A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağıldan məhrum güc öz-özünə məhv olur. Horatsi
  • Ağıllı adamlar kin və ədavəti alovlandırmır, onu boğub məhv etməyi üstün tuturlar. Kəlilə və Dimnə
  • Ailə maraqları demək olar ki, həmişə ictimai maraqları məhv edir. Frensis Bekon
  • Amerikanı məhv edəcək şeylər - istənilən qiymətə firavanlıq, istənilən qiymətə sülh, ilk növbədə vəzifə yerinə təhlükəsizlik, yumşaq həyat eşqi və tez varlanmaq nəzəriyyəsidir. Teodor Ruzvelt
  • Anlamaq üçün özümü məhv etdim. Anlamaq sevməyi unutmaqdır. Leonardo da Vinçi
  • Avropada kommunizm kapitalizmi məhv etmək üçün yarandı, lakin bir neçə ildən sonra Rusiya xarici siyasətinin alətinə çevrildi. Corc Oruell
  • Bataqlıqda da dənizdə olduğu kimi məhv olmaq asandır. Lakin dənizdə ölmək bataqlıqda məhv olmaqdan yaxşıdır. Fyodor Dostoyevski
  • “Bəlkə... yenidən mənə aşiq olacaqsan.” “Cəhənnəm” dedim, “Mən səni indi kifayət qədər sevirəm. Nə etmək istəyirsən? Məni məhv etmək?” “Bəli. Mən səni məhv etmək istəyirəm." "Yaxşı," dedim. "Mən də bunu istəyirəm." Ernest Heminquey
  • Bəşəriyyət düz yolu tapdıqdan sonra dağılıb məhv olmaz. Yalnız münaqişə və mübahisə yolu ilə dağıla bilər. Məhəmməd
  • Bilikdən qorxan məhv olur. Vissarion Belinski
  • Bir qarış torpağı hasarlayıb “bu torpaq mənə məxsusdur” deyən və sadəlövh insanları tapıb buna inandıran adam vətəndaş cəmiyyətinin əsl qurucusudur. Dirəkləri aşıran, sərhəd kimi xidmət edən xəndəkləri dolduraraq “bu yalançıya qulaq asmaqdan ehtiyatlanın!, hər şeyin sizə, torpağın isə heç kimə mənsub olmadığını unutsanız, məhv olacaqsınız!” deyərək insanlara müraciət edən adam nə qədər cinayətlərin, müharibələrin, fəlakətlərin, dəhşətlərin qarşısını almış olur. Jan Jak Russo
  • Bir millətin yüksəlməsi o millətin içərisindəki pislərin məhv edilməsi ilə yox, insanların, xüsusilə də uşaqların gözəl təhsili ilə mümkündür. Deni Didro
  • Birinin digəri üzərində hakimiyyəti ilk növbədə hökmranlıq edəni məhv edir. Lev Tolstoy
  • Birisi bəslərdi qurd balasını,
    Böyücək məhv etdi öz ağasını. Sədi Şirazi
  • Birisinin məhv edilməsi başqa birisinin doğulmasıdır. Aristotel
  • Bizi məhv edən prinsipsiz siyasət, vicdansız həzz, işsiz zənginlik, xaraktersiz bilik, əxlaqsız ticarət, insanlıqdan uzaq elm və qurbansız duadır. Mahatma Qandi
  • Böyük sevgilər və kədərlər öz böyüklüklərinin həcmində məhv olurlar. Oskar Uayld
  • Bu kitab nə ittiham, nə də etiraf, ən azı bir macəra olmalıdır, çünki ölüm onunla üz-üzə duranlar üçün bir macəra deyil. O, sadəcə olaraq, mərmilərdən qurtula bilsələr də, müharibə nəticəsində məhv edilmiş kişi nəsli haqqında danışmağa çalışacaq. Erix Mariya Remark
  • Çox vaxt qəzəbə düçar olmuş hökmdarlar öz tabeçiliyində olanların qəzəbinə tuş gəlib məhv olurlar. Cismani ləzzətlərə aludə olanlar düşmənlərin əlindən, pisliklərin və deqradasiyadan irəli gələn xəstəliklərdən məhv olurlar. Çanakya
  • Dövlət yalnız bir halda — yaxşı və pis adamları artıq bir-birindən seçə bilməyəndə məhv olur. Mustafa Kamal Atatürk
  • Əgər bir millət məhv olursa, xaricdən deyil, daxildən məhv olur. Avraam Linkoln
  • Əgər düşmən təslim olmursa, onu məhv edirlər. Maksim Qorki
  • Əgər insan zarafatı başa düşmürsə, deməli, hər şey məhv oldu. Bilin: insanın alnı yeddi qarış olsa belə, bu əsl ağıl deyil. Anton Çexov
  • Əxlaqını itirmiş ölkə məhv olmağa məhkumdur. Samuel Smayls
  • 50 yaşına çatdığında həyatı 20 yaşında gördüyü kimi görən biri, 30 ilini məhv etmiş deməkdir. Məhəmməd Əli
  • Görünən hökumətin arxasında heç bir sədaqəti olmayan və xalq qarşısında heç bir məsuliyyət daşımayan görünməz bir hökumət taxtda oturur. Bu gözəgörünməz hakimiyyəti məhv etmək, korrupsioner bizneslə korrupsioner siyasət arasındakı müqəddəs ittifaqı pozmaq bugünkü dövlətçiliyin birinci vəzifəsidir. Teodor Ruzvelt
  • Gülməli deyilmi ki, hələ də müqəddəs, sarsılmaz bir qanunun varlığına inanırıq: “yalan danışmaq olmaz”, “öldürmək olmaz” – elə bir həyatda ki, onun mahiyyəti məhz əbədi yalan və insanların bir-birini durmadan məhv etməsi ilə xarakterizə olunur. Fridrix Nitsşe
  • “Hamlet”də qəbirqazanlar qəbri qaza-qaza kobud mahnılar oxuyurlar. Əcəb cəfəngiyyatdır! Bu oyunbazlığı hələ faciə də adlandırırlar! Şekspir ingilis teatrını məhv etdi. Şekspiri ciddi qəbul etmək olmaz. Allah bizi bu səfeh Şekspirdən saxlasın! Volter
  • Heç bir xalq özünü başqalarından ayırmaqla xilas ola bilməz. Ya birlikdə xilas olarıq, ya da birlikdə məhv olarıq. Rabindranat Taqor
  • Heç bir sübut olmadan, yalnız ehtimala əsasən yaxşı adamları məhv etmək, öz kökünə vurmaq kimi bir şeydir. Qırğız atalar sözləri
  • Heç kəs özündən bunu soruşmasın: mən niyə bədbəxtəm? Sualda hər şeyi məhv eyləyə biləcək virus mövcuddur. Paulo Koelyo
  • Heç kim özünə sual verməməlidir: mən niyə bədbəxtəm? Sual özündə hər şeyi məhv edəcək virusu daşıyır. Bu sualı veririksə, deməli, bizi nəyin xoşbəxt etdiyini öyrənmək istəyirik. Əgər bizi xoşbəxt edən indikilərdən fərqlidirsə, ya birdəfəlik dəyişməliyik, ya da özümüzü daha da bədbəxt hiss edərək, olduğumuz kimi qalmalıyıq. Alber Kamyu
  • Həm səmərəli, həm də ucuz istehsal edən gözəl maşınları məhv etmək əvəzinə, onu idarə etməyi öyrənək. Həm səmərəlilikdən, həm də ucuzluqdan istifadə edək maşınları özümüz idarə edək. Mövcud sahibləri çıxaraq və onların yerində bu gözəl cihazların sahibi olaq. Sosializm budur, cənablar. Cek London
  • Hər bir qəhrəman - Samsondur: güclü çoxsaylı zğixlərin fitnə-fəsadı nəticəsində məhv olur, ya da o, liliputlar arasında Qulliverdir, lakin liliputlar o qədər çoxdurlar ki, əvvəl-axır Qulliverə qalib gəlirlər. Artur Şopenhauer
  • Hərəkətlərimiz ağrıya səbəb olmadıqda və ya başqalarına sataşma sayıldıqda, heç kimə izahat və hesabat vermək məcburiyyətində deyilik. Bu izahat ehtiyacı nə qədər insanın həyatını məhv etdi, bu da adətən başa düşüldüyünüzü, yəni haqq qazandırdığınızı ifadə edir. Qoy insanlar sizi hərəkətlərinizlə mühakimə etsinlər və onların vasitəsilə əsl niyyətlərinizi başa düşsünlər, amma bilin ki, azad insan nəyisə yalnız özünə, ağlına, zəkasına, şüuruna və izahat tələb etmək hüququna malik olanlara izah etməlidir. Erix Fromm
  • Həşərat çox olsa, hətta ilanı da məhv edər. Hind atalar sözləri
  • Həyat təcrübələri mənə doğru qərarı verməyi öyrətdi. Məni məhv etmək istəyənlərin özləri məhv oldu. Əli
  • Xəbərçiyə inanan dostunu məhv edər. Ərəb atalar sözləri
  • Xristianlıq olmasaydı, kim bilir Avropanın tarixi necə olardı. Roma bütün Avropanı fəth edəcək və onun legionları hunların hücumunu dəf edəcəkdi. Romanı məhv edən almanları və hunları yox, xristianlıq idi. Adolf Hitler
  • İki ordunun bir-birini bir saniyədə məhv edə biləcəyi gün bütün sivil millətlər müharibədən əl çəkib, ordularını tərxis edəcəklər. Alfred Nobel
  • İnqilablar şahmat oyununa oxşayır. Piyadalar kralı məhv və xilas edər və ya onun yerini tuta bilərlər. Pyer Büast
  • İnsan həyatını və xoşbəxtliyini məhv etmək yox, qayğı göstərmək yaxşı bir hökumətin ilk və yeganə qanuni vəzifəsidir. Tomas Cefferson
  • İnsanı öldürmək olar, lakin onun maraqlarını məhv etmək mümkün deyil. Mənim maraqlarım isə özümü realizə etməkdən ibarətdir.[1] Anar Məmmədxanov
  • İnsanın ən böyük uğursuzluğu aqressiyadır. Aqressiya, mağara zəmanəsində insanın sağ qalmaq üçün daha çox ərzaq əldə etməsinə, ərazi və ya partnyor ələ keçirməsinə imkan yaradırdısa, bu gün aqressiya bizim hamımızı məhv edə bilər... Böyük nüvə müharibəsi bəşəriyyətin və bəlkə də insan nəslinin axırına çıxa bilər. (London Elm Muzeyindəki nitqində, 2015-ci il.) Stiven Hokinq
  • Kəskin sözlər fəziləti, xırda işlərdəki təmkinsizlik isə böyük işləri məhv edir. Konfutsi
  • Liberalizm sosializm deyil və heç vaxt da olmayacaq. Sosializm zənginliyi, liberalizm isə yoxsulluğu aradan qaldırmağa çalışır. Sosializm şəxsi marağı məhv edir, liberalizm onu cəmiyyətin hüquqları ilə ölçərək qoruyur. Sosializm sahibkarlığı məhv edir, liberalizm yalnız onu imtiyazlar boyunduruğundan azad edir. Sosializm tənzimləni, liberalizm isə insanı. Sosializm kapitalı, liberalizm isə inhisarçılığı tənqid edir. Uinston Çörçill
  • Lovğalıq insanı məhv edər. İndoneziya atalar sözləri
  • Məni məhv edən şey; mənə yalan danışmış olmağın deyil, sənə bir daha inanmayacaq olmamdır. Viktor Hüqo
  • Müharibənin mahiyyəti təkcə insan həyatının yox, həm də insan əməyinin bəhrələrinin məhv edilməsidir. Müharibə insanların həyatını yaxşılaşdıra və nəticədə onları daha ağıllı edə biləcək materialları parçalamaq, stratosferdə toz halına salmaq, dənizin dərinliklərində boğmaq üsuludur. Corc Oruell
  • Müharibənin özü üçün heç bir xüsusi həvəsləndirməyə ehtiyac yoxdur: görünür, bu, insan təbiətinə aşılanır və hətta nəcib bir şey hesab olunur, insanı qazanc susuzluğu ilə deyil, ambisiya ilə aparır; bu ona gətirib çıxarır ki, hərbi şücaət nəinki müharibə zamanı (doğrudur), həm də müharibənin səbəbi kimi (Amerika vəhşiləri, eləcə də cəngavərlik dövründə avropalılar arasında) böyük əhəmiyyət kəsb edir. və çox vaxt müharibə yalnız bu şücaəti göstərmək üçün açılır; buna görə də daxili ləyaqət müharibənin özündə görünür, belə ki, hətta filosoflar da müharibəni bəşər övladını ucaldan bir şey kimi tərifləyir, yunanların məşhur kəlamını unudurlar: Müharibə pisdir, çünki onları məhv etməkdən daha çox pis insanlar yaradır. İmmanuel Kant
  • Nə qədər ki, İnsan aşağı canlıları amansızcasına məhv etməkdə davam edir, o, heç vaxt sağlamlıq və dinclik bilməyəcək. Nə qədər ki, insanlar heyvanları qırıblar, bir-birlərini öldürəcəklər. Həqiqətən də, qətl və əzab toxumu səpən sevinc və məhəbbəti biçə bilməz. Pifaqor
  • Ölüm insanı məhv etmir, yalnız onu görünməz edir! Jül Vern
  • Özünə baxmadan başqalarının yaxşılığını öyrənənlər yaxşı adamlardır. O kişilər adi insanlardır ki, başqalarının xeyrinə olsa da, öz maraqlarına da laqeyd qalmırlar. Bu adamlar öz mənfəətləri üçün başqasının yaxşılığını məhv edən cinlərdir. Başqasının olanı məqsədsiz şəkildə məhv edənlərə nə ad verək? Bhartihari
  • Pislikdə inad pisliyi məhv etmir, yalnız onu artırır. Uilyam Şekspir
  • Pisliyin sizə hakim kəsilməsinə imkan verməyin, əksinə siz özünüz pisliyi məhv etməyə çalışın. Napoleon Bonapart
  • [Protestantizmdə məhəbbət haqqında] Nəzəri baxımdan sevginin təbiətini anlamaqda səhv var. Sevgi hər hansı bir xüsusi "obyekt" tərəfindən yaradılmır, ancaq müəyyən bir obyekt tərəfindən "aktivləşən" insanın daxilində daim mövcud olan bir amildir. Nifrət ehtiraslı məhv etmək istəyi olduğu kimi, sevgi də bir “obyektin” ehtirasla möhkəmlənməsidir; bu, “sevgi” deyil, daxili qohumluq vəsevgi obyektinin xoşbəxtliyi, inkişafı və azadlığı üçün fəal səydir. Sevgi prinsipcə hər kəsə, o cümlədən özümüzə müraciət edə biləcəyimiz bir istəkdir. Erix Fromm
  • Pulları məhv etmək, müharibələri məhv etmək deməkdir. Mark Tulli Siseron
  • Sərvət arvad əlində, uşaq - kişi əlində məhv olar. Teluqu atalar sözləri
  • Son xəbərlərə gəlincə, belə təəssürat yaranır ki, Avropa barbarları yenidən bir-birini məhv etməyə hazırlaşır. Rusiya-Türkiyə müharibəsi çalağanla ilanın mübarizəsini xatırladır: kiminsə məhv edilməsi nəticəsində dünyada bir dağıdıcı azalacaqdır. Göründüyü kimi, döyüşkənlik insan təbiətinin qanunu, kainat mexanizmindəki sürətli çoxalmanın yolunda bir maneədir. Quş həyətindəki xoruzlar bir-birini öldürürlər, ayılar, öküz və qoyunlar da eyni cür hərəkət edirlər, ilxıda at bütün gənc rəqiblərini öldürməyə çalışır və müəyyən müddət keçdikdən sonra onun özü gənc ayğırların qurbanı olur. Ümid edirəm ki, biz insanlar üçün kvakerlərin yolunun nə qədər faydalı olduğunu və ailəni dolandıranın həyatının döyüşçünün həyatından daha üstün olduğunu sübut edəcəyik. Təsəlli üçün o olar ki, dünyanın bir hissəsində ağılsızların məhv edilməsi digər hissələrində rifahın artmasına səbəb olur. Qoy bu, bizim qayğımız olsun və gəlin rusların buynuzdan, türklərin isə quyruqdan yapışdığı inəyi sağaq. Tomas Cefferson
  • Şərqdə məhəbbəti dəyişiklikdən qorxma hissi məhv edir. Qərbdə isə insanların bir yerdə olub, bağlanmaq qorxusunun olması məhv edir. Oşo
  • Tiraniya: qanunların icrasına məsul olan hər kəsi xidmət etdikləri hökumətin qanunlarının gücü ilə itaət halına gətirə, məhv edə, sındıra, təfsir edə, qarşısını ala və dayandıra bilər və ya hətta cəzasız qalmaqla onları xəyal qırıqlığına uğrada bilər. Bilmək olmur ki, bu qanunlar pozucu, yoxsa seçicidir; qəsbkar, yoxsa qanunidir; yaxşı, yoxsa kədərlidir; hər halda, kimin bunu etmək üçün kifayət qədər təsirli bir qüvvəsi varsa, zalımdır; bunu qəbul edən hər bir cəmiyyət zülmdədür; buna dözən hər bir xalq kölədir. Vittorio Alfieri
  • Yer üzündə özünüzə xəzinələr yığmayın. Orada güvə və pas onları məhv edər ya da oğrular girib oğurlayar. Bunun yerinə özünüzə göydə xəzinələr yığın. Orada nə güvə, nə pas onları məhv edər, nə də oğrular girib oğurlayar.[2] İsa

İstinadlar

redaktə