A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağlı qısa olanın dili uzun olar. Aristofan
  • Bəd iti - qısa zəncirə! Alman atalar sözləri
  • Bəzən təhqir edənə kəskin cavab verməyin müəyyən bir faydası var. Bu cavab qısa olmalı və qıcıq,qəzəb yaratmamalı, bərk əşya oxun zərbəsini dəf edib onu atana qaytardığı kimi, təhqir də ağıllı, özünə hakim olan natiqdən təhqir edənə sakitcə, hətta azacıq bir təbəssümlə çatdırılmalıdır. Platon
  • Bir vəkil haqqında: “İncəsənətdə ən qısa fikrə maksimum söz əlavə etməkdə onun tayı-bərabəri yox idi”. Avraam Linkoln
  • Bu qısa ömrü əbədi həyatmış kimi yaşamaq lazımdır. Çin atalar sözləri
  • Bu proses qısa müddətdə başa çata bilməyəcəkdir. Bu gün təhsil sahəsində çalışan bütün vətəndaşlara, müəllimlərə, təhsil müəssisələrinin rəhbərlərinə müraciət edərək xahiş edirəm ki, onlar tezliklə təhsil sistemində işlərin müstəqil Azərbaycanın prinsipləri əsasında qurulmasına nail olsunlar. Burada dərsliklərin dəyişilməsi, yeni dərsliklərin yaranması xüsusi əhəmiyyət kəsb edir. Bilirəm, bu, asan məsələ deyil. Bu, bir çox amillərlə bağlıdır, ondan asılıdır... Ancaq indi dərs alan uşaqlar, gənclər gərək mütləq və mütləq bizim yeni dərsliklər əsasında oxusunlar... Heydər Əliyev/Təhsil
  • Çəkiçli biri xoşbəxt bir insanın qapısının arxasında dayanmalı, daim döyərək bədbəxt insanların olduğunu və qısa bir xoşbəxtlikdən sonra bədbəxtliyin gəldiyini xatırlatmalıdır. Anton Çexov
  • Çox danışmamalı, başqasının sözünü yarımçıq kəsməməli, başqasının nağıl etdiyi hekayət və rəvayəti bilirsə, bunu üzə vurmamalı və onun danışıb qurtarmasına imkan yaratmalıdır. Başqasından soruşulana cavab verməməli, ümumidən edilən sualda camaatı qabaqlayıb hövləki irəli düşməməlidir. Biri cavab verməklə məşğul isə, daha qabil cavab verməyə qadir olsa da, səbr etməli, o, sözünü qurtardıqdan sonra öz cavabını verməlidir, lakin əvvəlkinə tənə etməməlidir. Onun yanında iki adam söhbət edirsə qarışmamalı, ondan gizlidirsə gizlin qulaq asmamalıdır; özləri müraciət etməsələr söhbətə qoşulmamalıdır. Böyüklərlə danışarkən kinayə işlətməməli, nə bərkdən, nə yavaşdan, mülayim səslə sözünü deməlidir. Danışdığı məsələ qəlizdirsə, aydın misallarla izah etməyə çalışmalıdır, başqa hallarda qısa və yığcam danışmalıdır. Yabançı kəlmələr işlətməməli, qondarma ibarələr düzəltməməli, ona deyilənlərə axıra qədər qulaq asmamış cavab verməməli, deyəcəyi fikri beynində bişirməmiş dilinə gətirməməli, ehtiyac olmadan sözü təkrar etməməlidir; ehtiyac üzündən təkrar lazım olduqda tərəddüd göstərməməlidir. Nalayiq sözlər işlətməməli, dilini söyüşə öyrətməməli, zərurət üzündən ayıb kəlməyə ehtiyac yarandıqda onu obrazlı, məcazi ibarələrlə anlatmalı, şux və zərif ifadələrdən qaçmamalı, hər məclisə münasib danışmağı bacarmalıdır. Söz vaxtı əl-qolunu işə salmamalı, qaş-gözünü oynatmamalıdır. Belə hərəkətləri yalnız danışılan əhvalat tələb etdikdə nəzakətli və gözəl bir tərzdə göstərmək olar. Yalan, doğru üstündə məclisdə höcət etməməli; yalvar-yaxar təsir etməyən adama yalvarmamalı, münaqişə və mübahisədə rəqibin haqlı olduğunu gördükdə üstünlüyü ona verməlidir. Avam, uşaq, arvad, divanə və sərxoş adamların söhbətindən bacardıqca uzaq gəzməlidir. Başa düşməyən adama incə və üstüörtülü söz deməməli, danışıqda nəzakətli olmalı, heç kəsin işini, sözünü, hərəkətini pis şəkildə ona buna çatdırmamalı, qorxulu şayiələr yaymamalıdır. Nəsirəddin Tusi
  • Çox qısa danışacam: mən qurtardım. Salvador Dali
  • Dərin olan quyu deyil, qısa olan ipdir. Çin atalar sözləri
  • Dərk etməyə qısa yol olmur. Yapon atalar sözləri
  • Diogenə bir adamın nə qədər ağıllı olduğunun necə aydın olduğunu soruşdular. Cavabı qısa oldu;

"Danışmasından" dedi.

Bir sual daha soruşdular "Yaxşı adam ya heç danışmazsa"
Diogenin cavabı bu dəfə belə oldu:

" O qədər ağıllı olan insan hələ yoxdur dünyada." Sinoplu Diogen

  • Eşq nə qədər qısa və unutmaq nə qədər uzundur. Pablo Neruda
  • Əbədiyyət haqqında düşünənlər bu həyatın çətinliklərində asanlıqla rahatlıq tapacaq və artıq boş, qısa və keçici anlardan qorxmayacaqlar. Frensis de Sales
  • Əgər aktyor öz hərəkətlərində azacıq da olsa ritmi pozarsa, yaxud şeir söyləyərkən hər hansı bir hecanı ya qısa, ya da uzun tələffüz edərsə, onu fitə basacaqlar. Hər hansı bir şeirdən daha nizamlı hərəkətdən daha çox tədbirlər tələb edən həyatda isə ən azı bir hecada səhv buraxmağın mümkün olduğunu hesab edirsən? Mark Tulli Siseron
  • Əl uzun, ağıl qısa. Rus atalar sözləri
  • Əzmlə işləyən insanın günləri qısa, ömrü uzun olur. Deni Didro
  • Fərdiliyimizin boşluğunu doldurmağa çalışırıq və qısa müddət ərzində bütöv olmaq illüziyasından zövq alırıq. Ancaq bu yalnız bir xəyaldır: sevgi birləşdirir, sonra bölür. Lorens Darrell
  • Gənclik nöqteyi-nəzərindən baxsaq, həyat, sonsuz gələcəkdir. Qocalıq nöqteyi-nəzərinə görə isə çox qısa keçmişdir. Artur Şopenhauer
  • Gənclik zamanı günlər qısa, illər uzun, qocalıq zamanı isə günlər uzun, illər qısa.. İmmanuel Kant
  • Gözəl söz qısa və dərin olmalıdır. Şervud Anderson
  • - Gözəllik - çox qısa müddət idarə edən kraliçadır. Sokrat
  • Güc davamlıdır; amma gücün qazandığı zəfərlərin ömürü çox qısa olar. Avraam Linkoln
  • Gün - bu ən qısa həyatdır, o günü elə yaşamaq lazımdır ki sanki sonuncu günüdür. Maksim Qorki
  • Hədəfə çatmağın ən qısa yolu onu parçalara bölməkdir. Henri Ford
  • Hər sülh şəfəqinə həyatının başlanğıcı kimi və hər qüruba bu həyatın sonu kimi bax. Qoy bu qısa ömürlərin hər biri hansısa xeyirxah əməllə yadda qalsın. Con Reskin
  • Həyat qısa, elm geniş, təsadüf etibarsız, təcrübə yanıldıcı, mühakimə çətindir. Latın atalar sözləri
  • Həyatda var olmağımızı sadəcə bir təsadüfdür. Qısa və mənasız saniyələrdən zövq alıb diqqətimizi dağıdırıq sadəcə. Bu dünyada qısa müddətlik varlıqlar olduğumuzu unutmağımız üçün diqqəti dağıtmaq lazımdır. Həyatla bacarmağın başqa yolu yoxdur. Məsələn, eşq diqqəti dağıtmağın ən yaxşı yollarından biridir. İşləmək də o cümlədən. Vudi Allen
  • Həyatımız qısa, vaxtımız məhdud olduğu üçün yalnıız dəyərli kitabları oxumalıyıq. Yeqor Rozen
  • Həyatın mənasının qısa ifadəsi bu cür ola bilər: dünya hərəkət edir və təkmilləşir. Əsas vəzifə bu hərəkətə tövhə vermək, ona tabe olmaq və onunla əməkdaşlıq etmək. Lev Tolstoy
  • İncəsənət əbədidir, həyat qısa. Latın atalar sözləri
  • İnsanın şərəfiylə yaşaya bilməsi üçün ən qısa və ən əmin yol, olduğu kimi görünməkdir. Sokrat
  • Qəzəb - qısa müddətli dəlilikdir. Horatsi
  • Qısa dil ilə də adamı abırdan salmaq olar. Fin atalar sözləri
  • Qısa müddətli ayrılıq eşqin möhkəmlənməsinə, uzun sürən ayrılıq isə onun məhvinə səbəb olur. Onore Mirabo
  • Qısa yazıda fikrin variasiyaları oxucunun öz öhdəsinə buraxılır. Tur Xander
  • Ömür qısa, sənət yolu uzun, əlverişli fürsət tezkeçən, təcrübə aldadıcı, fikir çətindir. Ona görə də nəinki həkimin özü hər şeydən istifadə etməli, eləcə də xəstə, onu əhatə edənlər, bütün xarici amillər həkimin fəaliyyətinə kömək etməlidir. Hippokrat
  • Sadəcə qısa müddətə olsa belə, vidalaşmaq həmişə ağrılıdır. Anna Morrou Lindberq
  • Sağlam bədəndə sağlam ağıl bu dünyada xoşbəxtliyin qısa, lakin tam təsviridir. Con Lokk
  • Sevgi qısa, nifrət uzun yaşayır. İrland atalar sözləri
  • Sənət nə qədər uzun tanrım, həyat nə qədər qısa. Yohann Volfqanq Göte
  • Silahları sevmirəm. Onları əlimə alanda onları ola biləcək ən qısa müddətdə buraxmaq istəyirəm. Kristofer Uoken
  • Siz çoxlu qısa ağılsızlıqları sevgi adlandırırsınız. Və sizin nikahınız böyük və uzun axmaqlığı ilə çoxlu qısa axmaqlıqlara hüdud qoyur. Fridrix Nitsşe
  • Söz verənin dili qısa olar. Buduq atalar sözləri
  • Sözün mənzili qısa olar. Lak atalar sözləri
  • Sözün yaxşısı qısa olur, ipin yaxşısı - uzun. Lak atalar sözləri
  • Sülh yalnız müharibələr arasında qısa bir fasilədir. Adrian Dekursel
  • Şöһrətpərəst adamlar - qısa müddətli uğurlar xatirinə bu günün şöһrəti ücün nigarancılıq çəkən, çalışan adamlardır. Karl Marks
  • Uğur qazanmağın ən qısa və ən yaxşı yolu - insanlara başa düşməyə şərait yaratmaqdır ki, sizin irəliləyişinizə kömək etmək elə onların özlərinin maraqlarına uyğundur.[1] Jan de Labrüyer
  • Uzun danışanı qısa dinləmək lazımdır. Fərabi
  • Yaxşı yaşamaq üçün qısa bir müddət kifayət qədər üzundur. Siseron
  • Yalanın ömrü qısa olar. Ləzgi atalar sözləri
  • Yaşayan varlıqların hamısı; zəif, güclü, uzun, qısa, böyük, orta və ya kiçik görünən, görünməyən; doğulmuş olan və ya doğulmaqda olan, hamısı xoşbəxt olsun! Kimsə kimsəni aldatmasın, kimsə kimsəni kiçik hesab etməsin, kimsə kimsəyə hirs ilə, incinmə ilə zərər vermək istəməsin. Qautama Budda
  • Yazıçı N. pul çeki kimi qısa hekayələr yazırdı. İlya İlf
  • Yolun tanışı qısa görünər. Udmurt atalar sözləri
  • Yuxuları gerçəkləşdirməyin ən qısa yolu oyanmaqdır. Ralf Uold Emerson

İstinadlar

redaktə
  1. Robert Qrin. Hakimiyyətin 48 qanunu.Bakı,2014. səh.79