Çox danışmamalı, başqasının sözünü yarımçıq kəsməməli, başqasının nağıl etdiyi hekayət və rəvayəti bilirsə, bunu üzə vurmamalı və onun danışıb qurtarmasına imkan yaratmalıdır. Başqasından soruşulana cavab verməməli, ümumidən edilən sualdacamaatı qabaqlayıb hövləki irəli düşməməlidir. Biri cavab verməklə məşğul isə, daha qabil cavab verməyə qadir olsa da, səbr etməli, o, sözünü qurtardıqdan sonra öz cavabını verməlidir, lakin əvvəlkinə tənə etməməlidir. Onun yanında iki adamsöhbət edirsə qarışmamalı, ondan gizlidirsə gizlin qulaq asmamalıdır; özləri müraciət etməsələr söhbətə qoşulmamalıdır. Böyüklərlə danışarkən kinayə işlətməməli, nə bərkdən, nə yavaşdan, mülayimsəsləsözünü deməlidir. Danışdığı məsələqəlizdirsə, aydınmisallarla izah etməyə çalışmalıdır, başqa hallarda qısa və yığcam danışmalıdır. Yabançıkəlmələr işlətməməli, qondarmaibarələr düzəltməməli, ona deyilənlərə axıra qədər qulaq asmamış cavab verməməli, deyəcəyi fikri beynində bişirməmiş dilinə gətirməməli, ehtiyac olmadan sözü təkrar etməməlidir; ehtiyac üzündən təkrar lazım olduqda tərəddüd göstərməməlidir. Nalayiq sözlər işlətməməli, dilinisöyüşə öyrətməməli, zərurət üzündən ayıb kəlməyə ehtiyac yarandıqda onu obrazlı, məcazi ibarələrlə anlatmalı, şux və zərififadələrdən qaçmamalı, hər məclisəmünasib danışmağı bacarmalıdır. Söz vaxtı əl-qolunu işə salmamalı, qaş-gözünü oynatmamalıdır. Belə hərəkətləri yalnız danışılan əhvalattələb etdikdə nəzakətli və gözəl bir tərzdə göstərmək olar. Yalan, doğru üstündə məclisdə höcət etməməli; yalvar-yaxar təsir etməyən adama yalvarmamalı, münaqişə və mübahisədərəqibin haqlı olduğunu gördükdə üstünlüyü ona verməlidir. Avam, uşaq, arvad, divanə və sərxoşadamların söhbətindən bacardıqca uzaq gəzməlidir. Başa düşməyən adama incə və üstüörtülü söz deməməli, danışıqda nəzakətli olmalı, heç kəsin işini, sözünü, hərəkətini pis şəkildə ona buna çatdırmamalı, qorxulu şayiələr yaymamalıdır. Nəsirəddin Tusi
Romanlarda yazılanların bədii əsər, bəstə olduğunu bildiyimiz halda niyə oxuyuruq! Söylənənlərin doğru olmadığını, müəllifin yaşamadığını bilirik və hər şeyə rəğmən yenə də bu uydurmaların təsirinə düşür, həyəcanlanır, əzab çəkir, ağlayır və ya sevinirik. …Romanda rəvayət edilənlərin əslində yaşanıb-yaşaılmaması önəmli deyil, önəmli olan odur ki, bizi belə olduğuna inandırsın. Əziz Nesin