Avropa xalqları ailəsini bəşəriyyətin sabit bir hissəsi əvəzinə təkmilləşən nə etdi? Onlarda, mövcud olduqda səbəb kimi deyil, nəticə olaraq mövcud olan heç bir üstün mükəmməllik yoxdur; lakin onların əlamətdar xarakter və mədəniyyət müxtəlifliyi. Fərdlər, siniflər, millətlər bir-birindən son dərəcə fərqli idilər: onlar hər biri dəyərli bir şeyə aparan çox müxtəlif yollar açdılar; və hər dövrdə müxtəlif yollarda səyahət edənlər bir-birlərinə qarşı dözümsüzlük göstərsələr də və qalanların hamısı öz yolu ilə getməyə məcbur edilsəydi, bunu əla bir şey hesab edərdilər, lakin onların bir-birinin inkişafına mane olmaq cəhdləri nadir hallarda baş verirdi. Hər hansı bir daimi uğur və hər biri digərlərinin təklif etdiyi yaxşılığı almaq üçün vaxt keçdikcə dözdü. Avropa mənim fikrimcə mütərəqqi və çoxşaxəli inkişafı üçün bu yolların çoxluğuna tamamilə borcludur. Lakin o, artıq bu faydanı xeyli az dərəcədə əldə etməyə başlayır. O, qətiyyətlə bütün insanları eyniləşdirmək kimi Çin idealına doğru irəliləyir. Con Stüart Mill
Bədənim zəifləyib, taqətdən düşmüşəm, elə arıqlamışam ki, tanınmalı halım qalmayıb. Bilmirəm, əyin-baş, pul, ərzaq göndərməyə ehtiyac varmı... Yenə də cəhd edin.[1]Osip Mandelştam
Bəlkə çoxumuz fikir vermirik, ancaq Nimet Başın açıqlaması ilə bu ölkədə yeni dövr başladı. Bir inqilab baş verdi. İlk dəfə əskər sorğulandı və ən əsası bundan sonra dövlət çevirilişinə cəhd edənlərə mesaj yollandı: yoldaşlar, etsəz cavabını verərsiz. Sizdən soruşmaq istərdim. Bundan 10 il əvvəl bu cür komissiya qurula bilərdi və orada suallar verilə bilərdi mi? Nə vaxt bu sualı versəm "Susurluk Komissiyası" yadıma düşür. Komandirlər "Bizi nə haqla çağırırsız?" deyə dəvətnamələri geri qaytardıqları günləri xatırlayıram. Məmməd Əli Birand[2]
Bir-birinə iki əks vəziyyət insanları avaraçılığa sövq edir: onlardan biri malik olduğumuza görə kifayətləndiyimiz səmimi sakitlikdir, ikincisi isə məmnunluğu hiss etməyə imkan verməyən doymaz şəhvətdir. Arzusu, istəyi olmayanla istədiyini ala bilmədiyini bilən eyni tərzdə hərəkətsiz olur. Hərəkət etmək üçün bir şeyə cəhd etmək və ona nail olmaq lazımdır. Jan Jak Russo
Bir məşuqənin ən böyük üstünlüyü ondan ibarətdir ki, onunla istənilən mövzuda danışa bilərsiniz. Xanımınızla məşuqənizin çatışmazlıqlarını danışmağa cəhd edə bilərsinizzmi? Qabriel Laub
Bir proyekt ortaya çıxaranda başlanğıcda səhvlər edə bilərsiniz, əhəmiyyətli olan səhvlərinizi müdafiə etmək yerinə tez bir zamanda düzəldə bilməyə çalışmaqdır. Stiv Cobs
Bir tam halında fəaliyyət göstərə bilməyən ictimai sistemin ayrı-ayrı daxili qurumları nə qədər cəhd göstərsə də, cəmiyyətin inersiyasından xilas ola bilmir. Tur Xander
Birisi ilə mübahisə edəndə çalış ki, sözlərin yumşaq olsun, dəlillərin möhkəm. Rəqibini susdurmağa yox, inandırmağa cəhd et![3]Con Uilks
Böyük ağılın şöhrətpərəstliyi ən yaxşı halda neqativdir. O mübarizə aparır, çalışır, yaradır ona görə yox ki, üstünlüyə cəhd edir, ona görə ki, özünü üstün hiss edir, üstələnməsinə isə dözə bilmir. Edqar Allan Po
Bu dünyanı Tanrı yaratdısa, onun yerində olmaq istəməm doğrusu. Çünki, dünyanın səfaləti ürəyimi parçalar. Yaradıcı bir ruh düşünülsə, yaratdığı şeyi göstərərək ona belə qışqırmaq haqqımızdır: "Bu qədər bədbəxtliyi və bu kədəri ortaya çıxarmaq uğruna, heçliyin səssizliyini və tərpənməzliyini pozmağa necə cəhd etdin?" Artur Şopenhauer
Cəhd et halal süd əmmiş bakirə qız al, anasının xasiyyətlərini də unutma. Mir Möhsün Nəvvab
Cəhd eylə o kəslərlə çalış, badəni qaldır, İnsan kimi zövq artıra məstanələr içrə. Əliağa Vahid
Cənnətə getmək üçün komanda yığın və kömür götürmək üçün cəhənnəmdə iki saat yarım dayanmağa cəhd edin. Əgər hansısa bir it oğlu sahildə qalmaycaqsa, mənə lənət olsun. Mark Tven
Çoxalma gücünün təyinatı növləri qorumaqdır. Çünki uzun ömürlüyə cəhd ilahidən gələn bir tələbatdır. Amma bu tələbat bir fərd kimi mövcud ola bilməsə də, növün mövcudluğunu davam etdirməyə qadirdir və növü saxlamaq üçün müəyyən bir güc onun ardınca gələn fərdi əvəz edir. Beləliklə, əlverişli şərait fərddə, çoxalma qüvvəsi isə növdə parçalanan şeyləri əvəz edir. İbn Sina
Dostlarla münasibətdə onlara bacardıqları şeyi etməyi məsləhət gör, ədəbi gözləyərək onları xeyirxahlığa apar, müvəffəqiyyət qazanmaq ümidi olmayan yerdə hərəkət etməyə cəhd etmə. Özünü alçaldıcı vəziyyətə salma. Konfutsi
Dostluq elə bir müqəddəs, şirin, möhkəm və daimi bir hisdir ki, əgər pul borc almağı xahiş etməyə cəhd etməsən, onu bütün ömrü boyu saxlamaq olar. Mark Tven
Düşməninə etibar edən, hər an yıxılmaq ehtimalı olan, ağacın budaqlarında yuxulamağa cəhd edənə bənzəyir. Çanakya
Ədalətin təbiəti tələb edir ki, mükafat və cəzada cidd-cəhd birtərəfli olmasın, haqsızlığa yol verilməsin, artıq-əskiklik baş verməsin, üzr gətirilməsin. Nəsirəddin Tusi
Əgər böyük insan olmaq istəyirsənsə, kimisə tərifləməməli, aldatmamalı, ölkənin əsl hədəfini bilməli və bu hədəfə can atmalısan. Hamı sənə qarşı olacaq, hər kəs səni dayandırmağa cəhd edəcək. Amma sən bunlara qarşı olacaqsan. Onlar sənə qarşı saysız-hesabsız maneələr yaradacaqlar. Sən bu maneələri heç kimdən kömək almadan, özünü böyük yox, miskin, zəif, köməksiz hesab edərək, yalnız özünə inanaraq dəf edəcəksən. Əgər bundan sonra sənə böyük insan desələr, sən onlara güləcəksən. Mustafa Kamal Atatürk
Əgər Tanrı məfhumunu tamamilə bir kənara qoyub, sivilizasiyanın bütün prinsip və qaydalarının, sadəcə, insanlar tərəfindən qoyulduğunu bəri başdan qəbul etsəydik, məhz onda həqiqətən də böyük üstünlük qazanacaqdıq. Çünki o zaman bütün bu əmr və qadağalar süni müqəddəslikdən təmizlənəcək və indiki kimi sərt, amansız və dəyişdirilməsi qeyri-mümkün olmayacaqdı. Beləliklə insanlar bu qayda- qanunların onları ram etmək üçün deyil, sevdiklərinin arxasınca getmələrinə kömək etmək üçün qoyulduğunu başa düşəcəkdilər. Nəticə etibarilə, bu qaydalara daha səmimi və isti münasibət bəsləyəcək və onları qüvvədən salmaq əvəzinə bir az da inkişaf etdirməyə cəhd göstərəcəkdilər. Ziqmund Freyd
Əlinizin çatmadığı hüdudlardan kənarda olan şəri aradan götürməyə cəhd etməyin, yoxsa həm vaxt itirəcəksiniz, həm də nüfuzdan düşəcəksiniz. Teodor Ruzvelt
Ən böyük səhvimiz, çox tez təslim olmağımızdadır. Uğura gedən ən düzgün yol isə hər dəfə yenidən cəhd etməkdən keçir. Tomas Edison
Hazıra nazil ol, amma ondan da yaxşısına cəhd elə. Sokrat
Heç bir halda düşmənlərinizlə hesablaşmağa cəhd etməyin. Unutmayın ki, bu davranışla siz onlara yox, özünüzə daha çox zərər yetirə bilərsiniz. Deyl Karnegi
Heç nə bilməyib öyrənmyə də cəhd etmək istəməyən çox pis insandır. Çünki, onda iki qüsur birləşib. Platon
Hesabını verə bilməyəcəyiniz işlər etməyə cəhd etməyin.. Çünki o biri tərəfdə qab-qacaq yudurtmullar. İlhan Bərk
Həqiqət və Biliyi hakim etməyə cəhd edənlər allahların gülüşünə səbəb olacaq. Albert Eynşteyn
Hər bir şeydən özünü saxlamağa cəhd göstərmək lazımdır. Bu cəhdlərdən ən çətini isə dili saxlamaqdır. O ən lazımlıdır. Lev Tolstoy
İlk atlama atlama deyil (Buraxılan ilk cəhd əslində sayılmır, qollarınızı yuvarlayıb yenidən cəhd etməlisiniz.) Haiti atalar sozləri
İnsan məcbur olduğu üçün (ciddi olaraq) ən yüksək çatmağa cəhd göstərirsə və istəyəndə də (zarafat olsun deyə) ən aşağıya enirsə, ancaq o vaxt çox yönlüdür. Yohann Volfqanq Göte
İnsanın hamının diqqət mərkəzində olmağa cəhd etməsi ən böyük fəlakətdir. Maksim Qorki
İnsanlar arasından ən pis insan cəhd göstərməyən insandır. Abay Kunanbayev
Qadın kişinin ruhunu oyatmalı, xoş ehtiraslar alovlanlandırmalı, kişinin yüksək və böyük işlərə cəhd etmək hissini gücləndirməlidir. Qadının təyinatı məhz budur və o, böyük və müqəddəs bir təyinatdır. Vissarion Belinski
Mən valyuta bazarında heç bir tərəddüd etmədən spekulyasiya edirdim, hərçənd ki, həmişə iddia edirəm ki, onların dayanıqlığını təmin etmək lazımdır. Mütləq iki anlayışı fərqləndirmək lazımdır: bazarın iştirakçısı və vətəndaş. Siz bazarın iştirakçısı olanda qaydalara əsasən oynayırsınız. Amma vətəndaş ikən siz mütləq mükəmməl olmayan (naqis) sistemi dəyişməyə cəhd etməlisiniz. Corc Soros
Sevdirməyə cəhd etmə özünü, sevilməyə tərk et. Çarlz Bukovski
Sənin üçün nəyin yaxşı, nəyin pis olduğunu yalnız sən tapa bilərsən. O zaman bütün hərəkətlərinin içindən keçən fərqindəlik ipini tut, həyatında heç bir nifrət, heç bir hirs, heç bir qısqanclıq tapa bilməyəcəksən. Ona görə yox ki, bunlardan vazkeçdin, ona görə yox ki, onları sakitləşdirdin, ona görə yox ki, bir şəkildə onlardan qurtuldun, ona görə yox ki, onlara qarşı nəsə etməyə cəhd etdin. Xeyr, heç bir şey etmədin, onlara toxunmadın belə. Fərqindəliyin gözəlliyi budur: Əsla bir şeyi sakitləşdirməz, amma fərqindəliyin işığında sanki əriyən və dəyişən şeylər vardır. Və daha sağlam, daha bütün, daha dərin, daha qüvvətli hala gələn şeylər vardır: sevgi, mərhəmət, yaxşılıq, dostluq, anlayış. Oşo