Sümük
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Arpaya qatsan at yeməz, sümüyə qatsan it yeməz. Azərbaycan atalar sözləri/A
- Aslan yuvasında sümük axtarmağa getmirsən. Somali atalar sözləri
B
redaktə- Bayram sümüyü ilə köpək kökəlməz. Azərbaycan atalar sözləri/B
- Bəzən bütöv bir fili yeyirsən, boğazında heç nə qalmır: balaca bir balığı yeyirsən, sümüyü qalır boğazında. Aşanti atalar sözləri
- Bir general ad qazanır, min əsgərin sümüyü çürüyür. Yapon atalar sözləri
Ç
redaktə- Çomaq - əti əzər, söz - sümüyü də dələr. Qırğız atalar sözləri
D
redaktə- Dil özü sümüksüz olsa da, sümüyü sındırar. Ərəb atalar sözləri
- Dil sümüksüzdür, amma sümüyü də doğrayır. Fin atalar sözləri
- Dilin sümüyü olmaz, xəyalın - intəhası. Udmurt atalar sözləri
- Durnabalığının özü də ölsə, sümüyü ölmür. Tatar atalar sözləri
- Dünya dəyişir, çünki siz fil sümüyü və qızıldan yaradılırsınız. Dodaqlarınızın büküşü tarixi yenidən yazır. Oskar Uayld
Ə
redaktə- Ən böyük fəlakətlər içində belə ümidini itirmə, unutma ki, ilik sərt sümüyün içindən çıxır. Hafiz Şirazi
- Ət pis olsa da yeyilir, sümük yaxşı olsa da atılır. İndoneziya atalar sözləri
F
redaktə- Filin sümüyü nə qədər baha olsa da, sınanda o da qiymətini itirir. İndoneziya atalar sözləri
G
redaktə- Gəzən it bir sümük tapacaq. Qaraçı atalar sözləri
H
redaktə- Həyatın sizə atdığı sümüyün tamı pis ola bilər. Barie Davenport
X
redaktə- Xaricdə şöhrət qazanmaqdansa, vətəndə sümük qoymaq yaxşıdır. Ukrayna atalar sözləri
İ
redaktə- İki itin arasına para sümük atmazlar. Azərbaycan atalar sözləri/İ
- İnsan yalnız onda dayanır – ət yeyərkən sümüyə çatanda. Rahid Ulusel
- İri balığın sümükləri də yaxşı olar. Benqal atalar sözləri
- İt ağzında sümük tutar. Oğuznamə
- İt sümük üstə yatan kimi yatıb: özü yemir, özgəyə də vermir. Rus atalar sözləri
- İt sümüyü udanda sevinə-sevinə udar, tamaşadı çıxaranda. Azərbaycan atalar sözləri/İ
- İtə sümük atsan ulamaz. Tatar atalar sözləri
- İtə sümük, sahibinə ət. Qaraçı atalar sözləri
- İtin ağzına girən sümük tam çıxmır. Buryat atalar sözləri
- İtlər savaşar sümükdən ötrü, diri heyvandan ötrü yox. Amhar atalar sözləri
K
redaktə- Köpək üçün bir sümük sədəqə deyil. Sədəqə, it kimi ac olanda itlə paylaşılan sümükdür. Cek London
- Köpək üçün sümük, arvad üçün klub. Macar atalar sözləri
- Köpəyin duası yerinə yetsə, göydən gündə sümük yağar. Azərbaycan atalar sözləri/K
- Köpəyin qisməti sümük gəmirmək, sığının qisməti qar üstündə qaçmaqdır. Fin atalar sözləri
Q
redaktə- Qapağan itə ya sümük gərək, ya da çomaq. Ləzgi atalar sözləri
- Qaraquş sümüyü ölçər udar. Azərbaycan atalar sözləri/Q
- Qəssab öz anasına da sümük satar. Qaraqalpaq atalar sözləri
- Qohum qohumun ətini də yesə, sümüyünü yeməz. Assuri atalar sözləri
- Qonağını əzizləyən itinə də sümük atar. Azərbaycan atalar sözləri/Q
- Qoy mənim pis əməllərimi ifşa etsinlər.Mən könüllü olaraq dəyişməyə, ya da insanların mənim barəmdə fikirlərini yaxşılığa doğru yönəltməyə çalışacağam. Həqiqətin mənə zərəri yoxdur. Həqiqət, yalançıların, xəbərsizlərin boğazında qalmış sümük kimidir. Mark Avreli
M
redaktə- Məğlubiyyət sümüyü polada çevirir. Məğlubiyyət insanı məğlubedilməz edir. Henri Uord Biçer
P
redaktə- Pələng ölür - dərisi, fil ölür - sümüyü, insan ölür - adı qalır. İndoneziya atalar sözləri
R
redaktə- Rus dili həqiqətən sehrli xüsusiyyətləri və sərvətləri ilə sona qədər yalnız öz xalqını "sümüyə" sevən və tanıyan və torpaqlarımızın daxili cazibəsini hiss edənlərə açılır. Konstantin_Paustovski
S
redaktə- Səhər qırmızı sifət, axşam ağ sümük. Yapon atalar sözləri
- Sənə sümük yox, eşq verdim. İndi itlik etməyin mənası yoxdu. Getmə deyirəmsə, getmə. Kiçik İsgəndər
- Sözlər sümükləri qırmaz. Samoa atalar sözləri
- Sümük çeynəmək istəməyən it acından öləcək. Somali atalar sözləri
- Sümükdən imtina edən it diri deyil. Somali atalar sözləri
- Sümükdən tikilib bu qala, ətlə-qanla malalanıb-suvanıb; qocalıq və ölüm, yalan və ikiüzlülük gizlənib bu qalada. Dhammapada
- Sümüyü olmayan balıq, qüsursuz insan olmaz. Norveç atalar sözləri
T
redaktə- Toyuq da yeməyin dadına baxır - dodaqları sümükdən olsa da. Fin atalar sözləri
Y
redaktə- Yaxşı adamın sümükləri çürüyür, adı qalır. Mahmud Kaşğari