Allahın qürurunda çalışan məmurları qoru. Vəfatlarından sonra ailələrinə qayğı göstər və onların ehtiyaclarını qarşıla. Təzyiq və şiddətli rəhbərliklə ümumi mülkünü artırma. I Osman
Alternativ seçərkən müdrik başçı elə variant axtarır ki, onun nəticələri risk və məsrəflərdən çox olsun. Əsl başçı ümumi rifahın xeyrinə qərar qəbul edir. Atilla
Anlamadığın, mənasını başa düşmədiyin şeyləri söy. Bu, bacarıqsızlığın ümumi bir qaydasıdır. Vissarion Belinski
Ayrı-ayrı sözlərə görə yox, onların ümumi əlaqəsinə görə mühakimə et. Mark Tulli Siseron
Bir-birinizi sevib fərqlənməyinizdən, ümumi bir şeyə sahib olub bir-birinizi başa düşməyiniz yaxşıdır. Jan Jak Russo
Bir çoxlarında dərin bir inam kök salmışdır ki, atomlara əsaslanan filosofluq şeylərin mənşəyini izah edə bilməz, ya da izah edə bilər. Bu isə, Allahı Yaradan kimi inkar etmək deməkdir. Hər iki halda onlar səhv edirlər. Çünki, materiyanın və ümumi hərəkətin tam mahiyyətini aydın izah edə biləcək heç təbii başlanğıc yoxdur. Mixail Lomonosov
Birləşmənin elə bir ümumi formasını tapmaq lazımdır ki, bu forma özünün ümumi gücü ilə hər bir üzvünün şəxsiyyətini və əmlakını müdafiə edə bilsin və qorusun və onun vasitəsi ilə hamı ilə birləşən şəxs əvvəlki kimi azad olsun və yalnız özünə itaət etsin. Jan Jak Russo
Bütün idraki (rasional) biliklər ya material biliklərdir və müəyyən obyekti öyrənir, ya da formal biliklərdir və ancaq mühakimənin forması və idrakın özü ilə və obyektlərə fərq qoymadan bütövlükdə düşüncənin ümumi qaydaları ilə məşğul olur. Formal fəlsəfə məntiq adlanır, material fəlsəfə isə müəyyən obyektlərlə və onların tabe olduqları qanunlarla məşğuldur, o da ikiyə bölünür. Çünki bu qanunlar ya təbiət qanunlarıdır, ya da azadlıq (qanunlarıdır). Birinciyə aid elmfizika adlanır, digərinə aid (elm) etikadır, onlar həm də təbiət elmləri və əxlaq elmləri adlanırlar. İmmanuel Kant
Bütün lovğaların ümumi aqibəti: gec və ya tez bir zamanda pis vəziyyətə düşmək. Uilyam Şekspir
Bütün yuxular ümumi xüsusiyyətlərə malikdir. Belə ki, onların hamısı gün ərzində cuşa gələn, amma həyata keçirilməyən arzuların biz yatanda təmin edilməsindən ibarətdir. Yuxular arzuların ən sadə və açıq şəkildə həyata reallaşdı rılmasıdır. Ziqmund Freyd
Dostluq, qarşılıqlı xoşbəxtliyə, maraqların ümumi olmasına əsaslanır. Amma elə ki, maraqlar toqquşur, o zaman dostluq pozulur:onu ancaq buludlarda axtara bilərsən. Artur Şopenhauer
Dünya nizamı özünün ölçüyəgəlməz möhtəşəmliyi, hər yerdən parlayan sonsuz rəngarəngliyi və gözəlliyi ilə bizi səssiz təəccübə gətirir. Əbədi və ciddi nizama müvafiq olaraq vahid ümumi qanundan necə gözəlliklərin, necə möhtəşəmliyin çıxdığını görəndə isə ağıl bir başqa cür heyrətlənir. İmmanuel Kant
Ehtiras ümumi insan təbiətidir. Onsuz din, tarix, sevgi və incəsənət faydasız olardı. Onore de Balzak
Elm ümumi bir sərvətdir. Ona görə də ədalət tələb edir ki, ən böyük elmi şöhrət məlum həqiqəti ilk dəfə söyləyənə yox, bu həqiqəti başqalarına inandırmağı bacarana, onun etibarlılığını göstərənə və elmdə tətbiq edənə verilməlidir. Dmitri Mendeleyev
Etika - bizim bəzi istəklərimizə ümumi əhəmiyyət vermək cəhdidir. Mark Tven
Ər arvada münasibətdə özünü üç şeydən saxlamalıdır:
Birinci, arvadının məhəbbətindən ölsə, onun eşqindən dəli-divanə olsa, sevgisindən ağlını çaşdırsa, elə etməlidir ki, arvadın xəbəri olmasın, özünü saxlaya bilməsə, eşq əlacı haqqında deyilənlərə əməl etməlidir. Hər halda, eşqini gizlətməlidir, əks təqdirdə bundan çox fəsadlar törəyə bilər.
İkinci, ümumi işlərdə arvadla məsləhətləşməməli, öz sirrini ona verməməli, malının-mayasının bir qismini ondan gizli saxlamalıdır, çünki onların belə işlərdən başı çıxmadığı üçün verəcəkləri yanlış məsləhətlər böyük zərər gətirər.
Üçüncü, arvadını nabələd qadınlarla dostlaşmağa, xüsusilə kişilərin eşqbazlıq macəralarından danışanlara qulaq asmağa qoymamalıdır. Əlbəttə, elələrini evə buraxmamalıdır. Belələri çox böyük bədbəxtliyə səbəb olarlar. Ən təhlükəlisi kişi məclislərində olmuş qarıların nağıllarıdır. Nəsirəddin Tusi
Gəzirsən, deyək ki, hamıya bildirmək istəyirsən ki, bunu və ya o biri kitabı oxumusan. Yanında, məsələn, “Hərb və sülh” adı çəkiləndə çoxbilmişcəsinə başını yırğalayırsan. Sənin kef gəlib-gəlmədiyini heç kim yoxlayası deyildi. Ümumi əhval-ruhiyyə belə idi. Unutmayın ki, köçdükdən sonra vaxtımızın çoxunu birlikdə keçirirdik, gizlincə “Hərb və sülh”ü oxumaq isə qeyri-mümkündür. Kazuo İşiquro
Gözəl həyat yoldaşı - ümumi mülk, çirkin - ərinin cəzası. Antisfen
Həqiqətlər nə qədər yüksək olarsa, bir o qədər ehtiyatlı olmaq lazımdır. Əks təqdirdə, onlar ümumi yerlərə aid olar. Ümumi yerlərə isə inanmırlar. Nikolay Qoqol
Həyatın bütün çətin və həlledilməz suallara verdiyi ümumi cavabdan başqa cavab yox idi. Cavab belə idi: “günlərin tələbinə görə yaşamaq lazımdır, yəni unutmaq. Lev Tolstoy
Qədim insanlar tacirlər və oğrular üçün ümumi bir allah müəyyən etməklə nə qədər haqlı imişlər. Aleksandr Düma (oğul)
Qocalığın tacı- ümumi hörmət və nüfuzdur.Kim ki, bu mükafatlara layiq görülübsə, mənə elə gəlir ki, o, həyat dramını axıra kimi oynayıb və son pərdədə təcrübəsiz aktyorlar kimi biabır olmayıb. Mark Tulli Siseron
Rəhbərlik etmək istəyənin ümumi mədəni səviyyəsi olmalıdır. Beləcə, Makedoniyalı İsgəndərin bütün qələbələrinin özülündə Aristoteli tapırıq. Şarl de Qoll
Sabitlik, təhlükəsizlik, əmin-amanlıq, iqtisadi inkişaf, maddi rifah - bu amillər ölkənin ümumi inkişafını təmin edir. Biz bu siyasəti bundan sonra da davam etdirəcəyik. İlham Əliyev
Sevgi bir faktorluqdur; passiv bir hadisə deyil; bir şeyin içində olmaqdır, bir şeyə qapılmaq deyil. Sevginin faktor xüsusiyyəti, ən ümumi şəkildə belə təyin oluna bilər; sevgi verməkdir, almaq deyil. Erix Fromm
Siz özünüzü bir millətdən hеsаb еdirsinizsə, özünüzün bir vətəniniz vаrdırsа, həmin millətin, həmin vətənin dərdi-qəmi sizin dərdiniz, qəminizdir və bir millət və yа vətən sizi öz üzvlərindən hеsаb еdirsə, sizin dərdiniz, qəminiz millət və vətən üçün ümumi dərd və qəm оlmаlıdır. Nəriman Nərimanov
Tanrının işi, insanlığın işi, həqiqətin işi, yaxşının işi, doğrunun işi, azadlığın işi və daha nə qədərləri. Bunların heç biri mənim işim deyil, mənim işim yalnız mənim olandır və o ümumi deyil, biricikdir, mənim kimi. Maks Ştirner
Tarix o adamları böyük adamlar hesab edir ki, onlar ümumi məqsəd üçün çalışmış, özləri isə nəcib adamlar olmuşlar. Karl Marks