A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bəzi hiyləgərlər daha ağılsız arvad seçirlər ki, onlara rəhbərlik etsinlər və həmişə yanılırlar. Samuel Conson
  • Bir ağılsıza ağıl verməkdən Qaf dağını iynə ilə un etmək yaxşıdır. (Qaf - Qafqaz). Türkmən atalar sözləri
  • Bir neçə cür adamdan uzaqlaş. Ara vuruşduran, ağılsız, zatən alçaq, yalançı, qumarbaz, sərxoş və ümumiyyətlə pis əməllərdən qorxmayıb, onu özünə peşə edənlərdən. Mir Möhsün Nəvvab
  • Böyük ağıl yiyəsi olan adam ağılsıza oxşayar. Yapon atalar sözləri
  • Bütün bütpərəstlər içində özünə sitayiş edən insandan ağılsız insan yoxdur. Pyer Büast
  • Cəsarətin qəzəbin köməyinə ehtiyacı yoxdur.Çünki, onun özü hər cür müqavimətə qarşı öyrədilib, hazırlanıb və silahlanıb.Başqa cür desək, cəsarətə sərxoşluq da, ağılsızlıq da faydalıdır.Çünki, sərxoşlar da, ağılsızlar da gücləri ilə fərqlənirlər. Mark Tulli Siseron
  • Dadsız aşa duz neyləsin, ağılsız başa söz neyləsin. Azərbaycan atalar sözləri/D
  • Deyən ağılsız olsa, dinləyən ağıllı gərək. Azərbaycan atalar sözləri/D
  • Diogen meydanda fəlsəfi nitq söyləyərkən insanların onu dinləmədiklərini görmüş və buna görə də onların diqqətini cəlb etmək üçün quş səsləri çıxarmışdır. O zaman hamı susub onu dinləməyə başlamış və bunun qarşılığında Diogenes onlara demişdir: “Bu da sizin ağlınız. Mən ağıllı şeylər haqqında danışanda məni dinləmədiniz, indi isə ağılsız quşun səslərini çıxardıram, siz də ağzıaçıq məni eşitməyə başladınız".[3] Sinoplu Diogen
  • Ehtiyatlı sərkərdə ağılsız sərkərdədən yaxşıdır. Oktavian Avqust
  • Hər ağılsıza heyran olacaq başqa bir ağılsız tapılar. Fransız atalar sözləri
  • Hər şeyə əsəbiləşən, boş yerə hay-küy salaninsan ya lovğadır, ya da ağılsız. Aleksandr Pop
  • Həyatda müvəffəqiyyətli olmaq üçün ağılsız görünməli, amma ağıllı olmalıyıq. Şarl Lui Monteskyö
  • Hünərsiz ağıl qadınlara, ağılsız hünər heyvanlara xasdır. Hind atalar sözləri
  • İki halda insanın özünü idarə etməsi çətin olur: ehtirasa qapılan və ağılsız adamlarla danışan zaman. Nasir Xosrov
  • İnsan bəzən şübhə etməli, bəzən qəti inanmalı, bəzən isə hamı tərəfindən qəbul olunanlara itaət etməlidir. Yalnız ağılsız adam buna əməl etməz. İnsanlar bir çox hallarda bu qaydanı pozurlar, sübutun nə olduğunu bilməyə-bilməyə, guya sübut olunmuş hər şeyə inanmırlar, yaxud hər şeyə şübhə ilə yanaşırlar, çünki başa düşmürlər ki, sübut olunmuş şeylərə nə vaxt itaət etmək lazımdır, yaxud hər şeyə itaət edirlər, çünki bilmirlər ki, hansı hallarda öz başlarını işlətməlidirlər. Blez Paskal
  • İnsanlar günah etməkdən yox, peşmançılıqdan, ağılsız hərəkətlərdən yox, ağıllanmaqdan, hörmətə layiq və ağıllı həyat yaşamaqdan utanırlar. Daniel Defo
  • Quşlar nə istədiklərini bilməyən, yazıq, ağılsız məxluqlardır. Qəfəsdən qaçana qədər kədər içində qıvrılırlar. Ancaq, elə bilirsiniz, azadlıqda xoşbəxt olurlar? Rəşad Nuri Güntəkin
  • Mənə qohum varlıqlara zərər verməməyi özümə borc bilirəm. Bu, onların ağılsız olmaları ilə yox, hiss edən varlıqlar olması ilə əlaqədardır. Jan Jak Russo
  • Real həyat, necə varsa, mənə xəyal kimi görünməyə başladı. Amma indi ən ağılsız fantaziyalar nəinki gündəlik həyatımın mənasını təşkil etməyə başladı, hətta onlar mənim üçün yeganə və dəyişməz bir varlıq oldular. Edqar Allan Po
  • Sevgi həyatın üzüdür; amma, ağılsız, əzablı və ölən həyatın yox, xoşbəxt və sonsuz həyatın. Lev Tolstoy
  • Sevgililər yaxşı geyinmək barədə düşünərək çox ağılsız olurlar. Qadın sevimli kişinin yanında olanda o, kişinin geyimi barədə yox, tamamilə başqa şey barəsində düşünür. Stendal
  • Səhv etmək insana xas olan bir əlamətdir. Yalnız ağılsız insan səhvini etiraf etməkdə inadkarlıq göstərir. Jül Vern
  • Sən kiməsə yaxşılıq və ya pislik etdin və bu yaxşılıq bəhrə verdisə, sən niyə ağılsız bir insan kimi etdiyin yaxşılığa görə əlavə olaraq tərif də gözləyirsən? Mark Avreli
  • Silah qorxaqda, rəhbərlik ağılsızda olsa işlər pozular. Əbu Bəkr
  • Sizin nəzəriyyəniz ağılsız bir nəzəriyyədir, amma həqiqət olması üçün kifayət qədər ağılsız deyil. Nils Bor
  • Təcrübə məktəbində təhsil haqqı yüksəkdir; amma ağılsızlara bir şey öyrədə bilən başqa bir məktəb də yoxdur. Conatan Svift
  • Üç cür dost var: birincisi qida qədər ehtiyac duyduğumuz ağıllı dost, ikincisi, adamı xəstəlik qədər bezdirən ağılsız dost, üçüncüsü, adama dərman kimi, şəfa verən bilikli dost.[4] Frensis Marion
  • Vicdanın səsi ilə hərəkət etmək ağlın səsi ilə hərəkət etməkdən rahatdır. Çünki, pis nəticədə vicdan həmişə özünə bəraət qazana və təskinlik tapa bilər. Ona görə də vicdanlı insanlar çox, ağılsız insanlar isə azdır. Fridrix Nitsşe
  • Yaxşı ürəkli ağılsız bir axmaq, pis ürəkli ağıllı axmaqlar qədər bədbəxtdir. Bilinən bir gerçək bu - mən yaxşı ürəkli, ağılsız axmağın biriyəm. Sən də ağıllı, pis ürəkli bir axmaqsan. İkimiz də bədbəxtik, ikimiz də acı çəkirik. Fyodor Dostoyevski

İstinadlar

redaktə
  1. Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.
  2. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.15
  3. Aydın Əlizadə. Antik fəlsəfə tarixi. Bakı,2016. səh.103
  4. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.90