A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

B redaktə

  • Bəzən bitmək bilməyən dərdlər yağış olur üstünə yağır. Amma unutma ki, rəngarəng göy qurşağı da yağışdan sonra çıxır. Mövlana Cəlaləddin Rumi
  • Bir yağış yağsa da, birlikdə islansaq. Turqut Uyar

D redaktə

  • Da­mı yax­şı dö­şən­mə­miş evə ya­ğış ne­cə da­mır­sa, yax­şı iş­lə­mə­yən ağı­la da ta­mah elə­cə da­mır. Dham­ma­pa­da

Ə redaktə

G redaktə

X redaktə

İ redaktə

  • İki nəfər eyni pəncərədən baxırdı. Biri yalnız yağış və çirk görürdü. Digəri isə yaşıl yarpaqların canlanmasını, baharın gəlişini, mavi səmanı və ağacların nəfəs almasını sezə bilirdi. Ömər Xəyyam
  • İri yağış tez kəsər. Adıgey atalar sözləri

K redaktə

Q redaktə

O redaktə

Ö redaktə

  • Ölmək üçün doğulmuşdur insan, ona görə də hər yağış sonrası torpaq qoxusunu sevər. Lev Tolstoy

P redaktə

S redaktə

Ş redaktə

  • Şam çadırımdakı cansızların kölgəsini necə də dirildib. Yanımdan dinməzcə burulub keçən çayın sakitliyini lilli suda toqquşan daşlar pozur. Su hey qalxır, qalxır, dalğaları çadırımın ətəyini yalayacaq qədər yaxınlaşır. Bu aramsız yağan yağış - göylərin göz yaşı... Göylərin dərdi necə də böyükdür. Göy gurultusu - elə bil göydəki nizam sökülür. Nə sakitliyinə sakitlik, nə də səsinə səs çatmaz, göylər! Sən bizi göz yaşlarınla qarşıladın! Səndən başqa mənim üzümü göz yaşları ilə kim islatdı? Qoy taleyim küsməsin, bu sözümü elə belə dedim. Vüsalı şirin olsa da, belə həsrətə dözmək çətin olardı. Xudu Məmmədov

T redaktə

  • Tamahkar insanın ürəyi yağış gözləyən okeana bənzəyir. Pyer Büast
  • Tanrılardan nə yağış istə, nə vedrə: allahlar belə işlərə qarışmırlar. Pifaqor

Y redaktə

  • Yaxşı əməl sahibləri bir-birləri ilə rastlaşanda zahirdə bir-birlərinə məhəbbət göstərməsələr belə, onların qəlbləri yağış suyunun çayların suyu ilə qarışması kimi sürətlə bir-biri ilə üns tutarlar. Pis əməl sahibləri isə bir-birləri ilə qarşılaşanda zahirdə məhəbbət göstərsələr də qəlbləri bir-birilə üns tutmaqdan uzaqdır. Uzun bir müddət bir axurdan ot yesələr belə bir-birinə məhəbbət bəsləməkdən uzaq olan dördayaqlılar kimi.[2] Cəfər Sadiq
  • Yağış ilə yer göyərər, alqış ilə ər öyünər. Azərbaycan atalar sözləri/Y
  • Yağış kəsəndən sonra da ağaclardan damcılayar. Malayal atalar sözləri
  • Yağış suyunda qum olmaz, atalar sözündə - yalan. Monqol atalar sözləri
  • Yağış yağan kimi kiçicik bir yağış damlasında boğulurlar. Şarl de Qoll
  • Yağış yağmazdan qabaq külək qalxar. Aşanti atalar sözləri
  • Yağışı sevdiyini söyləyirsən, amma yağış yağınca çətiri açırsan, günəşi sevdiyini söyləyirsən, amma günəş çıxanda kölgəyə qaçırsan, küləyi sevdiyini söyləyirsən külək başlayanda pəncərəni örtürsən. Bax bundan qorxuram, çünki məni də sevdiyini söyləyirsən. Uilyam Şekspir
  • Yağışdan çıxdıq, yağmura düşdük. Azərbaycan atalar sözləri/Y
  • Yağışdan qaçan doluya düşər. Azərbaycan atalar sözləri/Y
  • Yalnız yağış yağanda sevirəm bu şəhərin insanlarını; Hər kəsin üzü yaş, başları aşağı, hər kəs mənim həmişə olduğum kimi. Ceyhun Yılmaz
  • Yaman gündə təsəlli - quraqlıqda yağış kimidir. Xindi atalar sözləri

İstinadlar redaktə