qələbədən məyus olsunlar — onda, qətl rüsvayçılıq sayılacaq. Qoyun keşişlər inancdan məyus olsunlar — onda onların inancı daha səmimi olacaq. Leonard Koen
Qulun Allahu təalanı sevməsində səmimi olub olmadığı, başına bəla və müsibət gəldiyi zaman ortaya çıxar. Bəla və müsibət gəldiyində səbir və sakitlik halını mühafizə edə bilirsə, o həqiqətən Allahu təalanı sevir deməkdir. Müsibət və kasıblıq zamanında stabillik göstərə bilmək bu sevgiyə sübut və əlamət edildi. Biri Hz. Məhəmmədə; "Mən səni sevirəm" dəyəndə; "Kasıblıq üçün bir paltar hazırla" buyurdu. Bir başqası gəlib Hz. Məhəmmədə; "Mən Allahu təalanı sevirəm" dəyəndə; "Bəla üçün paltar hazırla" buyurdu. Əbdülqədir Geylani
Mən əminəm ki, Rusiya (onun indiki monarxı sağ olduğu müddətdə) dünyanın bütün ölkələrindən bizə səmimi, dostcasına yerləşən ölkədir; onun xidmətləri bundan sonra da bizim üçün faydalı olacaq və biz ilk növbədə onun mövqeyini axtarmalıyıq... Arzu edərdim ki, bu cür hisslər bütün rus xalqında olsun. Tomas Cefferson
Səmimi suallar verin. Verilən qısa “hə” “yox” cavabları ilə qane olmayın. Məsələn, “Sizə zəng etmək olar?” sualının əvəzinə “Mən sizə nə vaxt zəng edə bilərəm,” deməklə daha səmimi ünsiyyət qurmaq mümkündür. Larry King
Söz yalnız səmimi keyfiyyətə malik olduğu təqdirdə təsir edə bilər. Saib Təbrizi
Ümid edirəm ki, mən hesab etdiyim bütün titullardan ən qibtə ediləni olan səmimi adam xarakterini qoruyub saxlamaqda sarsılmazlıq və kifayət qədər comərdlik əldə edəcəyəm. Corc Vaşinqton
Ümumiyyətlə, insanlar cinsi məsələlərdə səmimi deyillər. Cinsi əlaqələrini açıq şəkildə nümayiş etdirmir, cinsi münasibətlər dünyasında sanki hava pis imiş kimi, "saxta" adlanan materiyadan tikilmiş qalın palto geyinərək onu gizlədirlər.[1]Ziqmund Freyd