Ağılla hərəkət etmək üçün insanın üç yolu var : birinci ən nəcib yol - düşüncə, ikinci ən asan yol- təqlid, üçüncü ən acı yol - təcrübədir. Konfutsi
Ağır xəstəliyi əvvəlcədən müəyyən etmək çətin olsa da, müalicə etmək asandır. O inkişaf etdiyi zaman isə onu müəyyən etmək asan, müalicə etmək isə çətindir. Nikkolo Makiavelli
Amerikada ənənələr qədər asan ölən heç nə yoxdur. Beyker
Antisemitizm, yəhudi xalqına nifrət bəşəriyyətin ruhunda ləkə olub və qalır. Biz bu məsələ ilə tam razıyıq. Buna görə də bunu bilin: antisionizm mahiyyətcə antisemitizm deməkdir və həmişə belə olacaq. Bu niyə belədir? Bilirsiniz ki, sionizm yəhudi xalqının öz torpaqlarında yaşamağa qayıtmaq arzusu və idealından başqa bir şey deyil. Yəhudi xalqı, Müqəddəs Yazılar bizə deyir ki, müqəddəs torpaqda, öz vətənində çiçəklənən birlik içində yaşayırdılar. Onları oradan Rəbbimizi belə amansızlıqla qətlə yetirən Roma tiranı qovmuşdu. Vətənindən qovulmuş, milləti külə dönmüş yəhudi xalqı dünyanı dolaşmağa məcbur oldu. Yəhudi xalqı onlara hökmranlıq etməyə gələn hər bir tiranın əlindən dönə-dönə əzab çəkdi. Bütün bəşəriyyətin bu ayrılmaz hüququnu əziz tutan hər kəs üçün bunu başa düşmək, yəhudi xalqının qədim İsrail torpağında yaşamaq hüququnu dəstəkləmək çox asan olmalıdır. Bütün yaxşı niyyətli insanlar Allahın xalqının onlardan oğurlanmış torpağa sevinclə qayıtması vədinin yerinə yetməsinə sevinəcəklər. Bu sionizmdir, nə çox, nə də az. Martin Lüter Kinq
Asan deyil; uğruna hər şeyinizi verdiyiniz insana tanımırmış kimi baxmaq. Boris Vian
Asandır deyirsən.. Gəl bir də sən yaşa sənsizliyimi. Attila İlhan
Başqalarının düşüncələrini dəyişmək çox asan, öz düşüncəni dəyişmək isə çox çətindir. Oskar Uayld
Bazar günü həftədə yalnız bir gün olur və bu barədə təəssüflənirəm. İnsan elə qurulub ki, o, iki bazar gününə də dözə bilər. Mən bunun necə asan olduğunu, bu imkanın əldən verilməsini tez-tez düşünürəm. Dünyanı altı gündə yox, üç gündə yaratmaq qüdrətli Yaradan üçün heç nə idi və buradan sizin üçün həftədə iki bazar günü alınardı. Amma mən kiməm ki, Yaradanın müdrikliyini tənqid edəm?.. Mark Tven
Bir ailəni idarə etmək bir dövləti idarə etməkdən heç də asan deyildir. Mişel de Monten
Bir sözü heç ağılınızdan çıxarmayın: Dövlət. Dövlətin nə qədər əhəmiyyətli olduğunu hamımız idrak etməliyik. Dövlətsiz bir millət boşluğa düşər, küləkdə sovrulub gedər. Aliya İzzetbeqoviç
Bu dünyada həqiqəti deməkdən daha çətin və yalan danışmaqdan daha asan heç nə yoxdur. Fyodor Dostoyevski
Burax bütün insanlar səni tanısın, amma heç kim səni tam olaraq tanımasın. İnsanlar, dayaz yerini gördükləri dərəni asan keçərlər. Bencamin Franklin
Bütün insanlar iki kateqoriyaya bölünür. Biirinci kateqoriyaya aid edilən insanlarla münasibət asan, onlarsız isə daha asan olur. Bir kateqoriya da var ki, onlarla hər şey çətin olur, onlarsız isə keçinmək mümkün olmur. Ernest Heminquey
Dünyada ən asan şey qeqi-qodu etmək, ən çətin şey isə özünü tanımaqdır. Əhvədi
Dünyada ən asan şey qeybət etmək, ən çətin şey isə özünü tanımaqdır. Con Lebbok
Dünyada o qədər absurd var ki, o olmayan yerə ayağını basanda boşluğa düşüb yıxılırsan. Rahid Ulusel
Dünyadakı insanların hamısı iki qismə bölünür. Birincilərlə yaşamaq asandır, elə onlarsız da yaşamaq asandır. İkincilərlə çox qəlizdir yaşamaq, amma onlarsız yaşamaq heç mümkün deyil. Ernest Heminquey
Düşünülmüş plan asan yerinə yetirilir, düşünülməmiş asan pozulur. Monqol atalar sözləri
Elm - xəzinə, onun açarları isə suallardır. Allah sizə rəhm eləsin, soruşun, çünki bu işdə dörd nəfər savab qazanar: soruşan, cavab verən, qulaq asan və onları sevən. Cəfər Sadiq
Elmin meyvələri insanlara nə qədər asan gəlib çatsa, dini inancın tənəzzülü də bir o qədər tez baş tutacaqdır. Ziqmund Freyd
Əgər heyvan olmaq istəsən, əlbəttə, bəşəriyyətin əzablarına arxa çevirib canının qayğısına qala bilərsən.
Əslində ağıllı bir insan, bunu siz də çox yaxşı bilirsiniz, quldur olub cəmiyyətə yalnız şiddətlə hökm etmənin xəyalini qurar. Bu da bəzi romanlarda oxuduğumuz qədər asan olmadığından, ümumiyyətlə siyasətə girilər, ən zalım partiyaya qaçılır. Ağılımızı ayaq altına alırmışıq, nə əhəmiyyəti var, deyilmi? Beləcə dünyaya hökm edə bildikdən sonra.. İçimdə zülmlə əlaqədar şirin xəyallar tapırdım. Alber Kamyu
Fəzilətli olmaq üçün hər kəs özündə kifayət qədər güc tapa bilər. Bunu qətiyyətli şəkildə istəmək lazımdır. Bundan sonra isə vicdan əzabı çəkilən şeyləri etməmək çox asan olacaq. Denis Fonvizin
Fikirləşmək asan, tətbiq etmək çətindir. Bundan da çətin olanı isə insanın öz düşündüklərini həyata keçirməsidir. Yohann Volfqanq Göte
Həddindən artıq asan uğur, təəccüb harayları – şöhrətin az ömürlülüyünün əlamətidir; kəndirbazla şairin uğuruna eyni qiymət vermək olmaz. Onore de Balzak
Həm düşmənlərin, həm də dostların xətrinə dəyirlər, çünki birinciləri incitmək asan, ikinciləri incitmək isə xoşdur. Aristotel
Hər kəsin quldur ola biləcəyini düşünən kimsə, kisəsindəki incini asan asan oğurlatmaz. Sədi Şirazi
Hər şeydən asan əsasında ağıllı dəlillər dayanan partiyanı məhv etməkdir. Lyuk de Klapye Vovenarq
Həyat yalnız başqalarından söhbət getdikdə asan görünür. Con Norman
Həyatda başqalarının müsibətinə “can yandırmaqdan” daha asan bir şey yoxdur. Uilyam Somerset Moem
Həyatın tamaşa, insanların aktyor olduğu iddia olunan böyük dünyamızda sevilmək nifrət sahibi olmaq qədər asan deyil. Andrea Boçelli
Hökmdar bir keyfiyyəti şirdən və durnadan, dörd keyfiyyəti xoruzdan, beşini qarğadan, altısını itdən və üçünü isə eşşəkdən almalıdır. O, şirdən böyük və kiçik olmasından asılı olmayan ən müxtəlif məsələləri həll etməyə daima hazır olmağı öyrənməlidir. O, durnadan hisslərini idarə etməyi, qoyulan məsələni həll etmək üçün düzgün yer və vaxt seçməyi öyrənməlidir. O, xoruzdan dörd şeyi öyrənməlidir: vaxtında durmağı, döyüş ruhuna malik olmağı, müttəfiqlər və tabeliyində olanlar arasında məsuliyyəti müəyyən etməyi və döyüşdən sonra həzz almağı. O, qarğadan beş şeyi mənimsəməlidir: başqalarından gizli intim münasibətdə olmağı, gizli hərəkətləri necə etməyi, düşməni necə gözləməyi və zərərsizləşdirməyi, soyuqqanlı olmağı və hər şeyə qarşı inamsızlığı. İtin insana da xas olan altı üstünlüyü var: daha çoxa malik olma arzusu, aza qane olma bacarığı, dərin yuxu, asan oyanma, yiyəsinə sadiqlik və cəsarət. O, eşşəkdən üç şeyi öyrənməlidir: ağırlığından asılı olmayaraq yük daşımağı, istiyə və soyuğa dözməyi, həmçinin yolun nə qədər uzun və yorucu olmasından asılı olmayaraq razı qalmağı. Bütün bu iyirmi keyfiyyəti özündə cəm edə bilən uzaqgörən insan bütün düşmənlərini məğlub edəcək, özü isə məğlub olmayacaq. Çanakya
Hökmranlıq etməyi öyrənmək asan, idarə etmək çətindir. Horatsi
İnsanla yalnız o zaman asan yaşamaq mümkündür ki, nə özünü ondan yüksək və yaxşı, nə də onu özündən yüksək və yaxşı hesab etməyəsən. Lev Tolstoy
İnsanlar nə üçün adi-gündəlik həyatda daha çox həqiqəti söyləyirlər? Ona görə yox ki, kimsə Allah deyilən bir qüvvə yalanı qadağan edir. Ona görə ki, əvvəlan bu daha asandır, ikincisi ona görə ki, yalan demək fantaziya, yaradıcılıq və yaddaş tələb edir. Bir də ona görə ki, adi münasibətlərdə sözün düzünü demək, birbaşa demək daha sərfəlidir: mən bunu istəyirəm mən bunu etmişəm və bu kimi; deməli, açıq istək və məqsəd, iradə yolu hiylə yoluna nisbətən daha etibarlı olur. Əgər bir uşaq ailədə başqa cür tərbiyə görürsə, o yalana alışır və istər-istəməz öz xeyrinə olanı deyir. Həqiqət duyğusu, yalana qarşı müqavimət onun üçün tamamilə yabançı və əlçatmaz bir şeyə çevrilir və o, günahsızcasına yalan danışmaqla ömür sürür. Fridrix Nitsşe
İnsanlar sənətimin mənə çox asan bir şəkildə gəldiyini düşünərək böyük səhv edirlər. Heç kim bəstəkarlığa mənim qədər zamanını və düşüncələrini həsr etməmişdir. Keçmişdən indiyə qədər yaşamış heç bir böyük bəstəkar olmasın ki, onun əsərlərini dəfələrlə calışmış olmayım. Volfqanq Amadey Motsart
İşlərin asan olar, olsan tamahdan azad, Qənaətə başladın, ev-eşik oldu abad! Qabusnamə
Nəyisə gerçək ölçülərinə bərabər böyük çəkin. Kiçik şəkillərdə bütün böyük zəifliklər asan gizlənər. Böyüklərdə isə ən kiçik zəifliklər belə asan görülər. Leon Battista Alberti
Özünüzü tanımaq asan bir iş deyil. İnsanlar tez-tez öz yaxşı tərəflərini şişirdər, zəif cəhətlərini bağışlayar və zəif cəhətlərini güclü olaraq qiymətləndirərlər. Den Syaopin
Paris əbədidir və hər kəs, kim orada yaşayıbsa onu özünəməxsus şəkildə xatırlayır. Biz hər zaman ora qayıdırıq, kimliyimizdən və onun nəqədər dəyişməsindən, ona yetişməyin nə qədər çətin və asan olmasından asılı olmayaraq. Paris buna layiqdir və sən ona nə vermisənsə, artıqlaması ilı geri alırsan. O keçmiş kasıb və xoşbəxt olduğumuz günlərdə də Pais belə idi. Ernest Heminquey