Aciz, köməksiz insanlar maraqlı xüsusiyyətə malikdirlər. Onlar milçəklərin qonduğu havayı bal kimidir. Onlara heç kim heç nə vermir, amma onlardan çox şey alırlar. Mülayim, güzəştə gedən, şəxsi mənfəət güdməyən insan həmişə kütlənin qurbanı olur. İnsanlar onların xeyirxahlığını və acizliyini uzaqdan hiss edirlər. Teodor Drayzer
Amerikada Prezident dörd il hökmranlıq edir və jurnalistika əbədi olaraq idarə edir. Xoşbəxtlikdən, Amerikada jurnalistika öz nüfuzunu ən kobud və ən qəddar ifrat həddə çatdırdı. Təbii nəticə olaraq o, üsyan ruhu yaratmağa başlayıb, insanlar öz xasiyyətlərinə uyğun olaraq bundan əylənir və ya ondan iyrənirlər. lakin o, artıq real qüvvə deyil. Ciddi müalicə olunmur. İngiltərədə jurnalistika, bir neçə tanınmış hal istisna olmaqla, bu qədər vəhşilik həddinə çatdırılmamış, hələ də böyük amil, diqqətəlayiq gücdür. İnsanların şəxsi həyatı üzərində tətbiq etməyi təklif etdiyi tiranlıq mənə olduqca qeyri-adi görünür. Oskar Uayld
Bəzən belə olur ki, tale iki şəxsi ayırır - yalnız ona görə ki, onların bir-birilərinə nə qədər lazımlı olduqlarını göstərsin. Paulo Koelyo
Biz dünyanın yaradılışını Rəbbin adı ilə bağlaya bilərik, lakin o şəxsi olmayan Rəbb olacaq. Fizika qanunlarında heç bir şəxsi xüsusiyyət yoxdur. Stiven Hokinq
Biz öz xarakterimizi yaxşıdımı, adamların hörməti varmı, fərqi yoxdur. Şəxsi mülkiyyətimiz kimi qiymətləndiririk. Əgər bizdə münasibətlər yaxşıdırsa, başqalarının da xarakterini beləcə qiymətləndirməliyik. Epikür
Böyük dünyəvi hadisələr, inqilablar və s. siyasi partiyalar tərəfindən həyata keçirilir... Partiya ümumi məqsədləri həyata keçirdiyi halda, partiyadan kənarda olanlar öz xüsusi, şəxsi mənafelərini güdürlər... Partiya öz əsas məqsədinə çatan kimi onun hər bir üzvü də öz şəxsi mənafeyi qeydinə qalmağa başlayır, bununla da o, öz həmkarları ilə ziddiyyətə girmiş olur və partiyada parçalanma baş verir, bu da daha böyük hərc-mərcliyə səbəb olur... İctimai fəaliyyətlə məşğul olanların çox az hissəsi yalnız öz ölkəsinin mənafeyi haqqında düşünür. Bencamin Franklin
Digər insanlar öz səhvlərindən utanırlar. Mənim üçün isə şəxsi səhvlərimi dərk etmək - qürur mənbəyidir. Corc Soros
Düşməndən şəxsi faydanız üçün necə istifadə etmək lazım olduğunu bilin. Sizi yaralaya biləcək qılıncın tiyəsindən yox, dəstəyindən yapışmağı öyrənmək lazımdır - bu, özünüzü müdafiə etməyə imkan verəcək. Müdrik öz düşmənlərindən daha çox fayda alar, nəinki axmaq öz dostlarından. [1]Baltazar Qrasian
Əgər ətrafındakılar özlərini itirib səni haqsız yerə ittiham etdikləri zaman sən soyuqqanlığını qoruya bilirsən, Əgər hər kəs səndən şübhələndiyi halda sən onların bu şübhələrini təmkin ilə qarşılaya bilir, fəqət şəxsinə olan inamını itirməzsən, Əgər gözləməyi bilir və gözləməkdən usanmazsan və ya barəndə yalanlar uydurub sənin ləkəməyini istədiklərində sən də yalan və iftiraya baş vurmazsan, yaxud sənə nifrət edənlərə sən də nifrət etməzsən, nə çox gözəl, nə də çox ağıllı görünməyə çalışmazsan, Əgər xəyal qura bilir, fəqət xəyallarının əsiri olmazsan, Əgər zəfər və fəlakətlə üz-üzə gəldiyində bu iki saxtakarı eyni fərasətlə qarşılaya bilir, nə kibrlənir, nə də məyus olmazsan, Əgər doğru sözlərin hiyləgərlər tərəfindən təhrif edilib axmaqları aldadan bir tələ halına çevrilməsinə səbr edə bilirsən, yaxud ömrünü və gəncliyini adadığın şeylərin bir anda tənəzzülünü gördüyündə köhnə alətlərlə onları yenidən inşa edə bilirsən, Əgər cahillərlə ünsiyyət edərkən şəxsi xarakterini qoruya bilirsən və ya krallarla dostlaşdığında qürurlanıb mənliyini itirməzsən, Əgər hər kəsə dəyər verib, hörmət edib, fəqət həddən ziyadə güvənməzsən, Əgər bir daha geri dönməyəcək olan altmış saniyəni insanlığa faydalı işlərə sərf edə bilərsən, Məhz o vaxt dünya və içindəki hər şey sənindir, hətta sən o zaman iki adamsan. Redyard Kiplinq
Əgər həyatımızın bütün məqsədi şəxsi xoşbəxtliyimizdən, şəxsi xoşbəxtliyimiz isə yalnız bir sevgidən ibarət olsaydı, o zaman həyat həqiqətən boz səhraya bənzəyərdi... Amma, eşq olsun əbədi idraka, qayğıçəkən ilahi qüvvəyə! İnsanın daxili aləmindən başqa tarixi düşüncə və ictimai fəaliyyət kimi böyük aləmi də var. Vissarion Belinski
Hamı istər ictimai, istər şəxsi həyatda və hər kəs özü-özü ilə müharibədədir. Platon
Həqiqəti görən, lakin xalqın gözündəki dəyərini və populyarlığını qorumağa çalışan siyasətçi kimi, mənlik ilə reallıq arasında sıxılıb qalan eqo da yaltaqlıq, şəxsi mənafeni güdmə və yalançılıq yolunu seçir. Ziqmund Freyd
Hər insanın yaddaşı onun şəxsi kitabxanasıdır. Oldos Haksli
Hərbi xidmət üçün intizamsızlıqdan pis şey yoxdur; çünki bir ordunun digəri üzərində üstünlüyünü silah-sürsatın və şəxsi heyətin sayından çox intizam verir. [2]Corc Vaşinqton
Həyatda şərəflə şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər kəs özü üçün seçir. Heydər Əliyev
Həyatımı Məsihə verəndən sonra öyrəndiyim ən gözəl şey budur ki, Məsihçilik daxildə yaşamaq istəyini yalnız yaradıb ruhlandırmır; amma bu Məsihçilik həmçinin şəxsi, canlı və həqiqidir... Məsihçi olmaq yaşayan və nəfəs alan Allahı tanımaqdır. Mişel Akers
İnsan işə tamamilə ciddi yanaşmırsa, yəni yediyi bir parça çörəyi öz şəxsi əməyi ilə qazanmırsa, xoşbəxt ola bilməz. Dmitri Pisarev
İnsanı ancaq iki şeylə yerindən tərpətmək olar - qorxu və şəxsi maraq. Napoleon Bonapart
İnsanın öz dünyasını genişləndirməsi təkcə öz şəxsi həyatı sayəsində deyil, həm də başqa insanların yaşantılarını da öz dünyasına qatması sayəsində mümkün olur. Əbu Turxan
İnsanların əksəriyyətinin hərəkətini müəyyən edən yalnız onların şəxsi təmannasıdır.[3]Ezop
İnsanların xoşbəxtliyi, rifahı birbaşa hökmdarın xoşbəxtliyindən, rifahından asılıdır. Hökmdar şəxsi mənafeyini güdməməli, vətəndaşların ehtiyaclarını ödəməyə çalışmalıdır. Çanakya
Rəssamın intim arzuları və fantaziyaları yalnız transformasiya yolu ilə incəsənət əsərlərinə çevrilir, bu arzularda ədəbsiz olanlar yumşalır, onların şəxsi mənşəyi maskalanır və gözəllik qaydalarına riayət olunması nəticəsində başqa insanlara zövqün cazibədar payı təklif olunur. Ziqmund Freyd
Şəxsi həkimlər, pristavlar və qadın bərbərləri şəxsi həyata müdaxilə etmək hüququna malikdirlər. Anton Çexov
Şəxsi həyat formalaşdırılmır, sadəcə özünü tanımasını təmin edir.[4]Epiktet
Şəxsi xoşbəxtliyi yalnız hamının xoşbəxtliyində tapmaq olar. Tomas Hobbs
Şəxsi miskinliyimə haqq qazandırmaq üçün mən yan-yörəmi əslində olduğundan güclü təsvir edirəm. Əlbəttə ki, bu yalandır. Mən axı hüquqşünasam, buna görə şərdən qaça bilmərəm. Frans Kafka
Şəxsi ləyaqəti haqqında çox danışan adamlar, adətən daha az fəzilətli olurlar. Cəvahirləl Nehru
Şəxsi təcrübə - həyatda ən xeyirli şeydir. Valter Skott
Şəxsi və dini inanclarımı əsas götürərək abortları qəbuledilməz doğuşa nəzarət forması hesab edirəm. Bundan əlavə, insan həyatının, doğulmamışların həyatı da daxil olmaqla, müqəddəs olduğuna dair şəxsi inancımla, hüdudsuz abort və ya tələbə görə abort təbliğini müdafiə edə bilmərəm. Çünki, şübhəsiz ki, doğulmamış uşaqların da qanunla tanınan, Birləşmiş Millətlər Təşkilatının təsdiq etdiyi prinsiplərlə tanınan hüquqları vardır. Riçard Nikson