Münasib
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
C
redaktə- Cinsiyyət orqanlarını kişilərin daha rahat yaşamalarına xidmət edən odun parçası kimi görməyi rədd edən qadınları aktiv, pozğun, həyasız və yaxud lezbiyan olma təhlükəsi gözləyir. Lezbiyan bədəni adi qadın bədəninə nisbətən daha təhlükəli və cazibədardır, çünki bu bədən avtoerotizmə və klitordan gələn zövqə qarşı daha həssas olub, özünü doğrultmaq üçün daha münasibdir. Ziqmund Freyd
Ç
redaktə- Çox danışmamalı, başqasının sözünü yarımçıq kəsməməli, başqasının nağıl etdiyi hekayət və rəvayəti bilirsə, bunu üzə vurmamalı və onun danışıb qurtarmasına imkan yaratmalıdır. Başqasından soruşulana cavab verməməli, ümumidən edilən sualda camaatı qabaqlayıb hövləki irəli düşməməlidir. Biri cavab verməklə məşğul isə, daha qabil cavab verməyə qadir olsa da, səbr etməli, o, sözünü qurtardıqdan sonra öz cavabını verməlidir, lakin əvvəlkinə tənə etməməlidir. Onun yanında iki adam söhbət edirsə qarışmamalı, ondan gizlidirsə gizlin qulaq asmamalıdır; özləri müraciət etməsələr söhbətə qoşulmamalıdır. Böyüklərlə danışarkən kinayə işlətməməli, nə bərkdən, nə yavaşdan, mülayim səslə sözünü deməlidir. Danışdığı məsələ qəlizdirsə, aydın misallarla izah etməyə çalışmalıdır, başqa hallarda qısa və yığcam danışmalıdır. Yabançı kəlmələr işlətməməli, qondarma ibarələr düzəltməməli, ona deyilənlərə axıra qədər qulaq asmamış cavab verməməli, deyəcəyi fikri beynində bişirməmiş dilinə gətirməməli, ehtiyac olmadan sözü təkrar etməməlidir; ehtiyac üzündən təkrar lazım olduqda tərəddüd göstərməməlidir. Nalayiq sözlər işlətməməli, dilini söyüşə öyrətməməli, zərurət üzündən ayıb kəlməyə ehtiyac yarandıqda onu obrazlı, məcazi ibarələrlə anlatmalı, şux və zərif ifadələrdən qaçmamalı, hər məclisə münasib danışmağı bacarmalıdır. Söz vaxtı əl-qolunu işə salmamalı, qaş-gözünü oynatmamalıdır. Belə hərəkətləri yalnız danışılan əhvalat tələb etdikdə nəzakətli və gözəl bir tərzdə göstərmək olar. Yalan, doğru üstündə məclisdə höcət etməməli; yalvar-yaxar təsir etməyən adama yalvarmamalı, münaqişə və mübahisədə rəqibin haqlı olduğunu gördükdə üstünlüyü ona verməlidir. Avam, uşaq, arvad, divanə və sərxoş adamların söhbətindən bacardıqca uzaq gəzməlidir. Başa düşməyən adama incə və üstüörtülü söz deməməli, danışıqda nəzakətli olmalı, heç kəsin işini, sözünü, hərəkətini pis şəkildə ona buna çatdırmamalı, qorxulu şayiələr yaymamalıdır. Nəsirəddin Tusi
D
redaktə- Düşməni öz çiynində daşımaq olar. Amma münasib vaxt gələndə onu cəzalandırmaq, məhv etmək lazımdır. Çanakya
G
redaktə- Gəlin əvvəlcə insan olaq, amerikalı isə sonra, daha münasib vaxtda olarıq. Henri Toro
H
redaktə- Həyat həmişə hərəkət etmək üçün münasib vaxtı gözləyir. Paulo Koelyo
İ
redaktə- İnsanlar müharibəyə başlayarkən, gözlənilməsi daha münasib olduğu halda, dərhal hərəkətə keçirlər və uğursuzluğa düçar olandan sonra mülahizələrə müraciət edirlər. Fukidid
- İnvestorun vəzifəsi münasib qiymətə, fəaliyyəti başa düşülən və gəliri 5-20 ildən sonra əhəmiyyətli dərəcədə artacaq bir şirkətin payını əldə etməkdir. Uorren Baffett
- İt dişi donuz dərisinə münasibdir. Oğuznamə
Q
redaktə- Qolfda qəfil uğur qəfil sərvət əldə etmək kimidir. Xarakteri narahat etməyə və pisləşdirməyə münasibdir. Vudhaus Pelam Qrenvill
M
redaktə- Müasir ideyalar həmişə münasibdir. Mustafa Kamal Atatürk
N
redaktə- Nizam (səliqə) ona deyilir ki, nəfsi işləri lazım olduğu şəkildə tərtib edib nizama sala, ən əlverişli və münasib surətdə saxlamağı özünə adət edə. Nəsirəddin Tusi
S
redaktə- Siz deyirsiniz ki, mən kiminsə fikirlərimi açıqlamasını istəyirəm. Ancaq bilməlisiniz ki, böyük olan şey mütləq qaranlıqdır. [...] Açıqlana bilən... mənim qayğıma dəyməz. Qədimlərin ən müdrikləri o qədər də aydın olmayanı təlimat üçün ən münasib hesab edirdilər, çünki bu, bacarıqları hərəkətə gətirir. Uilyam Bleyk
U
redaktə- Uzun illər keçdi, amma dünən kimi xatırlayıram. Mən çox gənc idim, məndə bir zəka illüziyası var idi. İnsan hər şeyə nail ola bilərdi. Buna görə də özümü ölçüb-biçmədiyim qədər tədqiqatlara cəlb etmişdim. Çox kitab oxumaq mənim üçün kifayət etmədiyi üçün gecənin yarısını ən mücərrəd suallar üzərində düşünərək keçirirdim. Çox güclü depressiya məni dayanmağa məcbur etdi; daha çox yorulmuş beynim üçün şirnikləndiricilərlə dolu şəhəri tərk edib ucqar bir Umbrian çölünə sığındım. Mən özümü demək olar ki, vegetativ həyata salmışdım. Bir az oxudum, dua etdim, may ayında çiçəklənən kəndin ortasında bol-bol gəzdim, qırmızı xaşxaşlarla örtülmüş qalın yaşıl əkinləri, kanallar boyunca uzanan qovaq sıralarını, mavi dağları seyr etdim. Dinc insanlar tarlalarda və fermalarda çalışırdılar. Bir axşam, daha doğrusu, bir gecə yatmağı gözləyərkən, çəmənlikdə oturaraq, yaxınlıqdakı bəzi kəndlilərin sakit söhbətlərinə qulaq asırdım. Onlar çox sadə şeylər deyirdilər, lakin adətən başqa təbəqələrə aid insanlar kimi vulqar və ya qeyri-ciddi deyildilər. Bizim əkinçimiz nadir hallarda danışır və münasib, məntiqli, bəzən də müdrik sözlər söyləyir. Nəhayət, onlar susdular, elə bil italyan gecəsinin aysız, lakin ulduzlarla dolu sakit və təntənəli əzəməti o sadə ruhlara sirli bir sehr vurmuşdu. Qoca bir kəndlinin, kobud zahiri görkəmi sükutu pozdu, amma sehri yox, otun üstündə uzanıb gözlərini ulduzlara çevirərək, demək olar ki, dərin bir ilhama tabe olaraq qışqırdı: «Necə də gözəldir! Yenə də Allah yoxdur deyənlər var”. Yenə deyirəm, o yerdəki qoca əkinçinin o cümləsini, o saat: aylarca davam edən çox quru araşdırmalardan sonra ruhuma o qədər toxundu ki, sadə səhnəni dünənki kimi xatırlayıram. Üç min il əvvəl müdrik bir yəhudi peyğəmbəri elan etmişdi: "Göylər Allahın izzətini elan edir". Müasir dövrün ən məşhur filosoflarından biri yazırdı: “İki şey qəlbimi heyranlıq və ehtiramla doldurur: başımdakı ulduzlu səma və qəlbimdəki əxlaq qanunu”. O Umbrialı kəndli hətta oxumağı da bilmirdi. Amma onun ruhunda dürüst və zəhmətkeş bir həyatla qorunan, peyğəmbərlərinkindən çox da aşağı olmayan və bəlkə də filosoflardən daha üstün olan Allahın nurunun endiyi qısa bir künc var idi. Enriko Fermi