Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun. Elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin. Bəhmənyar əl-Azərbaycani
Kitab bir limandır mənim üçün. Kitablarda yaşadım və kitablardakı insanları küçələrdəkindən daha çox sevdim. Cəmil Məric
Kitab nəşri hər bir ölkənin, hər bir xalqın mədəniyyətində, ümumiyyətlə, mənəvi, ictimai həyatında çox görkəmli yer tutur. Hər birimiz ilk növbədə ancaq kitab vasitəsilə təhsil almış, elmlərə yiyələnmiş, həyatda yaşamağa, fəaliyyət göstərməyə hazırlaşmışıq. Ona görə də, hər birimiz kitablara borcluyuq. Həm kitabları yazıb-yaratmaq, həm də onları nəşr etmək əsas vəzifələrimizdən biridir. Heydər Əliyev
Kitablar bizim ocaqlarımızdakı od kimidirlər: biz onları kimdənsə götürür, ocağımızı qalayır, sonra başqalarına ötürürük. Nəticədə onlar hamının malına çevrilir. Volter
Kitablar da dost kimidir, az fəqət yaxşı seçilmiş olmalıdır. Coyl Harris
Kitablar heç vaxt solmayacaq çiçəklərdir. Coyl Harris
Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq. Kitab insan ruhunun müqəddəs yazısıdır. Kitabı sevin, çünki o sizə insanları sevməyə öyrədəcək və fikirlərinizi aydınlaşdırmaqda köməkçi olacaq. Maksim Qorki
Kitablar olmasaydı, mən səfalət və alçaqlıq içində qərq olardım. Maksim Qorki
Kitablar sivilizasiyanın nümunəsidir. Kitabsız ədəbiyyat, tarix itər. Həyati incəliklər olan lirika, psixoloji və elmi biliklər mənasız olar. Henri Toro
Kitablar sizi əsrlər əvvəl dünyadan köçmüş dahilərlə görüşdürür. Rene Dekart
Kitablar yaşadıqca “keçmiş” anlayışı olmayacaq. Bulver Lütton
Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir. Frensis Bekon
Kitabları iki qrupa ayırmaq mümkündür: günün kitabı və bütün zamanların kitabı. Con Ruskin
Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır. (Rey Bredberi)
Kitablarım mənə kifayət edəcək qədər böyük bir krallıqdır. Uilyam Şekspir
Kitabların düşmənləri insanlarınkı ilə eynidir: atəş, nəm, zaman və içindəkilər. Pol Valeri
Kitabların yandırıldığı yerdə insanlar da yandırılır. Henrix Heyne