Yoxsul
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Aclığı yoxsul çəkər. Azərbaycan atalar sözləri/A
- Ağız açma namərdə!
Ürəyində dərd, yaşa
Sən İnsansan! Əyilmə!
Yoxsul yaşa, Mərd yaşa! Xəlil Rza Ulutürk - Allah hökmdarı dilənçi, dilənçini hökmdar, yoxsulu varlı,varlını isə yoxsul etməyə qadirdir. Çanakya/Hökmdar
B
redaktə- Başaq yığmaqla varlı olmazsan, qonağı yedirtməklə - yoxsul. Fin atalar sözləri
- Bəy don geydi, hamı dedi: mübarək olsun, Yoxsul geydi, hamı dedi: hardan gətirdin?! Azərbaycan atalar sözləri/B
- Bir insan təxəyyülünün — əgər onu əvvəlcə təxəyyülü tanıyıbsa — bu qadınınkı kimi, balaca bir çöhrənin arxasına nələr sığışdıra biləcəyini anlayırdım; halbuki əksini də görürdüm: adi bir formada tanış olunubsa, bunca təxəyyül dolu varlığın maddi, hər cür dəyərdən yoxsul, səfil ünsürlərə parçalandığını da görürdüm. Mən, mənə görə, fahişəxanada iyirmi frankdan artıq dəyərə sahib olan, məndən isə sadəcə iyirmi frank qazanmaq istəyən bu qadın adlanan məxluqun, əgər başlanğıcda sirli, marağa səbəb olacaq, qavranılması, əldə edilməsi qəliz bir varlıq kimi xəyal edilsə, bir milyon frankdan artıq, qibtə ediləcək bütün mövqelərdən yüksək, hətta ailə sevgisindən də artıq dəyəri ola biləcəyini anlayırdım. Şübhəsiz, Robertlə mən eyni uzun çöhrəni görürdük. Amma bu çöhrəyə əsla kəsişməyəcək iki əks yoldan çatmışdıq və əsla eyni üzü görməyəcəkdik. Marsel Prust
- Bir yoxsul qürbətdə şah olsa əgər
Hər axşam o, vətən deyib ah çəkər. Əssar Təbrizi
- Bütün kilsələrin əsas vəzifəsi xoşbəxtliyin yer üzündə yox, göylərdə, özgəsi üçün məşəqqətli işdə çalışmasının savab iş olmasını yoxsul insanlara təqlid etməkdən ibarət olub. Maksim Qorki
C
redaktə- Cəmiyyəti xoşbəxt, xalqı isə hətta öz acınacaqlı vəziyyətindən də razı salmaq üçün gərək böyük əksəriyyət cahil və yoxsul olsun. Bilik bizim arzularımızı genişləndirib artırır, odur ki, insanların arzusu nə qədər azdırsa, onun tələbatı da bir o qədər asanlıqla təmin edilə bilər. Karl Marks
Ç
redaktə- Çarəsiz birini sevmək, yoxsul və xarici birini sevmək, qardaş sevgisinin ilk addımıdır. Erix Fromm
- Çoxuşaqlı yoxsul qocalıqda varlanacaq. Madaqaskar atalar sözləri
D
redaktə- Dünyanın ən yoxsul insanı puldan başqa heç nəyi olmayandır. Artur Şopenhauer
- Düşünəndə ki, uşaqlarım mənim dilimi, bunun ardınca da düşüncələrimi, arzularımı, səylərimi, yoxsul təbiətimə, doğma xalqıma, küləşli kəndimə yaxşımı, pismi, xidmət etdiyim vətənimə məhəbbətimi anlamayacaqlar, məni dəhşət bürüyür.[1] Vladimir Koralenko
Ə
redaktə- Əfəndim, məni incitməyin. Bu, məşhur qatillərin və aktyorların qismətidir. Mənim isə işləməyə vaxtım yoxdur. Amma yenə də dərc edə bilərsiniz. Budur mənim tərcümeyi-halım: "Nobel - yoxsul və yarımcan bir varlıq. Üstünlüyü: dırnaqlarını təmiz saxlayır və heç kimə yük olmur. Çatışmamazlıqları: ailəsiz, böyük səbrin yiyəsi, sağlamlığı zəif, amma iştahası yaxşı. Yeganə arzusu: diri-diri basdırılmamaq. Ən böyük günahı: var-dövlətə həris olmaması. Məgər, bu bir insan üçün bəs eləməz? Alfred Nobel
- Ən yoxsul insan əlində olanı istifadə etməyi bilməyəndir. Pyer Büast
- Ən varlı adam qənaətcil, ən yoxsul adam isə xəsis adamdır. Nikola Şamfor
H
redaktə- Heç bir igid yoxsul olmasın. Azərbaycan atalar sözləri/H
X
redaktə- Xalqın yaxşı yaşadığı millətlər yoxsul, xalqın adətən yoxsul olduğu millətlər varlıdırlar. Karl Marks
İ
redaktə- İnsan bəxt və taleyə varlı olanda deyil, yoxsul olanda inanır. Devid Star Cordan
K
redaktə- Kasıb adam yoxsul olmaqdan qorxmur. Puştu atalar sözləri
- Kim məsləhətləşsə peşman olmaz və kim də orta həddi gözləsə, yoxsul olmaz. Məhəmməd
- Kübar və zəngin qadınlar üçün bağban yalnız bağban, bənna isə yalnız bənnadır. Nisbətən yoxsul və sadə yaşayan qadınlar üçün isə bağban da, bənna da əsl kişilərdilər. Jan de Labrüyer
Q
redaktə- Qənaətə riayyət edən yoxsul olmaz. Məhəmməd peyğəmbər
- Qocaları yoxsul bilmə, bay bil. Oğuznamə
- Qüsursuz xarakterə malik olan hökmdar, hətta yoxsul vətəndaşlarını belə xoşbəxt edə bilir. Zəif xarakterli hökmdar isə zəngin və varlı insanların loyal münasibətinə nail olacaq. Çanakya
M
redaktə- Müasir cəmiyyətdə heç nəyə inanmayan varlı adamlar əxlaqdan məhrum yoxsul qadınlardan daha təhlükəlidirlər. Corc Bernard Şou
N
redaktə- Nədənsə insanlar varlı və şöhrətli adamla rastlaşdıqda nəzakətli olur, lakin sevinmirlər. Yoxsul və məzlum adamla rastlaşdıqda isə sevinir, lakin nəzakətli olmurlar. Fransua de Laroşfuko
O
redaktə- O, havayı pul almağı sevmirdi. Çörəyini vicdanla qazanmaq fikri ona böyük zövq verirdi, amma yoxsul olduğundan, həzzdən imtina etmək onun cibinə görə deyildi. Çarlz Dikkens
P
redaktə- Pul qazanın və qazandığınız pulu yenə pul qazanmaq üçün istifadə edin. Büdcənizə girdiyi andan etibarən pul artıq sizin işçinizdir. Onu necə istifadə etdiyinizə bağlı olaraq zəngin ya da yoxsul ola bilərsiniz. Pulunuzu investisiya vasitələrinə yatırın və qoy siz yatarkən belə pulunuz sizin üçün işləsin. Robert Kiyosaki
R
redaktə- Rəhimsiz gözəllik nə üçün yaradılmışdır?.. Yalnız yoxsul qızların həyatını şikəst etmək, ürəklərini qırmaq üçün!. Rəşad Nuri Güntəkin
S
redaktə- Sanki ölüm bizim üçün yox, başqaları üçün yazılmışdır. Sanki gördüyümüz bu ölülər elə bir yerə gedirlər ki, tezliklə dönüb qayıdacaqlar. Onları qəbirlərə qoyuruq; miraslarını yeyirik. Bütün öyüdləri unutmuşuq, hər bir bəlanı arxaya atmışıq. Bizi kökümüzdən qoparacaq bəlalara göz yummuşuq. Xoş o şəxsin halına ki, təkəbbürdən uzaqdır, qazancını tər-təmiz bir hala gətirmişdir, xasiyyətini gözəlləşdirmişdir, var-dövlətinin artığını yoxsullara paylamışdır, bihudə sözlər danışmaqdan uzaqdır, şərini insanlardan uzaqlaşdırır; sünnət ona ağır gəlmir, bidətə mənsub deyildir. Əli
- Səbri olmayanlar nə qədər də yoxsuldurlar. Uilyam Şekspir
- Səfalətin elə bir dərəcəsi var ki, yoxsul oraya düşəndə artıq hissiz qalır, nə zülmdən şikayət, nə mərhəmətə təşəkkür edir. Viktor Hüqo
- Sən yoxsul olanda dostların, övladların, arvadın, qohumların səni tərk edəcəklər. Amma sənin var-dövlətin olan kimi, onlar geri dönəcəklər. Var-dövlət bu dünyada canlı varlığın əsl dostudur. Çanakya
Ş
redaktə- Şərab yoxsulları fantaziyalarla zənginləşdirir, əslində isə varlıları yoxsul edir. Platon
T
redaktə- Tək canımla varlı və dəbdəbəli həyat sürməkdənsə, arvadımla birgə yoxsul yaşamağı üstün tuturam. Artur Bullard
V
redaktə- Varlı düyüsünü satar, yoxsul - balasını. Vyetnam atalar sözləri
- Varlı və əsilli olmaq yadları da yaxınlaşdırar, yoxsul və bədəsil olmaq qohumları da uzaqlaşdırar. Yapon atalar sözləri
- Varlı üçün yoxsul qohum, yad kimidir. Madaqaskar atalar sözləri
Y
redaktə- Yoxsul arpa tapar, saxlamağa yer tapmaz. Azərbaycan atalar sözləri/Y
- Yoxsul çox şey istər, həris isə hər şeyi. Sir Publili
- Yoxsul da olsan, varlı da olsan, arzularına çatmaq üçün fədakarlıq göstərməlisən. Çarlz Marden
- Yoxsul oduna da yoxsul, suya da yoxsul?! Azərbaycan atalar sözləri/Y
- Yoxsul ola-ola paxıl olmayan şəxslər şərəfli insanlardır. Jan de Labrüyer
- Yoxsul oldu, yolsuz olmadı. Əfqan atalar sözləri
- Yoxsul öz vilayətində qəribdir. Azərbaycan atalar sözləri/Y
- Yoxsul varlandıqca ağıllanar, varlı yoxsullaşdıqca sərsəmləyər. Fin atalar sözləri
- Yoxsul yaşayıb varlı ölən nadandır. Ərəb atalar sözləri
- Yoxsulam, doğrudur. Amma pula məndən çox ehtiyacı olanlar var. 20 ildir, eyni şalvarı və ayaqqabıları geyinirəm. Məncə, mömin müsəlman belə davranmalıdır. Çünki din, dil, irq ayrı-seçkiliyi etmədən insanlara xidmət etmək ən böyük cihaddır. Əbdül Səttar Ədhi
- Yoxsulların nifrət etdikləri bir şey varsa, o da digər yoxsullardır. Müriel Barberi
- Yoxsulluq və zənginlik – ehtiyac və bolluq anlayışlarını ifadə edən sözlər. Kimin ki ehtiyacı var – o zəngin deyil, kimin ki ehtiyacı yoxdur – o yoxsul deyil. Demokrit
- Yoxsulun dili gödək olar. Azərbaycan atalar sözləri/Y
- Yoxsulun evində dəmir tapılmaz, itinin adını gümüş qoyar. Azərbaycan atalar sözləri/Y
Z
redaktə- Zəngin sadə yaşamalıdır ki, yoxsul sağ qala bilsin. Mahatma Qandi
İstinadlar
redaktə- ↑ Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.