A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Ağacın kökü nə qədər dərin olsa, o qədər çox budaq atar. Yan Komenski

B redaktə

  • Balıq dərin yer axtarar. Udmurt atalar sözləri
  • Balıq dərin yer gəzər, insan - yaxşı yer Rus atalar sözləri
  • Başqaları üzərində güc siyasidir və başqaları üzərində güc sahibi olmaqla maraqlanan insanlar, dərin bir dəyərsizlik kompleksi olan insanlardır. Özlərini davamlı olaraq başqaları ilə müqayisə edir və özlərini dəyərsiz hiss edirlər. Dünyaya və özlərinə bunun belə olmadığını, üstün varlıqlar olduqlarını sübut etmək istəyirlər. Bütün siyasətçilər, dəyərsizlik kompleksindən əziyyət çəkirlər. Bütün siyasətçilərin psixoloji müalicə almaqları gərəkdir. Bunlar xəstə insanlardır və bu xəstə insanların əlindən bütün dünya çox böyük iztirab içindədir. Üç min ildə beş min müharibə! Oşo
  • Belə fikir var ki, xristian dininə bağlı olmasaq, hamımız üçün pis olar. Mənə elə gəlir ki, buna sadiq qalan insanlar çox pis insanlar olublar. Siz bu maraqlı həqiqəti görürsünüz ki, hər hansı bir dövrdə din nə qədər güclü və doqmatik inanc nə qədər dərin olsa, qəddarlıq da bir o qədər çox olmuş, vəziyyət də bir o qədər pis olmuşdur. İnsanlar həqiqətən xristian dininə bütün tamlığı ilə inandıqları zaman, bütün işgəncələri ilə birlikdə inkvizisiya var idi; cadugər kimi yandırılan milyonlarla bədbəxt qadın var idi; din adı altında hər cür insana qarşı hər cür qəddarlıq edilirdi. Siz dünyaya nəzər saldıqda görürsünüz ki, insani hisslərdə hər bir irəliləyiş, cinayət qanununda hər bir təkmilləşmə, müharibənin azaldılması istiqamətində atılan hər addım, rəngli irqlərə qarşı daha yaxşı rəftar istiqamətində atılan hər addım və ya köləliyin yumşaldılması, dünyada mövcud olan mənəvi tərəqqi, dünyanın mütəşəkkil kilsələri tərəfindən [davamlı]] olaraq qarşı çıxdı. Mən tamamilə qəsdən deyirəm ki, öz kilsələrində təşkil olunmuş xristian dini dünyada mənəvi tərəqqinin əsas düşməni olub və indi də belədir. Bir fakt götür. Bu, xoşagəlməz fakt deyil, lakin kilsələr insanı xoşagəlməz faktları qeyd etməyə məcbur edir. Fərz edək ki, bu gün yaşadığımız dünyada təcrübəsiz bir qız sifilisli kişi ilə evlidir; bu halda Katolik Kilsəsi deyir: “Bu, ayrılmaz bir müqəddəslikdir. Bekarlığa dözməli və ya birlikdə qalmalısınız. Birlikdə qalsanız, sifilitik uşaqların doğulmasının qarşısını almaq üçün kontraseptivlərdən istifadə etməməlisiniz." Bu yalnız bir nümunədir. Hazırda kilsənin əxlaq adlandırmaq üçün seçdiyi şeydə israrla hər cür insanlara layiq olmayan və lazımsız əzablar verməsinin bir çox yolu var. Bildiyimiz kimi, o, böyük ölçüdə dünyada əzab-əziyyəti azaldan bütün istiqamətlərdə hələ də irəliləyiş və təkmilləşmənin əleyhdarıdır, çünki o, əxlaq kimi müəyyən dar davranış qaydalarını qeyd etməyi seçmişdir. insan xoşbəxtliyi ilə heç bir əlaqəsi yoxdur; və siz deyəndə ki, bu və ya digər şeylər etmək lazımdır, çünki bu, insan xoşbəxtliyinə səbəb olacaq, bunun heç bir əlaqəsi olmadığını düşünürlər. “İnsan xoşbəxtliyinin əxlaqla nə əlaqəsi var? Əxlaqın məqsədi insanları xoşbəxt etmək deyil". Bertran Rassel
  • Bir çoxlarında dərin bir inam kök salmışdır ki, atomlara əsaslanan filosofluq şeylərin mənşəyini izah edə bilməz, ya da izah edə bilər. Bu isə, Allahı Yaradan kimi inkar etmək deməkdir. Hər iki halda onlar səhv edirlər. Çünki, materiyanın və ümumi hərəkətin tam mahiyyətini aydın izah edə biləcək heç təbii başlanğıc yoxdur. Mixail Lomonosov
  • Bir işim olmayanda, mənim hərəkətsizliyimdə, suları sakit olan dəniz sahilinin axşamı kimi, dərin bir sükunət və asudəlik var. Rabindranat Taqor
  • Böyük fitri istedadı, dərin zəkası və möhkəm iradəsi ilə seçilən Azərbaycan qadınları tariximizin bütün dövrlərində səmərəli fəaliyyət göstərərək, xalqımızın taleyüklü məsələlərinin həll edilməsində öz sanballı töhfələrini vermişlər. Heydər Əliyev

Ç redaktə

  • Çay nə qədər dərin olsa, o qədər sakit axar. Rus atalar sözləri
  • Çayın dərin olub-olmadığını bilmək üçün daş atarlar. Lak atalar sözləri
  • Çayların ən sakit yerini ən dərin yerlərində, insanların ən səmimisini isə təvazökarların arasında axtarın Po Çü

D redaktə

E redaktə

  • Elə də əhəmiyyətli olmayan mövzular haqqında qərar verəndə baş verə biləcək bütün mənfi və müsbət halları nəzərdən keçirməyi həmişə faydalı hesab etmişəm. Ancaq iş və ya həyat yoldaşı seçimi kimi həyati məsələlərdə verilən qərarların daxilimizdən qeyri-şüuri şəkildə gəldiyinə inanıram. Məncə, həyatda bu cür vacib qərarlar verdiyimiz vaxt bizi yönləndirən qüvvə insan təbiəti üçün zəruri olan ən dərin ehtiyaclardan biridir. Ziqmund Freyd
  • Eşq bilikdən doğur. Nə qədər dərin bilərsək, o qədər sevərik. Leonardo da Vinçi

Ə redaktə

  • Əgər gözəllik ilə gerçək arasından birini seçməm gərəksəydi, heç tərəddüd etmədən gözəlliyi seçərdim, çünki onun içində əsl həqiqətdən daha yüksək və daha dərin bir gerçək olduğuna inanıram. Anatol Frans
  • Ən uca və ən dərin sevgi, ana sevgisidir. Lüdviq Feyerbax
  • Əzab və ağrı böyük ürəkləri və dərin ağılları həmişə müşayət edir. Odur ki, həqiqətən böyük adamlar bu dünyada daha çox qəmli olurlar. Fyodor Dostoyevski

G redaktə

  • Geniş məlumatı olmaq, sağlam və içdən bir məqsədi olmaq, ciddi olaraq araşdırmaq, dərin- dərin düşünmək: Bax, ərdəm bunların içindədir. Konfutsi
  • * - Gozünü kim oyub.
- Qohumum.
- Hə, deməli, ona görə belə dərin oyulub. Kürd atalar sözləri

H redaktə

  • Hakimiyyət yalnız o vaxt böyük nemət olur ki, onu əldə edən adama təbiət və tərbiyə alicənablıq, qüvvətli ruh, geniş ürək, dərin ağıl, böyük təcrübə vermişdir. Pol Anri Holbax
  • Hətta sübutsuz dedi-qodu da özündən sonra dərin izlər buraxır. Aleksandr Puşkin

İ redaktə

  • İnsan nə qədər böyük ruhlu olsa, eşqi o qədər dərin bir şəkildə eşidər. Leonardo da Vinçi
  • İnsanoğlu çox dərin bir varlıqdır. Mən Tanrı olsaydım bu qədər dərin yaratmazdım. Fyodor Dostoyevski
  • İntizam, enerji, güc və optimizm dolu güclü bir xarakter inşa etmək üçün zaman ayrıldığı zaman, çöl dünyanda hər şeyə sahib ola bilər, istədiyin hər şeyi bacara bilərsən. Qabiliyyətlərinə və məğlubedilməz ruhuna olan dərin inancını gücləndirdiyin zaman, bütün məşğuliyyətlərində müvəffəqiyyətli olmağını və böyük mükafatlar almağını heç bir şey əngəlləyə bilməz. Zehnini öyrətmək, bədəninə diqqət göstərmək və ruhunu bəsləmək üçün vaxt sərf etmək, səni, həyatında daha çox zənginlik və canlılığa çata biləcəyin bir mövqeyə gətirər. Robin Şarma

Q redaktə

  • Qadınlar kişiləri çatışmayan cəhətlərinə görə sevirlər. Əgər kişilərdə kifayət qədər çatışmayan cəhət olsaydı, qadınlar onlara hər şeyi, hətta, dərin zəkalarını belə bağışlaya bilərdilər. Oskar Uayld
  • Qısqanclıq kişidə zəiflik, qadında isə güc mənbəyidir. Anatol Frans

M redaktə

  • Musiqi - sözsüz, bəzən də çox dərin mənaları ifa edən nitqdir. Tomas Karleyl
  • Müdrik olmaq üçün gözü və qulağı açmaq kifayət deyil, dərin ağıl lazımdır. Heraklit

S redaktə

  • Sevgi ağac kimidir; o, özü-özünə böyüyür, bütün varlığımız boyu dərin köklər atır və çox vaxt yaşıllaşmaqda və hətta bizim ürəyimizin dağıntıları üzərində çiçəklənməkdə davam edir. Viktor Hüqo
  • Sevgi dünyanın ən şirin xoşbəxtliyi ilə ən dərin ağrısından yaradılmışdır. Robert Burton
  • Sənin üçün nəyin yaxşı, nəyin pis olduğunu yalnız sən tapa bilərsən. O zaman bütün hərəkətlərinin içindən keçən fərqindəlik ipini tut, həyatında heç bir nifrət, heç bir hirs, heç bir qısqanclıq tapa bilməyəcəksən. Ona görə yox ki, bunlardan vazkeçdin, ona görə yox ki, onları sakitləşdirdin, ona görə yox ki, bir şəkildə onlardan qurtuldun, ona görə yox ki, onlara qarşı nəsə etməyə cəhd etdin. Xeyr, heç bir şey etmədin, onlara toxunmadın belə. Fərqindəliyin gözəlliyi budur: Əsla bir şeyi sakitləşdirməz, amma fərqindəliyin işığında sanki əriyən və dəyişən şeylər vardır. Və daha sağlam, daha bütün, daha dərin, daha qüvvətli hala gələn şeylər vardır: sevgi, mərhəmət, yaxşılıq, dostluq, anlayış. Oşo

U redaktə

V redaktə

  • Vətənpərvərlik - ən dərin hörmətə layiq gözəl keyfiyyətdir. Leonid Brejnev
  • Vətənpərvərlik - əsrlər və min illər boyu vətənlərin bir-birindən ayrı olmasının doğurduğu ən dərin duyğulardan biridir. Lenin

Y redaktə

  • Yüngül ağrılar danışa bilər, amma, dərin ağrılar dilsizdir. Seneka

Z redaktə

  • Zəmanə ancaq dayazda olanları dəyişir; dərin qatlara nüfuz edə bilmir. Əbu Turxan