Atom indi daha yeni, radioaktivlik xətti boyunca öyrənilir və bir çox hallarda aktiv şüalanmanın davam etdiyi aydın olur. Bu kəşfin hara aparacağını söyləmək mümkün deyil, çünki radioaktiv maddələrin tədqiqi hələ başlanğıc mərhələsindədir və əslində çox az şey məlumdur. Əvvəlki fizika elminin çox hissəsi radiumun kəşfi ilə inqilab etdi və elm adamları nə qədər çox bilsələr, bizim çox böyük kəşflərin astanasında dayandığımızı (özlərinin də başa düşdüyü kimi) bir o qədər aydın olur. Alisa Beyli
Başlanğıcda qorxaq və cəsurinsan arasında demək olar ki, heç bir fərq yoxdur. Aradakı tək fərq: qorxaq qorxularını dinləyər və onların ardınca gedər. Cəsur isə qorxularını bir kənara qoyub, irəliaddım atar. Cəsur insan, bütün qorxularına rəğmən bilinməyənə addım atandır. Oşo
Bir insantəxəyyülünün — əgər onu əvvəlcə təxəyyülü tanıyıbsa — bu qadınınkı kimi, balaca bir çöhrənin arxasına nələr sığışdıra biləcəyini anlayırdım; halbuki əksini də görürdüm: adi bir formadatanış olunubsa, bunca təxəyyül dolu varlığın maddi, hər cür dəyərdənyoxsul, səfil ünsürlərə parçalandığını da görürdüm. Mən, mənə görə, fahişəxanada iyirmi frankdan artıq dəyərə sahib olan, məndən isə sadəcə iyirmi frank qazanmaq istəyən bu qadın adlanan məxluqun, əgər başlanğıcda sirli, marağa səbəb olacaq, qavranılması, əldə edilməsi qəliz bir varlıq kimi xəyal edilsə, bir milyon frankdan artıq, qibtə ediləcək bütün mövqelərdənyüksək, hətta ailəsevgisindən də artıq dəyəri ola biləcəyini anlayırdım. Şübhəsiz, Robertlə mən eyni uzun çöhrəni görürdük. Amma bu çöhrəyə əsla kəsişməyəcək iki əks yoldan çatmışdıq və əsla eyni üzü görməyəcəkdik. Marsel Prust
Bir proyekt ortaya çıxaranda başlanğıcda səhvlər edə bilərsiniz, əhəmiyyətli olan səhvlərinizi müdafiə etmək yerinə tez bir zamanda düzəldə bilməyə çalışmaqdır. Stiv Cobs
Birini sevməyə başlamaq başlı başına bir iş, bir cəhddir. Güc istər, ürək istər, korluq istər. Hətta başlanğıcda elə bir an vardır ki uçurumun üstündən sıçramaq istər; düşünməyə qalxsan aşa bilməzsən onu. Jan Pol Sartr
Ədalətin iki başlanğıcı mövcuddur: heç kəsə ziyan vurmamaq və cəmiyyətə xeyir vermək. Mark Tulli Siseron
Əgər həqiqəti axtarırsansa, sonunda rahatlıq tapa bilərsən; Rahatlıq axtarsanız, nə rahatlıq, nə də həqiqət əldə edə bilməyəcəksiniz, yalnız yumşaq sabun və başlanğıc üçün arzu və sonda ümidsizlik. Klayv Steyplz Lyuis
Əgər insan bütün şüurundan, bütün yaddaşından və məntiqi düşünmə qabiliyyətindən məhrum olsaydı, qalan şey saf və dəhşətli başlanğıc olardı. Stiven Edvin Kinq
Əgər sən özünü qəzəbə öyrətmək istəmirsənsə, hər vasitə ilə öz qəzəbini boğ və hirslənmək vərdişinin yaranmasına imkan vermə. Qəzəbə yalnız başlanğıcda qalib gəlmək olar. Ralf Uold Emerson
Əmək dünyada bütün yaxşılıqların başlanğıcı, bütün sevinclərin mənbəyidir. Maksim Qorki
Ən yaxşı strategiya - həmişə ən güclü olmaqdır; başlanğıcda ümumiyyətlə, ardınca müəyyənedici bəndlərdə... Qüvvələrini cəmləşdirmək zərurətindən uca və sadə qanun yoxdur... Qısaca birinci prinsipdə deyilir: son dərəcə konsentrasiya olunmuş şəkildə hərəkət et. Karl fon Klauzevits
Gənc yaşlarda artıq çəki yığmayın. Başlanğıcda sizin hormanlarınız bunda sizə köməkçi olacaq, lakin bu potensialı itirməyə dəyməz, inanın mənə. Culian Smit
Gizlətməyəcəyəm, səbəb gözəllik idi, amma qadınlar çox vaxt gözəlliyin yalnız başlanğıc nöqtəsi olduğunu unudurlar. Gözəlliyimizi necə və nə üçün istifadə etməyimiz vacibdir. Monika Belluçi
Heç bir ölüm əslində ölüm deyil, çünki hər ölüm yeni bir qapı açar, bir başlanğıcdır. Həyatın sonu yoxdur, yalnız yeni başlanğıclar, yenidən-doğuşlar mövcuddur. Oşo (Çandra Mohan Racniş)
Heç vaxt “çox gec” deməməlisən. Siyasətdə də heç vaxt gec deyil. Yeni bir başlanğıc üçün həmişə vaxt var. Konrad Adenauer
Hər böyük iş yalnız başlanğıcda çətin görünür. Tomas Karleyl
Hər sülh şəfəqinə həyatının başlanğıcı kimi və hər qüruba bu həyatın sonu kimi bax. Qoy bu qısa ömürlərin hər biri hansısa xeyirxah əməllə yadda qalsın. Con Reskin
Hər təsadüf bir başlanğıcdır. Finalda həmişə baş rolda sənsən. Pərdələri isə tale bağlayır. Bob Marli
Hər yeni istək yeni bir kədər üçün başlanğıcdır. Volter
Həyat, qaydaların siyahısını hazırlamaq üçün çox mürəkkəb və çox dəyişkəndir. Ağıllı seçim etməyi öyrənməliyik. İstəməklə istəmək arasında fərq qoymağı öyrənməliyik. İstəmək başlanğıc nöqtəsidir və sonra qərar verməzdən əvvəl ağıllı tənqidi araşdırma ilə məşğul olmalıyıq. Praqmatik hərəkət edərək, şeylərdən zövq almaq istəsək, əxlaqi seçim etmək üçün başqa şeyləri qurban verə biləcəyimizi başa düşürük. Con Dyui
Həyatın sonu kədərli, ortası heç nəyə yaramayan və başlanğıcı isə gülməli olur. Volter
İçkinin başlanğıcı günah, ortası sərxoşluq, sonu fəlakətdir. Xaqani Şirvani
İki variant var: özünü sonsuz dərəcə də kiçiltmək, yaxud sonsuz dərəcədə kiçik olmaq. Birinci mükəmməlikdi yəni hərəkərsizlikdir, ikincisi başlanğıcdır yəni hərəkətdir. Frans Kafka
İnsan dinin başlanğıcı, insan dinin ortası və insan dinin sonudur. Lüdviq Feyerbax
İnsan şüuruna yaradıcı başlanğıc xasdır və onun üçün həll edilməmiş istənilən problem əzabvericidir.O, hər hansı bir yarımçıq iş kimi, həyatı sağlam dərk edən bir insana rahatlıq vermir. Teodor Drayzer
Kişilərlə təcrübələrim: bəziləri çox uzun müddət tərəddüd edir, başlanğıc tapmır və sona çatmır. Digərləri dərhal başlamaq istəyir. Brijit Bardo
Komandanı olmayan zəif ordu, praktikada tətbiq edilməyən təhsil, eləcə də savadsız bir insanın başlanğıcı və ərsiz qadının həyatı uğursuzluğa məhkumdur. Çanakya
Mən dünyanı parçalaya bilərdim, amma bunu heç vaxt etməyəcəyəm. Mənim əsas məqsədim yeni hadisələri qeyd etmək və yeni tədqiqatların başlanğıc nöqtəsi olacaq ideyaları yaymaqdır. Nikola Tesla
Mən xalqın və onun öz istədiyi idarə üsulunu seçmək hüququnun tərafdarıyam. Amma sən adam öldürmək tərəfdarı olmamalısan. Lazım gələndə, sən adam öldürməlisən, amma öldürmək tərəfdarı olmamalısan. Əgər sən buna tərəfdasansan, onda hər şey lap başlanğıcdan düz deyil. Ernest Heminquey
Mən Tanrıya inanıram. Onu hər şeyin başlanğıcı, Ruh və Sevgi kimi qavrayıram. Mən ondayam, o da məndə. Hamının Tanrı kimi qəbul elədiyi İsaya dua etməsini ən böyük günah sayıram. Lev Tolstoy
Mənəvi mükəmməlliyin başlanğıc nöqtəsi hər şeydən əvvəl maddi tələbatdır. Vissarion Belinski
Mülki və hərbi cəsarət eyni başlanğıcdan qidalanır. Onore de Balzak
Peyğəmbər və Allahın elçiləri dinlə bağlı olan bütün məsələlərdə həmfikirdirlər. Budda, İsa, Məhəmməd, Zərdüşt arasında – qismən və ya əsaslı – heç bir qarşıdurma və ziddiyyət yoxdur. Əgər biz tövhid dinə uyğun gələnləri əxz edib ruhumuzla Allaha – məhəbbət, gözəllik, rəhmdillik və firavanlıq mənbəyi olan ali başlanğıca doğru yüksəlsək, (o zaman) ədavət və məşəqqətə gətirib çıxaran ixtilaflardan uzaq olarıq. Əmin ər-Reyhani
Pis başlanğıc heç vaxt yaxşı sonluğa gətirib çıxarmır. Çarlz Dikkens