A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • ...Türk dili saraydan tutmuş yüksək rütbəli və mötəbər şəxslərin evlərinə kimi yayılmış və nəticədə elə olmuşdur ki, şahın hörmətini qazanmaq istəyən hər kəs bu dildə danışır. İndi iş o yerə çatmışdır ki, başı bədəni üçün dəyərli olan hər kəs üçün türk dilini bilməmək suç sayılır. Türk dili bütün şərq dillərindan asandır. Türkcənin danışıq tərzindəki vüqar və əzəmət onun sarayda və səltənət qəsrində yeganə danışıq dili olmasına gətirib çıxarmışdır.[1] Engelbert Kempfer
  • Əgər Allah olmasaydı, insan bu qədər dəyərli ola bilərdimi? Bu mənim bu gün bildiyim yeganə səmimi məsələdir. Alber Kamyu
  • Ən dərində yerləşən xəzinələr belə, bir qadının sevgisinə tutulmuş bir kişinin hiss etdiyi duyğu qədər dəyərli deyil. Tomas Midlton
  • Ən dəyərli kitablar insanı çox düşündürən kitablardır.[2] Teodor Parker
  • Heç sevmədiyi halda niyə həmişə dəyərli olur çıxıb gedən və niyə heç düşünmədən təslim olur qəlbin o səni heç sevməmişkən. Pablo Neruda
  • Hekayə danışmaq məharəti, mövzuya aid olmayan hər cür şeylərə özünüzün ən dəyərli fikirlərinizi ifadə edənə qədər dinləyicilərin bilmək istədiklərini gizlətməkdir. Yaxşı bir hekayə şəkəri zahirdə yox, daxildə olan acı bir həbə bənzəyir. O.Henri
  • Hər səhər oyandığında özünə bunları deməyi unutma: Bu gün də oyandığım üçün şanslıyam, dəyərli həyatım var və bu həyatı boş keçirməyəcəyəm, bütün enerjimi özümü inkişaf etdirmək, qəlbimlə başqalarına çatmaq, hər kəsin yaxşılığını təmin edəcək şəkildə maariflənmək üçün istifadə edəcəyəm. Başqalarına qarşı xoş niyyətli olacağam, onlara qəzəblənməyəcək və haqlarında pis düşünməyəcəm. Tenzin Gyatso
  • Həyatda çox vaxt səhv edərək, bizə dəyərli olanları itiririk. Yadların xoşuna gəlməyə çalışırkən, doğmalara yad düşürük. Bizə layiq olmayanları bəzən ucaldır, ən sadiqlərə isə arxa dönürük. Bizi ən çox sevənlərin qəlbinə dəyir, özümüz isə üzürlər gözləyirik. Ömər Xəyyam
  • Həyatda dəyərli heç nə yoxdur: təbii ki, həyatın özünü hesaba almasaq. Maksim Qorki
  • Həyatımız qısa, vaxtımız məhdud olduğu üçün yalnıız dəyərli kitabları oxumalıyıq. Yeqor Rozen
  • Həyatın heç bir dəyəri olmadığını anladım, amma onu da anladım ki, heç bir şey həyat qədər dəyərli deyil. Andre Malro
  • Həyatınızda yalnız bir dəfə, həqiqətən inanıram ki, dünyanızı tamamilə dəyişdirə biləcək birini tapacaqsınız. Siz ona heç vaxt başqa bir ruhla paylaşmadığınız şeyləri ona danışırsınız və o, dediyiniz hər şeyi dinləyir və əslində daha çox eşitmək istəyir. Siz gələcəyə olan ümidləri, heç vaxt gerçəkləşməyəcək arzuları, heç vaxt əldə olunmayan məqsədləri və həyatın sizə atdığı çoxlu məyusluqları onula paylaşırsınız. Möhtəşəm bir şey baş verəndə, həyəcanınıza şərik olacağını bilə-bilə bu barədə ona danışmaq üçün səbirsizlənirsiniz. İncidildiyiniz zaman sizinlə ağlamaqdan və ya özünüzü axmaq etdiyiniz zaman sizinlə gülməkdən utanmır. Heç vaxt hisslərinizi incitməz və ya kifayət qədər yaxşı olmadığınızı hiss etdirmir, əksinə o sizi inkişaf etdirir və sizi xüsusi və hətta gözəl edən şeyləri sizə göstərir. Heç vaxt heç bir təzyiq, qısqanclıq və ya rəqabət yoxdur, ancaq o yanında olduqda bir rahatlıq duyursan. Siz özünüz ola bilərsiniz və sizin haqqınızda nə düşünəcəyi barədə narahat olmayın, çünki o sizi olduğunuz kimi sevir. Bir not, mahnı və ya gəzinti kimi insanların əksəriyyəti üçün əhəmiyyətsiz görünən şeylər, əbədi olaraq əzizləmək üçün ürəyinizdə qorunan əvəzolunmaz xəzinələrə çevrilir. Uşaqlığınızın xatirələri geri qayıdır və o qədər aydın və canlıdır ki, yenidən gənc olmaq kimidir. Rənglər daha parlaq görünür. Əvvəllər nə olduğunu bilmədiyiniz gülüş gündəlik həyatın bir hissəsi kimi görünür. Gün ərzində bir və ya iki telefon zəngi uzun bir iş günündən keçməyinizə kömək edir və həmişə üzünüzdə təbəssüm yaradır. Onun hüzurunda davamlı söhbətə ehtiyac yoxdur, ancaq siz onun yanında olmaqdan kifayət qədər razı olduğunuzu görürsünüz. Əvvəllər sizi heç maraqlandırmayan şeylər valehedici olur, çünki bilirsiniz ki, sizin üçün çox xüsusi olan bu insan üçün vacibdir. Hər fürsətdə və etdiyiniz hər şeydə bu insanı düşünürsünüz. Sadə şeylər onu solğun mavi səma, mülayim külək və ya hətta üfüqdə fırtınalı bulud kimi xatırladır. Bir gün qırılma şansının olduğunu bilə-bilə ürəyini açırsan və ürəyini açarkən heç vaxt arzulamadığın bir sevgi və sevinc yaşayırsan. Həssas olmağın ürəyinizə əsl həzzi hiss etməsinə imkan verməyin yeganə yolu olduğunu görürsünüz. Əsl dostunuz və bəlkə də sona qədər sadiq qalacaq bir can yoldaşınız olduğunu bilməklə güc tapırsınız. Həyat tamamilə fərqli, həyəcanlı və dəyərli görünür. Yeganə ümidiniz və təhlükəsizliyiniz onun həyatınızın bir parçası olduğunu bilməkdir. Bob Marli
  • Kitab oxumağın bizə öyrətdiyi əsas şey çox az kitabın oxunmaq üçün dəyərli olmasıdır. Henri Luis Manken
  • Kitablar dəyərli başların abidələridir. Uilyam Davenant
  • Məktəbin, müəllimlərin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza dəyərli vətəndaşlar hazırlamaqdır. Heydər Əliyev
  • Mənəvi cəsarət; İnsanın ən dəyərli, lakin ən az tapılan bir fəzilətidir. Corc Patton
  • Nə qədər dəyərli olduğumuzu düşünmək əvəzinə, necə dəyərli ola biləcəyimizə qərar vermək lazımdır. Frensis Skott Fitscerald
  • Niyə itirənlər, itirilənlərin itirilmədən əvvəl itiriləməyəcək qədər dəyərli olduğunu anlamırlar? Əziz Nesin
  • Ölüm var ki, həyat qədər dəyərli,həyat var ki, ölümdən də zəhərli.[3] Hüseyn Cavid
  • Özü ilə mübarizə apara bilən insan ən dəyərli insandır. Robert Brovninq
  • Özümü sevəndən sonra anladım ki, ağılım məni təəsüfləndirə bilər və bundan xəstələnə bilərəm. Amma onu ürəyimlə birləşdirəndən sonra, mənim ağılım mənim dəyərli ortağıma çevrildi. Bu gün bilirəm ki, buna — Ürək müdrüklüyü deyilir. Çarli Çaplin
  • Siz bəlanı nemət, asayiş və rifahı isə müsibət hesab etməyincə əsla mömin olmazsınız. Çünki bəla və çətinliyə səbr etmək asayiş və rahatlıq içərisində qəflətdə olmaqdan daha dəyərli və üstündür.[4] İmam Kazım
  • Unutma, heç kim unudulmayacaq qədər sonsuz və sonsuzadək seviləcək qədər dəyərli deyil əslində. Adam Faver
  • Uşaqlar sizə bəxş olunmuş İlahi hədiyyədir, hər hansı bir əşya və ya xəzinə deyil. O, Allah tərəfindən bizə bəxş olunan ən böyük, ən dəyərli əmanətdir. Allah dəyərli qonağını dünyada sizin evinizdə məskunlaşdırdı. O, körpəni qorumağınız üçün qəlbinizə elə bir duyğu yerləşdirdi ki, lazım olduğu zaman düşünmədən canınızı belə, uğrunda fəda edə bilərsiniz. Öz malınızı yox, Allahın əmanətini qoruyursunuz. Allahdan əmanət almaq böyük bir şərəfdir. Məhəmməd Bozdağ
  • Üzr istəmək – o demək deyil ki, sən haqsızsan, qarşındakı haqlı. Bu, sizin münasibətinizin başqa şeylərdən daha dəyərli olduğunu göstərir. Erix Mariya Remark
  • Vaxt insanın sərf edə biləcəyi ən dəyərli şeydir. Teofrast
  • Ya dəyərli bir şey yaz, ya da yazmağa dəyər bir şey et. Bencamin Franklin
  • Ya sus, ya da susmaqdan daha dəyərli bir söz de. Pifaqor

İstinadlar

redaktə
  1. Azərbaycan tarixi üzrə qaynaqlar (tərtibçi: S. Əliyarlı), Bakı,2007, səh. 169-170
  2. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.256
  3. Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.
  4. Camiul-Əxbar, səh.313, hədis 870