Adamlara xoş gələni deyil, faydalı olanı məsləhət gör. Solon
Axmaqlıq isə ümumiyyətlə bağışlanma tələb etmir. O sanki külək kimidir, heç nədən asılı deyil. Onu olduğu kimi qəbul etmək, onun ziyanında qorunaraq və xeyrində fayda tapmağa çalışaraq yaşamaq lazımdır. Sun Dzı
Ağaclar çoxdur, lakin hamısı meyvə vermir. Meyvələr də çoxdur, lakin hamısı dadlı deyil. Elm də çoxdur, lakin hamısı faydalı deyil. İsa
Ağıl qızıldan da qiymətlidir: az tapılır, çox faydalıdır. Po Çü
Ağıldan faydalı dövlət, özünü bəyənməkdən qorxunc yalnızlıq, tədbir kimi ağıl, təqva kimi kərəm, gözəl xasiyyət kimi yaxın dost, ədəb kimi miras, qabiliyyət kimi başçı, yaxşı işlər görmək kimi alış-veriş, savab kimi iş, şübhəli şeylərdə durub çəkinmək kimi saqınmaq, haramdan özünü gözləmək kimi zahidlik, düşünmək kimi bilgi, vacibatı yerinə yetirmək kimi ibadət, utanmaq və səbr etmək kimi iman, könül mütiliyi kimi əsil-nəcabət, bilgi kimi ucalıq, helm kimi üstünlük, danışmaq kimi arxa yoxdur. Əli
Allahın elə bəndələri vardır ki, Allah onları bəndələrin faydalarına xidmət etməklə nemətləndirmişdir. Onların əllərinə nemətlər vermişdir. Onlar da o nemətləri bəndələrə ehsan edərlər. Lakin ehsan etməsələr, o nemətləri onlardan alıb başqalarına verər. Əli
Başqasının fikrinə hörmət etmək, ondan faydalı bir şey götürmək qabliyyəti hər bir adama lazımdır. Heydər Əliyev
Bilik həyatda faydalı olmaq naminə qazanılmalıdır. Frensis Bekon
Bir qəssabın çörəyə, bir çörəkçinin də ətə ehtiyacı vardır. Bu səbəblə qəssabla çörəkçinin bir-birini sevməsi üçün məntiqli bir səbəb vardır. Hər ikisi də bir-birinə faydalı olar. Bertran Rassel
Bir millət üçün faydalı olan şey o millətin təbiətinə uyğun olandır. Platon
Bizdən sonrakı nəsillərə faydalı olacaq şəkildə yaşamadıqca və onlara bir az daha görüş, düşünmə, bir az daha çox cəsarət və əxlaq sağlamlığı bıraxmaıdqca həyatdan çəkilməyin. P. Pecaut
Çox böyük ləyaqətlər insanı cəmiyyət üçün faydasız edir: bazara qızıl külçəsi ilə getmirlər, bazar üçün kağız pul, ələlxüsus da xırda pul lazımdır. Nikola Şamfor
Çox oxuyan yox, faydalı kitablar oxuyan əsl alim ola bilər. K.Aristipp.
Elm ancaq xoşniyyətli insanların əlində olanda fayda verir. Sokrat
Ey dünyanı pisləyən, qınayan, sonra da onun aldanışlarına qapılan, baş tutmayacaq işlərinə aldanan, sonra yenə də onu qınamağa başlayan! Dünyaya aldanan sən deyilmisən ki, indi onu yamanlayırsan? Dünyada günah işləyən sənsən, yoxsa odur? Dünya nə vaxt sənin yolunu azdırdı, nə vaxt səni aldatdı? Bədənləri çürüyüb dağılmış ata-babalarınlamı aldatdı səni, yoxsa torpaq altında yatan analarının məzarlarıylamı tovlatdı səni? Onlar xəstələnəndə nə qədər xidmət etdin onlara, sağalmaları üçün nə qədər çalışdın, şəfa tapmalarına arzu etdin, həkim çağırdın, çarə dilədin. Amma bu zəhmətlərin heç birinə fayda vermədi, arzuların baş tutmadı, gücünlə, qüvvətinlə onları ölümün əlindən ala bilmədin. Getdilər. Dünya onların halıyla örnək göstərdi sənə, məzarlarıyla məzarını xatırlatdı sənə. Əli
Əgər ətrafındakılar özlərini itirib səni haqsız yerə ittiham etdikləri zaman sən soyuqqanlığını qoruya bilirsən, Əgər hər kəs səndən şübhələndiyi halda sən onların bu şübhələrini təmkin ilə qarşılaya bilir, fəqət şəxsinə olan inamını itirməzsən, Əgər gözləməyi bilir və gözləməkdən usanmazsan və ya barəndə yalanlar uydurub sənin ləkəməyini istədiklərində sən də yalan və iftiraya baş vurmazsan, yaxud sənə nifrət edənlərə sən də nifrət etməzsən, nə çox gözəl, nə də çox ağıllı görünməyə çalışmazsan, Əgər xəyal qura bilir, fəqət xəyallarının əsiri olmazsan, Əgər zəfər və faləkətlə üz-üzə gəldiyində bu iki saxtakarı eyni fərasətlə qarşılaya bilir, nə kibrlənir, nə də məyus olmazsan, Əgər doğru sözlərin hiyləgərlər tərəfindən təhrif edilib axmaqları aldadan bir tələ halına çevrilməsinə səbr edə bilirsən, yaxud ömrünü və gəncliyini adadığın şeylərin bir anda tənəzzülünü gördüyündə köhnə alətlərlə onları yenidən inşa edə bilirsən, Əgər cahillərlə ünsiyyət edərkən şəxsi xarakterini qoruya bilirsən və ya krallarla dostlaşdığında qürürlanıb mənliyini itirməzsən, Əgər hər kəsə dəyər verib, hörmət edib, fəqət həddən ziyadə güvənməzsən, Əgər bir daha geri dönməyəcək olan altmış saniyəni insanlığa faydalı işlərə sərf edə bilərsən, Məhz o vaxt dünya və içindəki hər şey sənindir, hətta sən o zaman iki adamsan. Redyard Kiplinq
Əgər oruc tutan öz dilini, qulağını, gözünü, əl-ayağını, bədən üzvlərini haramlardan saxlamırsa, orucunun nə faydası var?[1]Fatimə
Əgər ölkəmə faydalı olacaq, digər ölkələri məhv edəcək bir şey bilsəm Şahzadəmə təklif etmərəm; Çünki mən öncə bir insanam, sonra bir Fransızam. Mən zəruri olaraq insan doğuldum və təsadüfən Fransız oldum. Şarl Lui Monteskyö
Ən faydalı iş cavanlıqda cavanlıqda elm öyrənmək və qocalanda öyrəndiklərini saf-çürük etməkdir. Marsel Sesiro
Heç bir kitab elə pis ola bilməz ki, onun bir faydalı hissəsi olmasın. Latın atalar sözləri
Həyatımızda ən uca, ən güclü, ən faydalı dayağımız ana ata evindən qalan xatirələrimizdir. Fyodor Dostoyevski
Hər addımınızı bir şeyə - onun xalqa verdiyi fayda ilə ölçün. Urbana Dominik
Hər şeydən əvvəl yaxşı yaşa. Sırf təsadüfən bu dünyaya gəlmiş kimi, söz olsun deyə günlərini keçirmə. Əgər gerçək sevgini tanıyacaq qədər şanslısansa; bütün ürəyin, ruhun və bədəninlə sev. Həyatını elə yaşa ki; hər an öz əlini sıxa biləsən. Və hər gün heç olmazsa faydalı bir şey et ki; gecə yaxınlaşarkən örtüləri üzərinə çəkib öz-özünə; "Mən əlimdən gələni etdim" - deyə biləsən. Uilyam Şekspir
Hürriyyət ona deyilir ki, nəfs düz, namuslu yollarla mal toplayıb xeyirxah və faydalı yerlərə xərcləsin; əliəyrilik, qeyri-qanuni yollarla mal toplamağa imkan verməsin. Nəsirəddin Tusi
Əziz oğlum, məndən dörd şey öyrən, işlədiyin zaman sənə zərər verməyəcək dörd şeyi də ağlında tut: Zənginliyin ən üstünü ağıldır; yoxsulluğun ən böyüyü axmaqlıqdır. Qorxulu şeylərin ən qorxulusu özünü bəyənməkdir; nəslin-kökün ən ucası gözəl xasiyyətdir. Əziz oğlum, axmaqla dost olmaqdan çəkin; o sənə fayda vermək istərkən zərər yetirər. Xəsislə dost olmaqdan çəkin; ona ən çox möhtac olduğun zaman köməyinə gəlməz. Pislik edənlə dost olmaqdan çəkin; o səni çox ucuz bir şeyə satar. Yalançı ilə dost olmaqdan çəkin; çünki o, ilğıma bənzər; sənə uzağı yaxın göstərər, yaxını isə səndən uzaqlaşdırar.
Ruh məlumatsızlığı çürütməyə alışana qədər bu çürütmə ilə özündən utanaraq oyrənmə yolları bağlayan qənaətlərdən sıyrılıb tərtəmiz bir hala gələnə qədər ancaq bildiyini bildiyinə və bilmədiyini bilmədiyinə inanana qədər özünə verilən elmdən heç bir fayda görməz. Platon
Tarix bəşəriyyətin geniş və çoxcəhətli təcrübəsi, əsrlərdə insanların görüşüdür. Həyat üçün də son dərəcə faydalı olar ki, bu görüş qardaşlıq görüşü olsun. (Mark Blok)